Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Milli iqtisadiyyatımız ili uğurla başa vurur

Milli iqtisadiyyatımız ili uğurla başa vurur

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində 2024-cü il ərzində sənayenin inkişafı təmin edilib, qeyri-neft sektorunda əhəmiyyətli uğurlara nail olunub. Bunun nəticəsində iqtisadiyyatın neftdən asılılığı minimuma endirilib və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyatın əsası qoyulub. Biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsi, o cümlədən, inzibati qayda və prosedurların təkmilləşdirilməsi kimi məsələlər də diqqətdə saxlanılıb.

Son illər ölkəmizdə milli iqtisadiyyatın investisiya cəlbediciliyi baxımından uğurlu islahatlar həyata keçirilib, sərmayədarların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya Şuralarının təşkili, “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlər qəbul edilib.

Bütün bunların nəticəsində Azərbaycan yüksək investisiya cəlbediciliyinə malik ölkələr sırasına yüksəlib. İlkin statistik hesablamalara görə, bu ilin yanvar – noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyard 910,3 milyon manat investisiya yönəldilib. Hesabat dövründə neft-qaz sektoruna 5 milyard 67,2 milyon manat sərf edilib. Qeyri-neft-qaz sektorunun inkişafına yönəldilən 10 milyard 843,1 milyon manatlıq vəsaitin 1 milyard 46 milyon manatı və ya 6,6 faizi bu sənaye sahələrinin inkişafına xərclənib.

Respublikada ixrac potensialının gücləndirilməsinə də mühüm önəm verilib, bu istiqamətdə çoxsaylı mühüm layihələr reallaşdırılıb. Ölkənin gömrük prosedurları sadələşdirilib, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub. Bütün bunlarla yanaşı, rəqabətin inkişafı ilə bağlı layihələr reallaşdırılıb, yeni Rəqabət Məcəlləsi qəbul edilib, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət gücləndirilib. Standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb. Belə bir şərait isə qeyri-neft sektorunda məhsul istehsalının artmasına səbəb olub. Bu da ixracın strukturunun genişləndirilməsinə imkan yaradıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin məlumatına görə, 2024-cü ilin ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 3 milyard 90,6 milyon ABŞ dolları təşkil edib. Nəticədə, Azərbaycanın qeyri-neft ixracının dəyərində rekord göstərici qeydə alınıb. Yeri gəlmişkən, cari ilin yanvar–noyabr aylarında qeyri-neft məhsullarının ixracında qeydə alınmış göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox olub. Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan 3 milyard 348 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

2024-cü il ərzində sənayedə qeyri-neft sektorunun payı davamlı şəkildə yüksəlib. Bu, rəqabət qabiliyyətli müasir istehsal müəssisələrinin yaradılması, bu sahədə infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icra olunması, bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə reallaşıb. Belə bir şərait sənaye sahəsində ümumi istehsalın artmasını şərtləndirməklə yanaşı, qeyri-neft sektorunun inkişafını da şərtləndirib.

Yeri gəlmişkən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yazdığına görə, 2024-cü ilin yanvar–noyabr ayları ərzində Azərbaycanın qeyri-neft ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3,1 milyard ABŞ dollar təşkil edib. Hesabat dövründə yeyinti məhsulları 12,3 faiz artaraq 923 milyon ABŞ dollarına bərabər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-noyabr aylarında ölkənin sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 58,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib.

Hesabat dövründə sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, qeyri neft-qaz sektorunda 7,2 faiz artıb. Sənaye məhsulunun 64,4 faizi isə mədənçıxarma sektorunun payına düşüb. Cari ilin 11 ayında mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,9 faiz azalsa da, əmtəəlik qaz hasilatı 5,9 faiz artıb.

Yanvar-noyabr aylarında sənaye məhsulunun 29,8 faizi emal sektorunda istehsal olunub. Sözügedən sektorda ən yüksək artım isə əczaçılıq məhsullarının istehsalında qeydə alınıb. Belə ki, ölkədə yeni dərman və tibbi ləvazimatların istehsalı ilə məşğul olan müəssisələrin istifadəyə verilməsi nəticəsində ilin ötən dövründə bu sahədə 2 dəfə artım baş verib.

Sənaye sektorunun inkişafından danışarkən, bir mühüm məsələyə də diqqət yetirmək istərdim. Bu da müdafiə sənayesinin davamlı inkişafı ilə bağlı məsələdir. Məhz bunun nəticəsidir ki, sözügedən sahədə istehsal olunan silahlarla ordumuz istər 44 günlük Vətən müharibəsində, istərsə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ iqtisadi rayonunda yüksək peşəkarlıqla apardığı lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə öz gücünü və qüdrətini əməli döyüş şəraitində bir daha sübuta yetirib.

Sirr deyil ki, ordunun daha da qüdrətlənməsi və döyüş hazırlığı müdafiə sənayesinin inkişafı ilə birbaşa əlaqəlidir. Buna görə də ölkəmiz rəqabətədavamlı, müasir standartlara cavab verən məhsulların istehsalına xüsusi önəm verir.

Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən uğurla həyata keçirilən layihələr nəticəsində hərbi sənaye kompleksinin müəssisələrində istehsal edilən ümumi məhsulun müəyyən hissəsi ixraca yönəldilib. Bununla yanaşı, bu sahədə çalışan gənclərə intellektual səviyyələrini artırmaları, onların innovativ mühəndislik üzrə aparıcı qüvvə kimi formalaşmaları, nəzəri biliklərin praktiki təcrübə ilə vəhdəti əsasında xüsusi bacarıqlarını daha da yüksəltmələri məqsədilə hərtərəfli şərait yaradılıb.

Yeri gəlmişkən, bu məqamda bir məsələni xatırlatmaq istərdik. Dövlətimizin başçısı çıxışlarının birində qeyd edib ki, ordunun möhkəmlənməsində ən vacib vəzifələrdən biri texnoloji inkişafdır. Bu gün hərbi sənaye kompleksində, ümumiyyətlə, hərbi sahədə texnoloji üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsinin gedişində, eləcə də antiterror əməliyyatı zamanı hər kəs bunu gördü. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib: “Təbii ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Deyə bilərəm ki, bu istiqamətdə son 1-2 il ərzində böyük inkişaf mövcuddur, bəlkə də ictimaiyyət o qədər də məlumatlı deyil”.

Prezident İlham Əliyev daha sonra bu fikirlərinə əlavə edərək burğulayıb ki, kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq. Biz isə geridə qala bilmərik. Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, ziyan vurmaq üçün fürsət axtarırlar.

Yeri gəlmişkən, Müdafiə Sənayesi Nazirliyinin qarşısında duran əsas strateji hədəflərdən biri də ixtisaslı kadrların hazırlanması, işçilərin səriştə və bacarıqlarının daha da yüksəldilməsidir. Azərbaycandakı təhsil müəssisələri ilə birlikdə güclü kadr potensialının formalaşdırılması istiqamətində əməli tədbirlər görülür, tərəfdaş ölkələrin müvafiq təlim-tədris kurslarında birgə istehsal və ya müəssisə formatında müştərək layihələrdə yerli mütəxəssislərin iştirakı təmin edilir.

Yuxarıda Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin bütün mərhələlərində ölkəmizin hərbi gücünün artırılmasının prioritet istiqamət olduğunu, 30 il ərzində Ermənistanın işğal altında saxladığı torpaqlarımızın azad edilməsinin, ondan sonra həyata keçirilən antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün tam bərpasının, ilk növbədə, məhz bu amil hesabına gerçəkləşdirildiyini vurğuladıq. Dövlətimizin başçısı yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində də bu barədə deyib: “Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”.

Qeyd edək ki, Ermənistan üzdə sülhdən, əmin-amanlıqdan danışsa da, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. İşğalçının bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanmasının tərəfdarı olması, silahlanma prosesini sürətlə həyata keçirməsi, sərhəddə məkrli “binokl şousu” göstərməsi, mediada qarayaxma, iftira, böhtan kampaniyasının aparılması, bu mövzunun daim gündəlikdə saxlanılması məhz revanşizmə dəlalət edir, yenidən Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına əsas verir. Ermənistanın arxasında dayanan ölkələrin fəaliyyətləri, qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar da bunu göstərir, ölkəmizə qarşı çirkin oyunun hələ bitməməsini nəzərə çarpdırır. Bir sözlə, Azərbaycanın Vətən müharibəsində haqlı, ədalətli Qələbəsini, necə deyərlər, həzm edə bilməyən xarici dairələrin respublikamıza qarşı yeni planlar hazırlamaları heç bir şübhə doğurmur.

Bax, bütün bunlar Azərbaycanı hərbi gücünü artırmağa vadar edib, yeni “Komando” silahlı birləşmələri yaradılıb, Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, bu prosesin davamlılığı diqqətdə saxlanılıb. Eyni zamanda, yerli hərbi sənaye kompleksinin daha sürətlə inkişaf etdirilməsi zəruriliyinə xüsusi önəm verilib. Bu məqsədlə hər il büdcədən böyük həcmdə vəsait ayrılması, Azərbaycanın bütün hərbi müəssisələrində genişmiqyaslı modernləşmə işlərinin aparılması və yeni avadanlıq, texnika, silah-sursat istehsalının gerçəkləşdirilməsi reallaşıb. Müəyyən xarici tərəfdaşlarla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçilib.

Bu gün yerli hərbi-texniki məhsullarımız hazırda Azərbaycanın hərbi gücünün artırılmasına yönəldilməklə bərabər, onun ixrac coğrafiyasının genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Hazırda Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir. Bu, dövlətimizin bir çox ölkələrlə apardığı danışıqların, o cümlədən iqtisadi və sərmayə qoyuluşu sahəsində həyata keçirilən layihələrin tərkib hissəsidir.

Bu sahədə qürur hissi ilə xatırlatmaq istədiyimiz bir məsələ də odur ki, dövlətimizin başçısının tapşırığı ilə bir müddət bundan əvvəl hərbi-texniki məhsul istehsalı özəl sektor üçün də açıq elan edilib və bu çağırışa müsbət reaksiya verilib. Artıq bir neçə yerli özəl şirkətin müvafiq dövlət qurumlarından lisenziyalar almaq şərti ilə hərbi sənaye kompleksinin inkişafında iştirakı reallaşıb.

Bir sözlə, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə mühüm önəm verilməsi, bu sahəyə prioritet istiqamət kimi yanaşılması, hərbi sənaye kompleksində müasir müdafiə texnologiyalarının və innovativ vasitələrin tətbiqinin diqqətdə saxlanılması, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması müdafiə sənayesinin inkişafını sürətləndirir.

V.BAYRAMOV,
M.QULİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17259

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1035

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see235

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see173

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see168

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see149

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see131

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri