Icma.az
close
up
RU
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında

Milli iqtisadiyyatımız çətin sınaq qarşısında

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Neftdən gələn gəlir azalır, digər mənbələr bu boşluğu doldura bilmir

Azərbaycan 2025-ci ilə xarici ticarətdə mənfi saldo ilə başlayıb. Vəziyyət idxalın artması ilə bağlıdır: bu ilin ilk iki ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard 211 milyon dollar təşkil edib. Bunun 4 milyard 73 milyon dolları ixraca, 4 milyard 138 milyon dolları isə idxala xərclənib.

Yeri gəlmişkən, gömrük hesabatlarından fərqlənən Dövlət Statistika Komitəsinin (DSK) hesabatında göstərildiyi kimi, ixracdan gələn gəlirlər xarici malların idxalına kifayət etmir. Rəqəmlərlə ifadə etsək, xarici ticarət dövriyyəsində ixracın xüsusi çəkisi 49,6 faiz, idxalın payı isə 50,4 faiz təşkil edib.

DSK-nın məlumatına görə, uzun illərdən sonra ilk dəfə olaraq respublikanın xarici ticarət saldosu mənfi olub. Belə ki, ötən il müsbət saldo 3 dəfə - 15 milyard dollardan 5 milyard dollara qədər azalıb, bu ilin ilk iki ayında isə ixrac gəlirləri ilə idxal xərcləri arasındakı fərq mənfiyə doğru gedib.

Maraqlıdır ki, statistik rəqəmlər Dövlət Gömrük Komitəsinin (DGK) hesabatlarından fərqlənir. Gömrük xidməti müsbət saldo elan edir ki, bu artım da fevralın sonuna 628 milyon dolları keçib: burada ixracın payı 4 milyard 766 milyon dollar təşkil edib, idxal isə 4 milyard 138 milyon dollar içərisində oldu. DGK-nın məlumatına görə, yanvar-fevral aylarında xarici ticarətin ümumi dövriyyəsi 8 milyard 904 milyon dollara çatıb.

Bir sözlə, DSK-nın məlumatına əsaslansaq, DGK-nın fevral hesabatında bəyan edilən xarici ticarət dövriyyəmizin daha 693 milyon dollarının hara getdiyi məlum deyil...

Belə ki, rəsmi statistikaya görə, fevral ayında xarici ticarət dövriyyəsi xərclər və gəlirlər arasında mənfi fərq var. Bunun səbəbi nədir və ticarət balansı niyə minusa gedir?

İqtisadçı ekspert Xalid Kərimli AYNA.AZ-a açıqlamasında 2022 və 2023-cü illərin iqtisadi baxımdan çox uğurlu olduğunu deyib: “Fakt budur ki, 2022-ci ildə neftin orta qiyməti 100 dollar, 2023-cü ildə isə 85 dollar səviyyəsində idi. Bundan əlavə, qazın qiymətləri sadəcə fantastik idi – haradasa, min kubmetr üçün 760-3000 dollar arasında idi. Ötən il respublikamız üçün də yaxşı başa çatıb: qazın qiyməti 326 dollara düşsə də, neftin bir barelinin orta qiyməti 80 dollar olub. Bu il neft və qazın qiyməti düşür, hasilat da ildən-ilə azalır. Demək istəyirəm ki, bu səbəbdən ötən il müsbət saldomuz 3 dəfə – 15 milyard dollardan 5 milyard dollara qədər azalıb”.

“Bu il də xoşagəlməz tendensiya davam edib, ötən illə müqayisədə neftin maya dəyəri daha 25 faiz ucuzlaşıb. Təbii qazın qiyməti bir qədər artıb, amma bu, əlavə gəlirlər neft gəlirlərinin itkisini kompensasiya edə bilmir. Ona görə də ixrac göstəriciləri durmadan azalır. Yəni, gəlirlərin azalmasının əsas səbəbi neft hasilatının və qiymətinin azalması və qazın nisbətən ucuz olmasıdır. Ötən ilin birinci rübündən baha olsa da, qiymətlər əvvəlki iki ilin səviyyələri ilə müqayisə oluna bilməz. Qeyri-neft sektoruna gəlincə, burada bizim cəmi 3,6 milyard dollar və ya bütün ixracda 13,7 faiz payımız var. Göründüyü kimi, neft və qaz gəlirlərin əsas hissəsini təşkil edir, ona görə də karbohidrogenlər ucuzlaşdıqca ölkənin gəlirləri azalır”, - deyə həmsöhbətimiz bildirib.

Mütəxəssisin sözlərinə görə, xarici ticarət balansının azalması ilə bağlı problemlər idxalın artan mövqeləri müstəvisinə də daxil olur: “Burada dövlət satınalmalarının yüksək rolunu görürük, çünki idxal xərclərində bəyan edilən 4 milyard pərakəndə satış üçün deyil. Bütün bunlara baxmayaraq, bu maliyyə ilindən müsbət nəticələr və xarici ticarətdə müsbət saldoya ümid edirəm”.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov da məsələyə toxunub. Dediyb ki, vəziyyət idxal xərclərinin optimallaşdırılmasını və qeyri-neft mallarının ixracının artırılmasını tələb edir. İdxalın artmasına qızıl idxalının artmasının səbəb olduğunu deyən deputat xüsusilə xarici ərzaq məhsullarının alınması ilə bağlı xərclərdən narahatdır.

Onun sözlərinə görə, xarici ticarət dövriyyəsi göstəricilərinə qızıl idxalı göstəriciləri güclü təsir göstərsə də, eyni dövrdə buğda alışı 39.1 faiz, kərə yağı və digər süd yağları və sredstləri 79.8 faiz, xam şəkər 86.8 faiz, çay 72.9 faiz, kartof 0.2 faiz, minik avtomobilləri 27.3 faiz, boru-prokat 30.2 faiz, qara metallar 2.7 dəfə artıb. Rezin təkərlər, yük avtomobilləri, polietilen, polipropilen idxalı da artıb. Avtobus alışı isə 4,4 dəfə artıb.

Bayramov qeyd edib ki, statistika ölkəyə idxal olunan ərzaq məhsullarının xeyli artdığını göstərir. Bu, həm ölkənin ödəmə qabiliyyəti göstəricisi (xarici ticarət balansı) baxımından, həm də ərzaq təhlükəsizliyi baxımından arzuolunmazdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 May 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see214

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see210

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see165

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see156

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see151

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see147

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see145

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see145

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see139

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see136

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see134

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see133

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri