Icma.az
close
up
RU
Milli dövlətçiliyin konseptual əsasları

Milli dövlətçiliyin konseptual əsasları

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Konstitusiya suveren idarəçiliyin əsas qanunu, müstəqilliyin pasportudur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ilin “Konstitusiya və Suverenlik İli” elan olunması strateji məna daşıyan tarixi qərardır. Bu addım Azərbaycan dövlətçiliyinin ən mühüm iki sütununun – 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 30 illiyinin və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün qeyd edilməsi ilə bağlıdır. Hər iki hadisə ölkəmizin siyasi, hüquqi və ideoloji əsaslarının formalaşmasında həlledici rol oynamışdır.

Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və suverenliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin rolu müasir tariximizin ən mühüm mərhələlərindən biridir. XX əsrin 90-cı illərinin əvvəllərində dövlətçiliyimiz həssas mərhələdən keçirdi, siyasi sabitlik, iqtisadi idarəçilik və hərbi təhlükəsizlik tamamilə sarsılmış vəziyyətdə idi.

1991-ci ildə müstəqilliyin bərpa olunmasından sonra daxili-siyasi çəkişmələr, hakimiyyət böhranı, iqtisadi iflic vəziyyəti, vətəndaş müharibəsi təhlükəsi ölkəni parçalanma həddinə gətirmişdi. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının böyük bir hissəsi işğal edilmiş, əhali fəlakətlə üz-üzə qalmışdı. Məhz belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi. Ulu öndərin qətiyyəti, siyasi müdrikliyi və idarəçilik təcrübəsi sayəsində dövlət dağılmaqdan xilas edildi, ölkədə sabitlik təmin olundu və dövlətçiliyin təməli möhkəmləndirildi.

Heydər Əliyev üçün müstəqillik anlayışı milli ideologiyanın əsası, xalqın kimliyinin təməl ifadəsi idi. Ulu öndərin “Bizim ən böyük sərvətimiz müstəqilliyimizdir” fikri həm onun şəxsi siyasi fəlsəfəsini, həm də Azərbaycan dövlətçiliyinin strateji yol xəritəsinin ifadəsi idi. Ümummilli lider Heydər Əliyev 1995-ci il mayın 27-də Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqda deyirdi: “Ən böyük nailiyyət, tariximizə yazılmış qızıl səhifə ondan ibarətdir ki, çoxəsrlik tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edə bilmişdir, müstəqillik əhvali-ruhiyyəsini hiss edə, dərk edə bilmişdir, müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişdir”.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış və ölkənin gələcək inkişafının hüquqi bazasını formalaşdırmışdır. Hələ 1995-ci il iyunun 5-də yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasında çıxış edən Ulu öndər demişdir: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”. Qəbul olunan Konstitusiya dövlətin suverenliyini və ərazi bütövlüyünü, xalqın suveren iradəsini ali siyasi dəyər kimi qəbul etdi, insan və vətəndaş hüquq və azadlıqlarını ən yüksək səviyyədə təminat altına aldı, hakimiyyət bölgüsü, qanunun aliliyi prinsiplərini möhkəmləndirdi, müasir idarəçilik modelini müəyyənləşdirdi.

Heydər Əliyev dövründə müstəqillik anlayışı real siyasi məzmunla zənginləşdi. Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası sürətləndi, ölkə böyük transmilli layihələrin mərkəzinə çevrildi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” iqtisadi müstəqilliyin təmin olunmasında dönüş nöqtəsi oldu. Paralel olaraq, ordunun gücləndirilməsi, hüquqi islahatlar, diplomatik əlaqələrin genişləndirilməsi Azərbaycanın suverenliyini möhkəmləndirdi. Ümummilli liderin müəyyən etdiyi müstəqillik fəlsəfəsi bu gün də Azərbaycan dövlətinin ideoloji dayaqlarını təşkil edir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ölkənin siyasi və hüquqi həyatında dönüş nöqtəsi oldu. Konstitusiya milli dövlətçiliyin hüquqi əsaslarını müəyyənləşdirərək insan və vətəndaş hüquq və azadlıqlarını ən ali dəyər kimi təsbit etdi. Əsas Qanun həm də hakimiyyət bölgüsü, qanunun aliliyi, demokratik idarəçilik prinsiplərinin möhkəmləndirilməsi baxımından müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaratdı. Azərbaycan Respublikasının Konstitusiyasının I maddəsində qeyd olunur ki, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu prinsip demokratik dövlət quruculuğunun təməl sütunudur. Hakimiyyətin xalqdan qaynaqlanması Azərbaycan dövlətçiliyinin bütün siyasi-hüquqi institutlarının fəaliyyətinə istiqamət verir. Əsas Qanunun II maddəsi isə xalqın öz müqəddəratını sərbəst və müstəqil şəkildə həll etmək, dövlət idarəetmə formasını müəyyən etmək hüququnu təsbit edir. Azərbaycan Respublikası Konstitutsiyasının 12-ci maddəsində isə yazılmışdır: “I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir”.

Konstitusiyada “insan” anlayışı universal məna daşıyır, yəni Azərbaycan dövlətinin ərazisində yaşayan, hansı vətəndaşlığa mənsub olmasından asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının qorunması təmin edilir. Bu, dövlətin humanist dəyərlərə əsaslandığını və öz hüquqi sistemini ümumbəşəri prinsiplərlə uzlaşdırdığını göstərir. “Vətəndaş” anlayışı isə konkret olaraq Azərbaycan Respublikasının hüquqi-siyasi sisteminə bağlı olan şəxsi nəzərdə tutur. Burada artıq insanın dövlətlə qarşılıqlı hüquq və öhdəlikləri hüquqi müstəviyə daşınır. Beləliklə, insan hüquqlarının universallığı və vətəndaş hüquqlarının spesifikliyi birlikdə dövlətin həm daxili, həm də xarici siyasətində mühüm prinsipial baza yaradır.

Azərbaycan Respublikasının daxili suverenliyi vətəndaş-hakimiyyət münasibətlərinin hüquqi əsasda tənzimlənməsinə söykənir. Dövlət öz vətəndaşlarının hüquq və azadlıqlarını qorumaqla cəmiyyətin milli-mənəvi dəyərlər sistemini möhkəmləndirir. Vətəndaşın hüquq və azadlıqları dövlətin legitimliyinin mühüm meyarıdır. Bu baxımdan Konstitusiyada hüquq və azadlıqların əsas vəzifə kimi təsbit olunması hüquqi dövlət quruculuğunun zəruri şərtidir. İnsan hüquq və azadlıqlarına təminat vermək də Azərbaycanın xarici suverenliyinin mühüm elementlərindəndir. Burada dövlətin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi ön plana çıxır. İnsan hüquqlarına hörmət Azərbaycanın beynəlxalq aləmdə müasir, humanist və demokratik dövlət imicinin möhkəmlənməsinə xidmət edir. Bu, həm də Azərbaycanın BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığında fundamental prinsiplərdən biridir. Bu barədə Ulu öndər deyirdi: “Azərbaycanın tarixi keçmişi, bugünkü reallıqlarını və gələcək perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir. Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda, ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”!.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 6-da imzalanmış Sərəncama əsasən, noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü elan olundu. Bu tarixi qərar Konstitusiyanın dövlət və cəmiyyət həyatındakı əvəzolunmaz rolunun təsdiqi idi. Hər il noyabrın 12-də qeyd edilən Konstitusiya Günü vətəndaşlarımız üçün hüquqi dövlətçilik ənənələrinin təbliği, konstitusion mədəniyyətin gücləndirilməsi və milli müstəqillik ideyalarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Son 30 ildə isə Azərbaycan yalnız müstəqilliyini qorumaqla kifayətlənməmiş, həm də regionun lider dövlətlərindən birinə çevrilmişdir. Cari ilin “Konstitusiya və Suverenlik İli” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd edilmişdir: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir”.

Azərbaycan Respublikasının müasir tarixi XX əsrin sonlarından başlayaraq milli azadlıq mübarizəsinin, dövlət müstəqilliyinin bərpasının və suverenliyin qorunması uğrunda aparılan mücadilələrin ardıcıl mərhələləri ilə zəngindir. Xalqımızın çoxəsrlik arzusu olan torpaqlarımızın işğaldan azad olunması, dövlət sərhədlərimizin birmənalı şəkildə təsbit edilməsi və Konstitusiyamızın bütün ərazilərdə bərqərar olması isə yalnız 2020–2023-cü illərdə həyata keçirilən uğurlu hərbi-siyasi addımlar nəticəsində mümkün olmuşdur. 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti təxribatlara cavab olaraq Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsi müasir hərb tarixində az rast gəlinən əməliyyatlar silsiləsi idi. Azərbaycan Ordusu yüksək peşəkarlıq, texnoloji üstünlük və milli birlik sayəsində düşmənin illərlə möhkəmləndirdiyi müdafiə xətlərini yararaq əzəli torpaqlarımızı azad etdi.

Bu müharibə regionda yeni geosiyasi reallıq yaratdı. Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnən 2020-ci il 9 noyabr üçtərəfli Bəyanatı beynəlxalq hüququn prinsiplərinə əsaslanan yeni status-kvonun hüquqi-siyasi təməlini qoydu. Lakin ölkəmizin suverenliyi üzərində hələ də müəyyən məhdudiyyətlər qalmaqda idi. Qarabağın bir hissəsində Ermənistan silahlı birləşmələrinin mövcudluğu, separatçı rejimin hərbi ünsürlərinin fəaliyyəti və Ermənistanda revanşist qüvvələrin güclənməsi yeni təhdidlər formalaşdırırdı. Ali Baş Komandan belə şəraitdə milli təhlükəsizliyi təmin etmək üçün qabaqlayıcı tədbirlər görməli idi. Bu məqsədlə 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazisindəki bütün qanunsuz hərbi mövcudluğa son qoyuldu, separatçı rejim birdəfəlik ləğv edildi və Azərbaycanın suverenliyi tam bərpa olundu.

Antiterror əməliyyatlarının uğurlu nəticəsi ilə Azərbaycan Respublikasının Konstitusiyası bütün ərazilərdə tam hüquqi qüvvəyə mindi. Bununla ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət suverenliyi birmənalı olaraq təmin olundu. Bu, ölkə tarixində yeni mərhələnin başlanğıcı idi – müstəqillikdən sonra ilk dəfə olaraq dövlətin tam suveren idarəçiliyi ölkənin bütün ərazilərində bərqərar edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi. Bu qərar xalqımızın əsrlərlə davam edən mübarizəsinin məntiqi nəticəsinin dövlət bayramı statusunda təsdiqi oldu. Dövlət Suverenliyi Günü Azərbaycanın müstəqil dövlət kimi tam formalaşmasının və gələcək inkişaf strategiyasının əsas ideoloji dayaqlarından birinə çevrildi.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə xalqa müraciəti və Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq ölkənin tam suverenliyini elan etməsi milli dövlətçilik tariximizin dönüş nöqtəsi olmuşdur. Bu addım yalnız siyasi-ideoloji mahiyyət daşımır, eyni zamanda, konstitusion suverenliyin bütövlükdə ölkə ərazisində bərpa olunduğunu hüquqi-siyasi müstəvidə təsdiq edir. Azərbaycan Respublikasının Konstitusiyası ölkə ərazisinin vahidliyini, dövlət hakimiyyətinin isə bölünməzliyini təsbit edir. Uzun illər işğal altında olan ərazilərdə hüquqi qüvvənin tam tətbiqi mümkün deyildi. Xankəndidə Dövlət Bayrağının ucaldılması göstərdi ki, Konstitusiyanın hüquqi qüvvəsi artıq bütün ərazilərdə bərpa edilmişdir. Bu, dövlətin yalnız siyasi deyil, həm də hüquqi müstəvidə tam suverenliyinin təsdiqi deməkdir.

İşğaldan azad olunmuş ərazilərdə seçki institutunun bərpası Azərbaycan dövlətçiliyinin ən mühüm nailiyyətlərindən biridir. 2024-cü il növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyevin ailəsi ilə birlikdə məhz Xankəndidə səs verməsi suverenliyin ən yüksək təzahürü kimi qiymətləndirilir. Çünki seçkilər konstitusion hüququn icrasıdır.

2025-ci il isə Azərbaycan tarixində xüsusi əhəmiyyətə malikdir. Bu il həm müasir dövlətçiliyimizin hüquqi əsası olan Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü, həm də Vətən müharibəsində parlaq Qələbəmizin 5-ci ildönümü ilə səciyyələnir. Bu iki mühüm hadisənin vəhdəti milli inkişaf yolumuzun konseptual mahiyyətini aydın göstərir. “Azərbaycan Respublikasında 2025-ci ilin ‘Konstitusiya və Suverenlik İli’ elan edilməsi haqqında” Prezidentin Sərəncamı dövlətçilik ənənələrimizin, milli maraqlarımızın və strateji hədəflərimizin sintezini ifadə edir. Bu sərəncam Konstitusiyamızın 30 il ərzində formalaşdırdığı hüquqi və siyasi təməlin dəyərləndirilməsi, suveren dövlət olaraq gələcəyə baxışımızın konseptual ifadəsidir.

Şahin İMANOV,
Daşkəsən rayon prokuroru, baş ədliyyə müşaviri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:16
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see223

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see188

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see176

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see173

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see167

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see142

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see139

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see134

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see133

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see131

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see130

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see126

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see125

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see125

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see125

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see125

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri