Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Elm siyasəti və milli elmi elita

Elm siyasəti və milli elmi elita

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

I məqalə

AMEA prezidentinin təşəbbüsü

AMEA prezidenti, akademik İsa Həbibbəyli milli elmi elitanın formalaşdırılması məsələsini ölkənin elmi camiəsinin gündəminə gətirmişdir. Ölkənin ali elmi təşkilatının rəhbəri məsələni Prezident İlham Əliyevin Azərbaycanın strateji inkişaf konsepsiyası çərçivəsində, ümumiyyətlə, elmi təşkilatlar qarşısında qoyulan vəzifə kimi aktuallaşdırmışdır.

O cümlədən, məsələnin AMEA-nın yeniləşmə kursu, təşkilatın 2025-2030-cu illəri əhatə edən strateji inkişaf konsepsiyası və Yol Xəritəsi baxımından son dərəcə böyük əhəmiyyəti vardır. Bu bağlılıqda “elm siyasəti” və “milli elmi elita” anlayışlarının müxtəlif elmi aspektlərdən tədqiqi çox aktual görünür. Məsələnin kökü ulu öndər Heydər Əliyevin müasir mərhələdə Azərbaycanda elm siyasətinin əsaslarını hazırlaması ilə bağlıdır.

Hələ sovet dönəmində Heydər Əliyev elmin dövlətə azərbaycançılıq prinsipi üzrə xidmət etməsinə istiqamətlənmiş davamlı addımlar atmışdır. Bu prosesdə AMEA-nın məhz milli elmi elitanın formalaşmasında aparıcı rol oynaması məsələsini Ulu öndər diqqətə çatdırmışdır. Onun başlıca mənası Azərbaycanda elmin dövlətə, milli maraqlara və azərbaycançılığa xidmət etməsindən ibarətdir.

AMEA prezidenti milli elmi elitanın formalaşdırılması məsələsinin tədqiqini məhz bu gerçəkliyi əsas tutaraq aparmağı aktuallaşdırmışdır. Şübhəsiz ki, bu prosesdə filosofların aktiv iştirakı zəruridir. Çünki məsələnin adekvat fəlsəfi dərki olmadan praktiki səmərə verə biləcək proqramlar hazırlamaq müasir elmi kriteriyalara uyğun deyildir.

Elmin bir özəlliyi haqqında

Bəşəriyyətin intellektual və qeyri-intellektual kəsimi min illərdir elmdən danışır, lakin hələ də mövzu bitməmişdir. Kainatın özü qədər əsrarəngiz, müəmmalı, ancaq parlaq olan elmi yaradıcılığın mahiyyəti və təbiəti alimlərlə yanaşı, siyasətçilərin də maraq dairəsindədir. Burada “elm nədir?” kimi ilk baxışdan bəsit görünən suala cavabdan tutmuş elmin dünyaya verdiyi töhfələr və vura biləcəyi ziyana qədər geniş məsələlər aktuallığını saxlayır. Onların sırasında mütəxəssilərin “elm siyasəti” adlandırdığı və birbaşa dövlətin elmə münasibəti ilə əlaqəli olan anlayış ayrıca yer tutmaqdadır.

Doğrudan da, elm siyasəti nədir və nəyə lazımdır? Müasir ölkələr elm siyasəti olmadan mövcud ola bilməzlərmi? Nə üçün hazırda dünyanın ən inkişaf etmiş dövlətlərindən tutmuş, ayaqda qalmağa çalışan zəif ölkələrinə qədər hər kəs elm siyasətinin zəruriliyindən bəhs edir? Çünki müasir mərhələdə elm cəmiyyətin və dövlətin həyatının bütün sferalarına nüfuz etmişdir. Elmi bilik olmadan hər hansı sosial, siyasi, mədəni, mənəvi, əxlaqi, iqtisadi, hərbi, təhlükəsizlik və digər problemləri həll etmək mümkün deyildir. Bu cür vəziyyətin yaranmasının elmi izahı mövcuddurmu?

Onu iki aspektdən izah etmək olar. Birinci aspekt insanın xüsusi fəaliyyət sferası kimi elmin substantiv və funksional özəllikləri ilə bağlıdır. Buraya elmi yaradıcılıqdan tutmuş elmi fəaliyyətin təşkili, institutlaşması və cəmiyyətə tətbiqinin nəzəri və metodoloji xüsusiyyətləri daxildir. Elm, bir qayda olaraq, xüsusi təşkil edilmiş institutlaşma daxilində mövcud olur. Elmin fərdi məşğuliyyət sahəsi olaraq mövcudluğu qədimdə qalmışdır, indi o, aparıcı deyildir (hərçənd prekarların timsalında elmi yaradıcılığın fərdiliyi yeni forma almışdır, lakin prekar da elm adamı kimi konkret təhsil sistemində yetişir, yəni o da kökdə institutlaşmaya daxildir).

Elmi araşdıranlar onun “paradiqmal” formada inkişafından danışırlar. Yəni, paradiqma müəyyən müddətdə elmi camiə üçün problemlərin qoyuluşu və həlli modelidir (Tomas Kun). Paradiqma elə bir elmi yaradıcılıq nümunəsinin sistemidir ki, konkret tarixi mərhələdə elm adamları onun nəzəri və metodoloji sərhədləri daxilində tədqiqat aparırlar və ona uyğunluq olanda alınan nəticə elmi bilik sayılır.

Deməli, elm faktiki olaraq hər zaman müəyyən sistem formasında təşkil edimiş biliklərin sistemidir. Əgər sistemləşmə varsa, iki faktor mütləq elmdə mövcud olmalıdır – birincisi, elmi yaradıcılığın kollektiv xarakteri (ona “intersubyektivlik” də deyirlər), ikincisi, elmi fəaliyyətin idarə edilməsi. Deməli, paradiqmallıq elmi həm kollektiv fəaliyyət növünə çevirir, həm də onun bu keyfiyyətdə idarə olunması zərurətini meydana gətirir.

İkinci aspekt müasir mərhələdə dövlətin olduğu cəmiyyətlərdə elmlə bağlı siyasətin aparılmasının zəruriliyi ilə əlaqədardır. Doğrudan da, əgər elm kollektiv fəaliyyət növü kimi ayrıca bir sistemdirsə və cəmiyyətin fəaliyyətinin bütün sferalarına nüfuz edirsə, onun idarəedilməsi aksiomdur. Başqa halda, elmi fəaliyyət toplumda həm xaos yarada bilər, həm də onun aldığı nəticələrin sosial faydası olmaz. Bu da o deməkdir ki, elmi fəaliyyət mütləq dövlət tərəfindən yönəldilməlidir.

Burada çox sayda problem meydana gələ bilər. Məsələn, elmi tədqiqatın sərbəstliyi ilə alim məsuliyyəti arasında nisbət. Və ya elmin daha səmərəli formada institutlaşması. Elmin maliyyələşməsi, onun nəticələrinin çevik və məqsədyönlü surətdə cəmiyyətə tətbiqi. Cəmiyyətin təhlükəsizliyində elmin rolu və s.

Lakin bunlar da onu göstərir ki, hər bir müstəqil dövlət üçün elm siyasəti vacibdir. Bəs elm siyasəti ilə bağlı dünya təcrübəsində əsas faktorlar hansılar hesab edilir?

Elm siyasətinin iki modeli

Əsasən iki elm siyasəti modelindən bəhs edirlər: liberal və marksist. Hər ikisinin özünəxas baza prinsipləri (təməl müddəalar) vardır. Liberal model fundamental, yəni onların anlamında əsl, saf, təmiz elmin iqtisadiyyatdan asılı olmayaraq avtonomluğunun qəbul edilməsi prinsipinə əsaslanır. Marksist modeldə isə elmin bütövlükdə cəmiyyətin iqtisadi tələbatlarından birbaşa asılı olduğu müddəa baza prinsip kimi götürülür.

Bu iki başlanğıc prinsipə görə dövlətlər bir-birindən fərqli təşkilati xarakterli baza prioritetləri müəyyən edirlər. Marksist modeldə elmin inkişafı və idarəedilməsinin planlaşdırılması zəruriliyi prioritetdir. Liberal modeldə isə fundamental elm üçün idarəetmədən prinsipial imtina və elmlə xüsusi növ tərəfdaş münasibətlərinin qurulması prioritetdir. Burada bir fərqi vurğulamaq lazımdır.

Elmin təşkilati modelləri və elm siyasətinin paradiqmaları eyni anlayış deyillər. Elmin təşkilati modelləri bir elm siyasəti paradiqması daxilində ölkədən ölkəyə fərqlənə bilər. Onları birləşdirən elm siyasətinin baza prinsipidir. Bu əsas faktorların əksəriyyətinin kompleks xarakterinə görə, onlar iki elm siyasəti modelindən birinə aid edilir. Təşkilati aspektdə elm siyasətini amerikan və kontinental modellərə bölürlər.

Elmin təşkilati modeli isə amerikan və kontinental kimi iki nümunəyə ayrılır. Kontinental model, adətən, Almaniya nümunəsi ilə assosiasiya olunur. Onu vurğulayaq ki, sovet elmi təşkilati modeli kontinental modelə aiddir. Müasir mərhələdə daha çox bu iki modelin sintezində nümunələrə üstünlük verilir. Bu da ölkədən – ölkəyə fərqlənir. Lakin başlıca prinsip ondan ibarətdir ki, müasir dövrün tələblərinə cavab verən səviyyədə elmi tədqiqatla təhsilin sintezinə nail olunsun. Yəni elm-təhsil inteqrasiyasının optimal model axtarışları hazırda çox aktualdır.

Xüsusilə, sürətli və əhatəli inkişaf kursunu seçmiş dövlətlər üçün elm siyasətinin və onun təşkilati aspektinə aid olan modellərin tədqiqi çox əhəmiyyətlidir. Burada liberal və marksist (uyğun olaraq amerikan və ya kontinental) modellərdən hansına üstünlük verilməsi və yaxud onların necə sintez edilməsi məsələsi ölkənin elmi ənənəsi və strateji inkişaf kursunun özəllikləri ilə birbaşa əlaqəlidir.

Elmin amerikan təşkilati modelində elmi tədqiqatlarla təhsili təqribən bərabər nisbətdə qarşılıqlı əlaqədə götürən universitetlər üstünlük təşkil edilir. Kontinental modeldə isə tələbə hazırlamayan ixtisaslaşmış elmi-tədqiqat institutları dominantdır. Kontinental elmi model ən təmiz formada SSRİ-də formalaşmışdı.

Bir məqamı da mütləq vurğulamaq gərəkdir. Elmdə belə bir qənaət vardır ki, paradiqmalar öz tərəfdarlarında gerçəkliyə xüsusi yanaşma formalaşdırır. Yəni paradiqmallıq ancaq elmi problemlərin qoyulması və həllini xarakterizə etmir – o, alimdə intellektual, mənəvi, emosional kontekstlərdə müəyyən yanaşma üsulu formalaşdırır. Deməli, eyni zamanda, iki elmi paradiqmaya sadiq olmaq mümkün deyildir. Mütləq biri seçilməlidir. Lakin, bu, o demək deyildir ki, həmin dövrdə mövcud olan digər paradiqmalar kənara qoyulsun. Burada söhbət konseptual olaraq bir elmi paradiqmanı seçməkdən gedir (məsələnin elmi tərəfi mürəkkəbdir və ona burada toxunmuruq).

Əgər paradiqma seçimdirsə, onda burada siyasət də mütləq vardır. Özəlliklə elm siyasəti üçün paradiqmallıq ciddi əhəmiyyət kəsb edir. Tarixi təcrübə göstərir ki, elm siyasətində elmi paradiqmallıqla yanaşı, təməl siyasi-ideoloji mövqe həlledici rol oynayır. Məhz həmin baza siyasi-ideoloji mövqe yekunda elm siyasətinin məzmun və məqsədini müəyyən edir.

Deməli, alim hər bir cəmiyyətdə fərd olmaqla yanaşı, həm də sosial varlıqdır və ona bundan kənarda baxmaq olmaz! Alimin sosial varlıq kimi mövcudluğu elmin də cəmiyyət üçün kollektiv səviyyədə əhəmiyyətini təsdiq edir.

XX əsr elm tarixində vurğuladığımız məqamlar prizmasında liberal və marksist (təşkilati özəlliyinə görə - amerikan və kontinental) elm siyasəti paradiqmalarına qısa nəzər salaq. Onların müqayisəindən Azərbaycan təcrübəsi haqqında elmi qənaətlər əldə edə bilərik.

Liberal elm siyasəti

Liberal elm siyasəti 1940-cı illərdə ABŞ-da yaranmışdır. Onu Amerikanın elmi-texniki uğurları ilə əlaqələndirirlər. Bu elm siyasəti “nümunəsi”nin populyarlığı göstəricilərindən biri kimi 1980–1990-cı illərdə elmi potensialı yüksək olan bir sıra dövlətlərdə Milli Elm Fondu profilli qurumların yaradılmasını vurğulayırlar. Məsələn, Çinin təbii elmlər milli fondu, Polşa elmi fondu, Rusiya fundamental tədqiqatlar fondu və başqaları buna nümunədir. Onların hər biri ABŞ-ın elm siyasətinin açar faktorları və prinsiplərini təkrarlayırlar, yəni faktiki olaraq, Amerika elm siyasətinin “surətləri”dir.

Dünyanın tanınmış alimləri və filosofları sırasında elm siyasətinin liberal modeli (uyğun olaraq, elmin təşkilinin amerikan nümunəsi) tərəfdarları az deyillər. Onlardan ikisini – Maykl Polani və Robert Mertonu qeyd edə bilərik. M.Polani macar əsilli kimyaçı, iqtisadçı və filosofdur. 1933-cü ildə Böyük Britaniyaya miqrasiya edən M.Polani orada fizik C.Bernalın elmin marksist siyasətini təbliğ edən geniş yayılmış konspesiyası ilə tanış olur. Onun təsiri altında SSRİ-yə səfər edir. Maraqlıdır ki, bu səfər M.Polanini elmin C.Bernalın aktiv əleyhdarlarından birinə çevirir. M.Polani Qərb universitetlərində üstünlük təşkil edən akademik azadlıq modelinə üstünlük verir.

ABŞ-da Robert Merton M.Polaninin mövqeyinə uyğun ideyalar irəli sürmüşdür. O da fundamental elmlərə təşkilati baxımdan avtonomluğun verilməsinin tərəfdarı olmuşdur. Elmi fəaliyyətin fərdi səviyyəsindən institusional səviyyəyə keçidi üçün isə “elmi etos” anlayışından istifadə etmişdir. Elmi etos elmi camiədə mövcud olan normalar sistemidir (əsasən sırf idraki, yəni koqnitiv aspekt götürülür). Bunlarla yanaşı, R.Merton elmi fəaliyyədə “kollegial nəzarət” (o, buna “dördüncü imperativ” deyir) faktoruna ayrıca önəm verir. Yəni, hər bir halda elmi fəaliyyətə hansısa nəzarətin olmasını qəbul edir.

Bunlarla yanaşı, ABŞ-da liberal elm siyasətinin formalaşması üçün hakimiyyətin birbaşa nəzarətində olan hansısa təşkilatın yaradılmasını və bütövlükdə, elmi fəaliyyəti istiqamətləndirməsinı təşkil etmək gərəkdi.

Bu vəzifəni o dövrün tanınmış alimlərindən olan Vannivar Buş yerinə yetirmişdir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri