Milli kimlik bütün fənlərin tədrisində nəzərə alınmalıdır TƏHSİL EKSPERTİ DANIŞDI
Icma.az, Sia Az saytına istinadən bildirir.
"Qloballaşma dövründə milli kimliyin qorunması təhsil sisteminin əsas prioritetlərindən biri olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.
Onun sözlərinə görə, müasir dünyada informasiya axınının sərhəd tanımadığı bir zamanda, gənc nəslin formalaşmasında xarici təsirlər qaçılmazdır: "Bu səbəbdən məktəblərimizdə və ali təhsil müəssisələrində şagird və tələbələrə həm qlobal vətəndaşlıq şüuru, həm də milli-mənəvi dəyərlər eyni vaxtda aşılanmalıdır.
Milli kimlik təkcə tarix və ədəbiyyat dərslərində deyil, bütün fənlərin tədrisində nəzərə alınmalıdır. Azərbaycan dilinin düzgün və zəngin tədrisi, mədəni irsimizin təbliği, milli qəhrəmanlarımızın və dəyərlərimizin gənc nəslə tanıdılması bu istiqamətdə mühüm rol oynayır. Gənclər dünya mədəniyyətini tanımaqla yanaşı, öz köklərini və kimliyini də unutmamalıdır. Bunun üçün dərsliklərdə və tədris materiallarında milli məzmunun artırılması, təhsil müəssisələrində vətənpərvərlik yönümlü tədbirlərin keçirilməsi, eləcə də müəllimlərin bu sahədə maarifləndirilməsi vacibdir. Yalnız bu yolla biz qloballaşmanın gətirdiyi fürsətləri dəyərləndirərək milli kimliyimizi müasir dünyada qoruyub saxlaya və inkişaf etdirə bilərik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 08 İyul 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















