Icma.az
close
up
RU
Milli İncəsənət Muzeyində Əməkdar rəssam Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş fərdi sərgi açılıb

Milli İncəsənət Muzeyində Əməkdar rəssam Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş fərdi sərgi açılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgi açılıb.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın müxtəlif illərdə yaratdığı 60-dan çox əsər nümayiş olunur. Retrospektiv xarakter daşıyan sərgi Arif Ələsgərovun həm klassikaya çevrilmiş, həm də son illərdə ərsəyə gətirdiyi qrafika və rəngkarlıq əsərlərini əhatə edir.

Sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Xalq rəssamı, professor Salhab Məmmədov, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, ADMİU rektorunun müşaviri, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova, Azərbaycan Rəssamlıq Akademiyasının “Dizayn” kafedrasının müdiri, dosent Faiq Dadaşov çıxış edərək, sənətkarın çoxşaxəli yaradıcılığının Azərbaycan təsviri sənətinə verdiyi əvəzolunmaz töhfələrdən, onunla olan unudulmaz xatirələrindən, təhsil sahəsində imza atdığı ilklərdən danışıblar.

Sonda çıxış edən Əməkdar rəssam, professor Arif Ələsgərov yaradıcılığı haqqında səslənən fikirlərə və ümumilikdə incəsənətə verilən dəyərə görə təşəkkürünü bildirib.

Daha sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Sərgidə rəssamın həm qrafika, həm də rəngkarlıq işlərində sadə insanların həyatı, nəsillərarası münasibətlər, sevgi, varlığın mənası və başlanğıcı kimi mövzular əksini tapıb. Onun çoxsaylı tablolarında xüsusi yer tutan İçərişəhər rəssamın ruhuna hopmuş Bakı nostaljisini və keçmişlə bu gün arasında qurduğu poetik körpünü əks etdirir.

Qeyd edək ki, “Köhnə bakılı: həsrət və duyğular” sərgisi oktyabrın 26-dək ziyarətçilər üçün açıq olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri