Icma.az
close
up
RU
Yaşıl enerji layihələrinə böyük resurs ayrılır Deputat

Yaşıl enerji layihələrinə böyük resurs ayrılır Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyətin diqqətini bir daha ölkəmizin enerji siyasətinə və qlobal təşəbbüslərinə yönəldib". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirir ki, enerji sahəsində böyük təcrübəyə malik olan Azərbaycan bu mötəbər tədbirlə həm tarixi nailiyyətlərini, həm də gələcəyə dair hədəflərini nümayiş etdirir.

"1990-cı illərin əvvəllərində geosiyasi qeyri-sabitlik və iqtisadi çətinliklər fonunda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra imzalanan “Əsrin müqaviləsi” regionda yeni əməkdaşlıq formatlarının əsasını qoyuldu. Dövlətimizin enerji siyasəti strateji tərəfdaşlıq modelinə əsaslanaraq ölkəmizə iqtisadi dividendlər və uzunmüddətli geosiyasi sabitlik gətirdi. Bir çox Avropa ölkələri tərəfindən Azərbaycanın etibarlı təchizatçı kimi tanınması da məhz bu siyasətin təzahürüdür.

Enerji resurslarının düzgün idarə olunması və əldə edilən gəlirlərin məqsədyönlü şəkildə iqtisadiyyatın digər sahələrinə yönəldilməsi ölkənin davamlı inkişafında həlledici rol oynayıb.  

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın beynəlxalq enerji bazarlarında oynadığı rolu əsaslı şəkildə dəyişdirib. Bu layihənin icrası nəticəsində Xəzər dənizindən Avropa bazarlarına uzanan çoxşaxəli və etibarlı infrastruktur formalaşdırılıb. Hazırda 12 ölkəyə təbii qaz ixracı həyata keçirilir və bu rəqəmin daha da artırılması planlaşdırılır. Ənənəvi enerji mənbələrindən yaşıl enerjiyə keçid son illərin prioritetlərindən biridir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonası elan edilməsi bu sahədə qəti iradənin göstəricisidir. Bu regionlarda külək, günəş və hidroenerji potensialından istifadə edilməklə ekoloji cəhətdən təmiz enerji istehsalı nəzərdə tutulur. Beynəlxalq şirkətlərlə bağlanmış müqavilələr nəticəsində 2030-cu ilə qədər 6,5 giqavat həcmində yaşıl enerji istehsalı planlaşdırılıb.

Bəzi ölkələrin yaşıl enerjiyə keçid prosesində sərt və ani yanaşmaları iqtisadi və sosial təlatümlərlə müşahidə olunur. Azərbaycanın seçdiyi yol isə mərhələli, çevik və balanslaşdırılmış keçid modelidir. Həmin yanaşma təbii qaz kimi keçid yanacağından hələ də səmərəli şəkildə istifadəni nəzərdə tutur, eyni zamanda yaşıl enerji layihələrinə böyük resurs ayrılır. 

Bakı Enerji Həftəsi göstərir ki, enerji sektoru həm iqtisadi, həm də siyasi və geostrateji əhəmiyyətə malik bir sahədir. Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasət təkcə daxili ehtiyacları ödəməyə deyil, regional və qlobal əməkdaşlığı gücləndirməyə yönəlib". 
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 İyun 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri