Icma.az
close
up
RU
Gənc rəssam: Əl işlərimdə milli dəyərlərimizin təbliği mənim üçün vacibdir

Gənc rəssam: Əl işlərimdə milli dəyərlərimizin təbliği mənim üçün vacibdir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Samux, 8 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Həyatın, təbiətin hər zərrəsində var olan gözəllikləri görmək və göstərə bilmək, müxtəlif rəng çalarları ilə gözlərin görməyə qadir olduğunu, eləcə də insan təxəyyülünün, fantaziyasının, intellektinin, dərin daxili aləminin məhsulunu yaradıcı şəkildə təqdim etmək istedad və bacarıq tələb edir. Bu üstünlüyə sahib olan insanların yolu tez və ya gec, mütləq ki, incəsənətlə kəsişir. 25 yaşlı Zeynəb Quliyeva da rəssamlıq bacarığının fərqinə varıb, onu daha da inkişaf etdirmək istəyənlərdəndir.

AZƏRTAC-ın bölgə müxbiri ilə həmsöhbət olan gənc qız uşaq yaşlarından fırçaların, rənglərin, təsvirlərin sehrindədir. Samux rayonunun Çobanabdallı kənd sakini olan Zeynəb Quliyeva Azərbaycan Texnologiya Universitetinin Yüngül sənaye və logistika fakültəsinin dizayn ixtisası üzrə IV kurs tələbəsidir.

“Uşaq ikən əhvalım yaxşı olanda şəkillər çəkirdim, müxtəlif təsvirlər yaradırdım. İndi də əl işlərimi ancaq özümü xoşbəxt hiss edəndə ərsəyə gətirirəm. Əsasən kətan üzərində işləyirəm. Portret, mənzərə, natürmort, animalistik janrda rəsmləri çəkərkən quaş və yağlı boyadan istifadə edirəm. Divar rəsmləri də çəkirəm. Əl işlərimdə milli dəyərlərimizin təbliği mənim üçün vacibdir. Mənə istiqamət və mənəvi dəstək verən müəllimim Nuranə Həsənovaya minnətdaram”, - deyə Zeynəb bildirir.

Gənc rəssam üçün rənglər yalnız texniki vasitə deyil, eyni zamanda emosional ünsiyyət dilidir. O, kətan üzərinə hər fırça toxunuşu ilə işığa və kölgəyə özünəməxsus nəfəs verməyə çalışır. “Onlarla rəng tonu, bu rənglərin çalarları, ümumiyyətlə təbiətin rəng enerjisi məni valeh edir və ilhamlandırır. Ən sevdiyim rəng isə ağ rəngdir. Mənim üçün təmizliyi, saflığı, azad ruhu təmsil edir. Əl işlərimlə emosional təsir yaratmaq, bədii fikri çatdırmaq üçün çalışıram. Dekorativ-tətbiqi sənətlə məşğulam. Fərqli elementləri bir araya gətirib, bədii kompozisiya yaradıram. Milli ruhda geyim eskizləri hazırlayıram. Ənənəviliklə müasirliyi bir araya gətirməyə çalışıram”, - deyə Zeynəb Quliyeva söyləyir.

Gənc qızın arzusu təhsilini memarlıq ixtisası üzrə davam etdirmək, rəssamlıq və dekorativ tətbiqi sənət üzrə biliklərini daha da artırmaqdır.

-1 / 13

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri