İrana qarşı hərbi planlarla bağlı iclas keçirdi
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yüksəksəviyyəli milli təhlükəsizlik komandası ilə iclas keçirib. Görüşdə mümkün hərbi ssenarilər və diplomatik addımlar müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, iclas İranla bağlı gərginliyin artdığı bir dövrdə baş tutub. Görüşdə İran üzrə hərbi variantlar barədə brifinq təqdim edilib.
İclasda Ceyms Devid Vens, Marko Rubio, Pit Heqset, Stiv Uitkoff, eləcə də, Den Keyn və Con Retkliff iştirak ediblər.
Məlumata əsasən, görüş Trampın İrana qarşı planlaşdırıldığı iddia edilən hücumları müvəqqəti dayandırdığını açıqlamasından qısa müddət sonra baş tutub. ABŞ rəsmiləri onun hələ yekun hücum qərarı vermədiyini, lakin bütün variantların masada olduğunu bildirirlər.
Bəzi mənbələrə görə, qərarın təxirə salınmasında Körfəz ölkələrinin mümkün cavab zərbələri ilə bağlı narahatlıqları da rol oynayıb. Eyni zamanda, diplomatik danışıqlara əlavə şans verilməsi ehtimalı da gündəmdədir.
Tramp isə açıqlamalarında İranın yaxın günlərdə razılığa gəlməli olduğunu bildirib və “bütün variantların açıq olduğunu” vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 20 May 2026 04:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















