Icma.az
close
up
RU
Təhsil eksperti tələbələrin təqaüdünün artırılmasından DANIŞDI

Təhsil eksperti tələbələrin təqaüdünün artırılmasından DANIŞDI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Cənab Prezidentin tələbələrin, magistrların və doktorantların təqaüdlərinin artırılması ilə bağlı imzaladığı sərəncam, bütövlükdə sosial təbəqə olan tələbələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış bir addım kimi, eyni zamanda akademik göstəricilərinə müvafiq olaraq tələbələrə ödənilən təqaüdlərin onlar üçün motivasiya və stimullaşdırıcı rol oynaması baxımından da əhəmiyyətlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov Prezident İlham Əliyevin təqaüdlərlə bağlı imzaladığı sərəncamdan danışarkən bildirdi.

"Eyni zamanda bilirik ki, cənab Prezidentin zaman-zaman tələbələrə ünvanlanmış bu cür sərəncamları olub və bu onu göstərir ki, Azərbaycan dövləti və onun başçısı hər zaman həssas təbəqəyə aid insanların qayğılarının qarşılanmasına yönəlmiş siyasətə böyük önəm verir. Bütövlükdə bu, indiyə qədər cənab Prezident tərəfindən həyata keçirilən bu istiqamətdə ardıcıl işlərin davamıdır. Bilirik ki, cənab Prezident tərəfindən hər zaman tələbələrə və sosial baxımdan həssas təbəqələrə ünvanlanmış bu kimi sərəncamlar mövcud olmuşdur.

Əminəm ki, bu istiqamətdəki fəaliyyətlər gələcəkdə də davam etdiriləcək və bu, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə təhsil almaq istəyən, təhsil alan insanların müdafiəsinin gücləndirilməsinin nə qədər böyük əhəmiyyət daşıdığını göstərir.

Qeyd etdiyim kimi, bu sərəncamı iki aspektdən çox önəmli hesab edirəm. Birincisi, insanların sosial qayğılarının qarşılanması baxımından növbəti bir sosial sənəd kimi, dgər tərəfdən isə tələbələrin daha yaxşı oxumağa motivasiya edən bir sənəd kimi. Çünki orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrində, eyni zamanda doktoranturanın hər iki səviyyəsində fəlsəfə doktoru və elmlər doktoru pillələrində təhsil alan insanlara ünvanlanmış bu sənəddə akademik göstəricilərə müvafiq olaraq diferensial yanaşma tətbiq olunmuşdur".

Ekspertin fikrincə, bu diferensial yanaşma isə tələbələri daha yaxşı oxumağa təşviq edir, onları daha məsuliyyətli olmağa vadar edir və bilik-bacarıqlarına müvafiq olaraq təqaüdlərlə stimullaşdırır.

"Hesab edirəm ki, bu, həqiqətən də yaxşı nümunə sayıla biləcək bir sənəddir. Biz əvvəlki sərəncamlarda da akademik göstəricilər əsas götürülməklə tələbələrə təqaüdlərin ödənilməsi prinsipini görmüşük. Burada isə maraqlı məqam ondan ibarətdir ki, akademik göstəriciləri yüksək olan tələbələr, istər dövlət sifarişi ilə, istərsə də ödənişli əsaslarla təhsil alsınlar, Prezident sərəncamı ilə nəzərdə tutulmuş tələbə təqaüdlərindən yararlana biləcəklər.

Bütün bunlar təkcə sosial paket olaraq deyil, eyni zamanda təhsilə verilən dəyərin, yaxşı oxumağa verilən önəmin və gənclərin daha çox bilik və bacarıq əldə etməsinə yönəlmiş təşviqedici siyasətin göstəricisidir", - deyə İlqar Orucov qeyd etdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyul 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri