Icma.az
close
up
RU
Milli enerji təhlükəsizliyindən qlobal “yaşıl gələcəyə” Deputat

Milli enerji təhlükəsizliyindən qlobal “yaşıl gələcəyə” Deputat

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yanvarın 8-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) rəsmi açılışı enerji siyasətində yeni mərhələnin təcəssümünə çevrilib. 240 meqavat gücə malik bu stansiyanın istismara verilməsi həm növbəti texniki layihənin tamamlanması, həm də uzunmüddətli strateji baxışın real nəticəsidir. Yeni generasiya gücünün fəaliyyətə başlaması enerji balansının möhkəmləndirilməsinə, artan tələbatın ödənilməsinə və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verəcək".  

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, stansiyanın təməli 2022-ci ilin yanvarında qoyulub və ötən illər ərzində aparılan ardıcıl, peşəkar iş artıq konkret nəticə ilə yekunlaşıb.

"Layihənin uğurla icra olunması beynəlxalq və yerli tərəfdaşlar arasında formalaşmış səmərəli əməkdaşlığın bariz nümunəsidir. Xüsusilə investor qismində çıxış edən “ACWA Power” şirkətinin həmin sahədəki fəaliyyəti diqqətəlayiqdir. Şirkət üçün həmin layihə ölkəmizdə ilk olsa da, perspektiv planlar göstərir ki, bərpaolunan enerji istiqamətində əməkdaşlıq daha da dərinləşəcək. Bununla yanaşı, Xəzər suyunun duzsuzlaşdırılması kimi innovativ və strateji əhəmiyyətli layihələrin də məhz bu çərçivədə icra olunması nəzərdə tutulur.

Layihədə baş podratçı kimi iştirak edən “Power China” şirkətinin rolu da xüsusi vurğulanır. Qlobal miqyasda böyük təcrübəyə malik olan bu şirkətin təkcə podratçı deyil, gələcəkdə investor qismində də yeni təşəbbüslərlə çıxış etməsi planlaşdırılır. Həmin amil energetika sektorunda beynəlxalq etimadın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir.

Son illər ərzində enerji sisteminin yenilənməsi, müasirləşdirilməsi və genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib, ümumi istehsal potensialı əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıb. Bu gün böyük generasiya gücü enerji təhlükəsizliyi baxımından möhkəm zəmin yaradır. Ənənəvi və bərpaolunan mənbələrinin paralel inkişafı balanslı və dayanıqlı modelin formalaşmasını təmin edir. Mingəçevirdə istifadəyə verilmiş güclü ənənəvi stansiya ilə yanaşı, Qaradağda Günəş elektrik stansiyası, Cəbrayılda inşa edilən yeni obyektlər və “Xızı-Abşeron” külək stansiyası həmin strategiyanın ardıcıl icrasını göstərir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında Prezident İlham Əliyevin vurğuladığı kimi, son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır: “Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək”.

Bərpaolunan enerji layihələrinin coğrafiyası sürətlə genişlənir. Biləsuvar, Neftçala, Naxçıvan və azad edilmiş ərazilərdə nəzərdə tutulan yeni stansiyalar göstərir ki, mövcud təbii potensialdan maksimum səmərə ilə istifadə olunur. Xüsusilə Xəzər dənizinin külək ehtiyatları beynəlxalq qiymətləndirmələrə görə onlarla giqavat səviyyəsindədir və və bu amil gələcək üçün geniş perspektivlər təqdim edir. Həmin potensial regionda etibarlı enerji mərkəzi statusunu daha da möhkəmləndirir və yüksək enerji tutumlu sahələr – süni intellekt, data mərkəzləri və müasir sənaye infrastrukturu üçün əlverişli şərait yaradır.

Enerji siyasətinin mühüm istiqamətlərindən biri də saxlanma infrastrukturunun qurulmasıdır. Bu məqsədlə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sisteminin yaradılmasına başlanılıb. İlkin mərhələdə 250 meqavatlıq layihənin icrası artan bərpaolunan potensialın effektiv idarə olunmasına xidmət edəcək. Gələcəkdə bu sistemlərin sayının artırılması üçün xarici investorların da cəlb olunması planlaşdırılır.

İmzalanmış müqavilələrə əsasən, qarşıdakı illərdə külək və Günəş stansiyalarının ümumi gücü bir neçə giqavat səviyyəsinə çatdırılacaq. Bununla yanaşı, son illərdə Qarabağ və Şərqi Zəngəzurda inşa edilmiş onlarla kiçik su elektrik stansiyası enerji sisteminə əlavə dayanıqlıq gətirib. Azad edilmiş ərazilərdə mövcud hidroenerji xəritəsi gələcəkdə daha yüzlərlə meqavatlıq potensialın reallaşdırılacağını göstərir. Bütün bu obyektlərin vahid şəbəkəyə inteqrasiyası enerji axınlarının çevik idarə olunmasını təmin edir.

Bərpaolunan enerji layihələrinin əsas hissəsinin xarici investorlar tərəfindən həyata keçirilməsi investisiya mühitinə olan etimadın göstəricisidir.  

Enerji təhlükəsizliyinin qlobal gündəmdə xüsusi yer tutduğu bir dövrdə aparılan bu siyasət nəticəsində neft, qaz, elektrik enerjisi və sənaye məhsullarının ixracı bir çox tərəfdaş üçün strateji əhəmiyyət daşıyır. Məsuliyyətli yanaşma, uzunmüddətli baxış və qarşılıqlı etimad üzərində qurulan əməkdaşlıq nəticəsində energetika sahəsində əldə olunan nailiyyətlər beynəlxalq miqyasda yüksək dəyərləndirilir.

Beləliklə, “Xızı-Abşeron” KES-in açılışı görülmüş işlərin məntiqi yekunu olmaqla yanaşı, qarşıdakı illər üçün aydın yol xəritəsini də ortaya qoyur. Bu layihə yaşıl enerjiyə keçidin, iqtisadi dayanıqlığın və enerji təhlükəsizliyinin bir-birini tamamladığını göstərən mühüm nümunədir. Həmin strategiya yaxın gələcəkdə daha böyük nəticələrin əldə olunacağına tam əsas yaradır".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri