Icma.az
close
up
RU
Enerji təhlükəsizliyindən yaşıl gələcəyə: Azərbaycanın yeni inkişaf mərhələsi Şərh

Enerji təhlükəsizliyindən yaşıl gələcəyə: Azərbaycanın yeni inkişaf mərhələsi Şərh

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycanın alternativ enerji siyasəti Prezident İlham Əliyevin strateji baxışının tərkib hissəsidir. Bu siyasət nə radikal dönüşdür, nə də formal yanaşma. Bu, mərhələli keçid, güclü enerji diplomatiyası və milli maraqlara söykənən uzunmüddətli strategiyadır. Məhz bu yanaşma Azərbaycana yeni enerji reallığında həm regional liderliyini qorumağa, həm də qlobal enerji xəritəsində mövqeyini daha da möhkəmləndirməyə imkan verir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.

Deputat deyib ki,  bu baxımdan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) rəsmi açılış mərasimi enerji siyasətində strateji əhəmiyyət daşıyan hadisədir: “240 meqavat gücə malik bu stansiyanın istismara verilməsi elektrik enerjisinin istehsalında balanslı yanaşmanın təmin olunmasına xidmət edir. Açılış mərasimində dövlətimizin başçısının səsləndirdiyi fikirlər layihənin uzunmüddətli baxışa əsaslanan ardıcıl siyasətin praktik nəticəsi olduğunu nümayiş etdirir”.

 Deputat əlavə edib ki, bu stansiya şirkətin burada reallaşdırdığı ilk bərpaolunan enerji layihəsi olsa da, qarşıdakı dövr üçün nəzərdə tutulan planlar əməkdaşlığın strateji və uzunmüddətli xarakter daşıdığını təsdiqləyir: “Eyni zamanda, “ACWA Power”ın Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihələrində də investor kimi iştirakı nəzərdə tutulub. Bu yanaşma energetika sahəsində beynəlxalq əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir”.
Deputat bildirib ki, enerji sisteminin modernləşdirilməsi son illərin əsas istiqamətlərindən biri olmuşdur. “Bütün bunlar  ölkəmizin regionun etibarlı elektrik generasiya mərkəzi kimi mövqeyini gücləndirən əsas amillərdən biri kimi dəyərləndirilir.

Energetika sahəsində əlverişli investisiya mühiti formalaşdırılmışdır. İndiyədək 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi maliyyə sabitliyinin və ardıcıl islahatların nəticəsidir. Kredit reytinqlərinin yüksəldilməsi, xarici borcun aşağı səviyyədə saxlanılması və valyuta ehtiyatlarının həcmi iqtisadi dayanıqlığın əsas göstəriciləridir və sərmayə qoyuluşu üçün etibarlı zəmin formalaşdırır.

Bərpaolunan enerji mənbələrinin payının artması enerji saxlanması infrastrukturunun qurulmasını aktuallaşdırır. Bu məqsədlə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sisteminin yaradılmasına başlanılmışdır. İlkin mərhələdə 250 meqavatlıq layihənin icrası nəzərdə tutulur. Gələcək mərhələlərdə generasiya güclərinin artımı bu cür sistemlərin genişləndirilməsini zəruri edəcəkdir.

İmzalanmış müqavilələrə əsasən, 2030-cu ilə qədər və sonrakı dövrdə külək və Günəş elektrik stansiyalarının ümumi gücünün bir neçə giqavat səviyyəsinə çatdırılması planlaşdırılır. 
Ümumilikdə, “Xızı-Abşeron” KES-in istismara verilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığın gücləndirilməsi və bərpaolunan enerji strategiyasının ardıcıl icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu layihə görülmüş işlərin məntiqi yekunu olmaqla yanaşı, qarşıdakı illər üçün müəyyən edilmiş strateji yol xəritəsinin aydın ifadəsi kimi çıxış edir”, - o qeyd edib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Yanvar 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri