Icma.az
close
up
RU
Milli təhsilin uğurları və hədəfləri

Milli təhsilin uğurları və hədəfləri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da media nümayəndələri üçün brifinq keçirdi. Nazir sertifikasiya, icmaəsaslı təlim qrupları, “Məktəblinin dostu” layihəsi, məktəblərin rasionallaşdırılması və digər proseslərinə aydınlıq gətirdi, jurnalistlərin suallarını cavablandırdı.

İlk növbədə, 2025 və 2026-cı illərdə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb ediləcək yeni fənlərin adları açıqlandı. Bildirildi ki, 2025-ci il üzrə sertifikatlaşdırma planına biologiya, kimya, fizika, coğrafiya informatika fənləri, 2026-cı ildə isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri daxil edilib: “2026-cı ilin sonuna qədər əlavə 40 min müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Bu addım müəllimlərin bilik və bacarıqlarının artırılması, həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır. Sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafına təkan verməklə yanaşı, onların əməkhaqqı sisteminə də təsir göstərir. Gələcək illərdə prosesin daha da genişləndirilməsi planlaşdırılır”.

Nazir qeyd etdi ki, 2025–2026-cı tədris ili üçün Qarabağ Universitetində, təxminən, 1500 tələbənin təhsil alması hədəflənir. Ali məktəbdə 10-12 fakültə fəaliyyət göstərəcək. Ümumilikdə, 10 minə yaxın tələbə və tədqiqatçının universitetə cəlb edilməsi planlaşdırılır. Ali məktəbdə tibb fakültəsinin yaradılması nəzərdə tutulur.

İcmaəsaslı təlim qrupları layihəsi çərçivəsində ölkə üzrə 886 icma mərkəzi fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir bildirdi ki, layihə çərçivəsində 1177 təlim qrupu təşkil edilib: “1046 müəllim icmaəsaslı təhsil prosesinə cəlb olunub. 19 min 251 uşaq bu qruplarda təhsil alır. Eyni zamanda, Şuşa şəhərində də 2 icmaəsaslı qrup yaradılıb və 26 uşaq təhsilə cəlb edilib. Layihə xüsusilə məktəbəqədər yaş qrupunda olan uşaqların erkən təhsilə çıxışını artırmağı hədəfləyir və ucqar bölgələrdə təhsilə əlçatanlığı genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır”.

Emin Əmrullayev 2026-cı ilin sonuna qədər 1000 məktəbdə metodik fəaliyyətin təşkili və hər bir regionda müvafiq dəstək qruplarının formalaşdırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı. O bildirdi ki, yeni modelə əsasən, metodik xidmət strukturu səviyyələrdən ibarət olacaq. Nazir bu addımların təhsil sistemində müəllimlərin metodik dəstəklənməsini gücləndirəcəyini və şagirdlərin daha keyfiyyətli təhsil almasına şərait yaradacağını söyləyib: “2021-ci ildə metodik kabinetlərin diaqnostikası və metodik dəstək modelinin araşdırılması həyata keçirilib. 2022-ci ildə müasir tələblərə uyğun metodistlərin hazırlanması və məktəb bazalarında metodik xidmətin tanınması istiqamətində işlər aparılıb. Bu çərçivədə 60 nəfər metodist seçilib, lakin onların fəaliyyəti məktəblərdə tam reallaşdırılmayıb. 2023-cü ildə isə bu proses daha da genişləndirilib. 150 nəfər metodistin hazırlanması baş tutub, 45 məktəbdə ibtidai təhsil səviyyəsi üzrə metodik xidmət təşkil olunub. Sertifikatlaşdırma balı yüksək olan müəllimlər arasından metodistlər seçilib və onların təlimləri həyata keçirilib. 2025-ci il üçün isə metodik xidməti olan məktəblərin sayının 96-ya çatdırılması, 180 metodistin görülən təşkili və 5840 dərsin keçirilməsi planlaşdırılır. Bundan əlavə, yeni qiymətləndirmə metodikasının sınaq tətbiqi 59 nəfər müəllim və 143 məktəbdə başlanacaq”.

Azərbaycanda ümumi təhsil müəssisələrinin rasionallaşdırılmasının həyata keçirilməsindən söz açan elm və təhsil naziri bu proses nəticəsində həmin məktəblərdə qalan şagirdlər və müəllimlər yaxınlıqdakı digər məktəblərə yönləndirildiyini dedi. Onun sözlərinə görə, rasionallaşdırma müxtəlif meyarlar əsasında aparılıb. Bunlara əhalinin artım dinamikası, coğrafi əlverişlilik, məktəblərin infrastrukturu, siniflərin komplektləşdirilməsi, ən yaxın məktəbə qədər məsafə, həmçinin şagird və müəllim sayı daxildir.

Emin Əmrullayev qeyd etdi ki, nazirlik 2025-ci ildə 130-a qədər ümumi təhsil müəssisəsinin rasional idarə olunması ilə bağlı tədbirlərin davam etdirilməsini planlaşdırır.

“Məktəblinin dostu” layihəsi ilə bağlı verilən suala cavab olaraq nazir dedi: “Təhsil müəssisələrində təhlükəsiz və sağlam mühitin yaradılması məqsədilə həyata keçirilən “Məktəblinin dostu” layihəsi əhatə dairəsini genişləndirir. 2016–2017-ci illərdə cəmi 30 məktəbdə tətbiq edilən bu layihə 2024–2025-ci tədris ili üçün 238 məktəbi əhatə edəcək və 400 min şagirdi əhatə etməyi planlaşdırır. Layihənin əsas məqsədləri müəllim və şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, eləcə də fövqəladə hallarda ilkin tibbi və psixoloji yardım göstərilməsidir”.

“Şagird davranış qaydaları”nın genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd edən nazir dedi ki, pilot layihə kimi 329 ümumi təhsil müəssisəsində iki il ərzində tətbiq edilən bu qaydalar üzrə monitorinq və təhlillər aparılıb, təkliflər formalaşdırılıb. Növbəti tədris ilindən isə bu sistemin bütün dövlət ümumi təhsil müəssisələrində tətbiqi nəzərdə tutulur. Yeni davranış qaydalarına təhlükəsizlik, psixoloji sağlamlıq, şagirdlər arasında ayrı-seçkiliyin qarşısının alınması, həmçinin verbal, sosial-psixoloji və kibertəhlükəsizlik sahəsində zərərli davranışların məhdudlaşdırılması kimi məsələlər daxildir.

“Azərbaycan təhsil sistemində son 10 ildə məktəb direktorları və direktor müavinlərinin təyinatı imtahanlar əsasında həyata keçirilir”, – deyən Emin Əmrullayev bu proses çərçivəsində minlərlə direktor və direktor müavininin məktəblərə təyin olunduğunu diqqətə çatdırdı. O bildirdi ki, gələcəkdə məktəb direktorları təyin edilən şəxslər yalnız idarəetmə bacarıqları əsasında deyil, həm də öz fənlərini yüksək səviyyədə bilmələri əsasında qiymətləndiriləcək: “Nazirlik hesab edir ki, müəllimlikdən direktorluğa keçən şəxsin əvvəlcə öz fənnini mükəmməl bilməsi vacibdir. Əks halda, belə şəxslərin direktor vəzifəsinə irəli çəkilməsi tövsiyə olunmayacaq. Direktor müavinlərinin təyinatında məktəb rəhbərinin rəyi nəzərə alınacaq. Mövcud sistemdə bəzi hallarda fərqli məktəblərdə çalışan müəllimlər digər məktəblərə direktor müavini vəzifəsinə təyin edilir ki, bu da idarəetmədə konfliktlərə və səmərəliliyin azalmasına səbəb olur. Yeni sistemdə məktəb direktorunun rəyinin önəmi artırılacaq”.

Emin Əmrullayev jurnalistlərin diqqətinə çatdırdı ki, təhsil sahəsində rəqəmsallaşmaya mühüm töhfə verəcək “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayır. O dedi ki, Elm və Təhsil Nazirliyinin təqdim etdiyi bu yeni sistem, paytaxt Bakıdakı 324 məktəbi əhatə edəcək: “Layihənin əsas məqsədi 500 mindən çox şagird və 30 mindən çox təhsil işçisini vahid bir rəqəmsal platformada birləşdirməkdir. Platforma vasitəsilə şagirdlər dərslərə onlayn qoşulmaq, tapşırıqları yerinə yetirmək və təhsil prosesini izləmək imkanı əldə edəcəklər. Məktəblərin idarəetmə sisteminin təkmilləşdirilməsi və təhsil prosesinin effektivliyinin artırılması məqsədilə yaradılan bu platforma müəllimlər və valideynlər üçün də yeni imkanlar təqdim edir”.

Rizvan FİKRƏTOĞLU,
Elşən AĞALAR (foto)
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see381

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see368

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see340

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see338

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see304

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see300

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see289

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see216

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see213

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see207

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see202

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see202

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see200

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see190

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see190

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see185

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri