Icma.az
close
up
RU
Təcili tibbi yardım xidmətində kiberfiziki geosistemlərin yaradılmasının konseptual əsasları işlənilir

Təcili tibbi yardım xidmətində kiberfiziki geosistemlərin yaradılmasının konseptual əsasları işlənilir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda iki struktur bölmənin “Qlobal çağırışlar kontekstində təcili tibbi yardım xidmətində kiberfiziki geosistemlərin yaradılmasının konseptual əsasları” mövzusuna həsr olunmuş birgə elmi seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni təqdim edən Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov kiberfiziki geosistemlərin təcili tibbi yardım xidmətlərini təkmilləşdirmək üçün tətbiq edilən informasiya texnologiyaları, geoməkan məlumatları və tibbi yardımı birləşdirən innovativ yanaşma metodlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sistemlər xəstələrin yerləşdiyi yerlər, tibbi resurslar və yol şəraiti haqqında məlumatların səmərəli toplanmasına, təhlilinə və ötürülməsinə imkan verir ki, bu da tibbi vəziyyətlərə sürətli və dəqiq cavab verməyə kömək edir.

Məruzəçi qeyd edib ki, tədqiqat işinin məqsədi təcili tibbi yardımda kiberfiziki geosistemlərin yaradılması üçün istifadə olunan texnologiyaları və metodları nəzərdən keçirmək və onların effektivliyini araşdırmaqdan ibarətdir. Müasir tibb və ictimai səhiyyə kontekstində mühüm nəticələrə malik olan tədqiqat işi kiberfiziki geosistemlərin uğurla həyata keçirilməsi və inkişafı üçün tibb müəssisələri və dövlət qurumlarının birgə səylərinin vacibliyini önə çəkir. O, əlavə edib ki, təcili tibbi yardım xidmətlərinin qarşılaşa biləcəyi çatışmazlıqların aradan qaldırılması koordinasiya, maliyyə, texniki təchizat və kadr hazırlığının təkmilləşdirilməsini tələb edir: “Kiberfiziki geosistemlərin tətbiqi təcili tibbi yardım xidmətlərinin səmərəliliyini və əlçatanlığını yaxşılaşdırmağa kömək edə bilər”.

A.Səmidov kiberfiziki geosistemin yaradılması metodologiyasını təqdim edib, təcili tibbi yardım sistemində kiberfiziki geosistemlərdən istifadənin reaksiya vaxtının azaldılması, koordinasiyanın yaxşılaşdırılması, marşrutun optimallaşdırılması, teletibbin həyata keçirilməsi kimi əhəmiyyətli üstünlüklərinin müəyyən edildiyini vurğulayıb. O, həmçinin kiberfiziki geosistemlərin təcili tibbi yardım xidmətlərində tətbiqinin üstünlükləri ilə yanaşı, məlumatların məxfiliyi, texniki çətinliklər və maliyyələşmə ilə bağlı bir sıra məhdudiyyətlərin olduğuna da diqqət çəkib.

Sonda A.Səmidov qeyd edib ki, süni intellekt və data analitika kimi yeni texnologiyaların tətbiqi kiberfiziki geosistemlərin funksionallığını təkmilləşdirə və sistemin daha səmərəli işləməsinə kömək edə bilər.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev məruzəyə dair təklif və tövsiyələrini səsləndirib. Akademik R.Əliquliyev ən son texnologiyaların imkanlarından istifadə etməklə təcili tibbi yardım xidmətinin müasir dövrün tələblərinə uyğun təşkilinə dair beynəlxalq təcrübənin, bu istiqamətdə keçirilmiş konfransların, tədris materiallarının və problemlərin daha dərindən araşdırılmasının vacibliyini qeyd edib. Alim, həmçinin təcili tibbi yardım xidmətinin səmərəli təşkili zamanı onun dayanıqlı enerji təminatına malik olması ilə bağlı təkliflərin işlənilməsinin əhəmiyyətinə toxunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri