Icma.az
close
up
RU
Magistr təhsili vacibdirmi? TƏHSİL EKSPERTİ DANIŞDI

Magistr təhsili vacibdirmi? TƏHSİL EKSPERTİ DANIŞDI

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycanda magistratura təhsili uzun illərdir ki, bakalavr səviyyəsindən sonra təhsilin davamı kimi təqdim olunur. Lakin son illərdə bu mərhələyə münasibət daha çox formal xarakter daşıyır, ali məktəb məzunlarının böyük bir qismi magistraturanı diplom və əmək bazarında rəqabət qabiliyyəti üçün “məcburi mərhələ” kimi qəbul edir. Halbuki magistratura sadəcə diplom deyil, ixtisaslaşmanın, akademik dərinliyin və elmi metodların öyrənildiyi strateji bir pillədir. Bu təhsil pilləsinin əhəmiyyəti və effekti isə onun necə və hansı məzmunda həyata keçirilməsindən birbaşa asılıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13-cü maddəsinə əsasən, magistratura ali təhsilin ikinci pilləsi kimi elmi-pedaqoji və elmi-tədqiqat fəaliyyətlərinə hazırlıq səviyyəsi hesab olunur: "Bu da o deməkdir ki, magistr pilləsinin vəzifəsi sadəcə təkrar fənn bilgisi deyil, daha çox həmin sahənin tədqiqat metodlarını, fəlsəfi əsaslarını və praktik dərinliyini öyrətməkdir. Təəssüf ki, hazırda ölkədə bir çox ali məktəbdə magistr proqramları sadəcə bakalavr təhsilinin bir növ davamı kimi təqdim olunur. Eyni proqramlar, eyni müəllimlər, eyni metodologiya ilə fərqli nəticə gözləmək qeyri-mümkündür. Bu səbəbdən də bəzi hallarda magistratura vaxt itkisi kimi qiymətləndirilir.

Statistik göstəricilər də bu problemi təsdiqləyir. 2024-cü ildə Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumata görə, magistraturaya qəbul üçün ərizə verənlərin 43 faizi müsabiqədən kənarda qalıb. Lakin qəbul olanların da 70 faizdən çoxu ixtisas üzrə deyil, sadəcə nəticəyə uyğun olaraq yer tutub. Bu fakt özü göstərir ki, magistratura əksər hallarda məqsədli ixtisaslaşma yox, sadəcə “ali diplomun davamı” kimi qəbul olunur. Digər bir tərəfdən, bu mərhələnin proqramları da elə formalaşdırılıb ki, nə elmi tədqiqata, nə də praktik yönümlü mütəxəssis hazırlığına real imkan yaradır".

Ekspert qeyd edir ki, müsbət tərəflərini də qeyd etmək lazımdır. Magistr pilləsi bir çox hallarda inzibati və elmi vəzifələrə keçid üçün açar rolunu oynayır: "Məsələn, “Müəllimlərin işə qəbulu” müsabiqəsində və ya məktəb direktorlarının seçimi prosesində magistr dərəcəsi üstünlük təşkil edir. Eyni zamanda beynəlxalq təhsil və əmək bazarında tanınmaq, doktoranturaya qəbul olmaq, elmi jurnallarda nəşr fəaliyyətini genişləndirmək üçün magistr pilləsi zəruridir. Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da artıq bəzi ixtisaslarda magistr dərəcəsi mütləq tələblər sırasına daxil edilib. Bu isə onu göstərir ki, bu mərhələ yalnız akademik deyil, həm də praktiki dəyərə malikdir.

Dünya təcrübəsinə baxdıqda, magistratura təhsili daha çox tədqiqat əsaslı, analitik düşüncə və müstəqil qərarvermə bacarıqlarının inkişafına yönəlib. Məsələn, Finlandiyada magistr pilləsi universitet müəllimi olmaq üçün minimum tələblərdəndir və tədqiqat komponenti olmadan mümkün deyil. ABŞ-da magistr proqramları əsasən ya tədqiqat yönümlü (research-based), ya da praktiki yönümlü (professional-based) olmaqla iki qola ayrılır. Bu fərqləndirmə tələbəyə konkret seçim imkanı verir – ya akademik karyera, ya da praktik sahədə dərinləşmə. Azərbaycanda isə bu bölgü ya yoxdur, ya da çox zəif tətbiq olunur. Bu da nəticədə məzunların nə akademik aləmdə, nə də əmək bazarında tam hazır olmaması ilə nəticələnir".

Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, mövcud vəziyyəti dəyişmək üçün ilk növbədə magistr proqramlarının kurikulumları yenidən baxılmalı, bakalavr təhsili ilə təkrarçılıq aradan qaldırılmalı, ixtisaslaşma və tədqiqat bacarıqlarına əsaslanan məzmun təmin olunmalıdır: "Eyni zamanda, magistr təhsili müəllim hazırlığı sahəsində ciddi transformasiyanın əsas sütunu olmalıdır. Çünki müəllim yalnız fənn bilikləri ilə deyil, psixoloji hazırlıq, metodoloji çeviklik, pedaqoji analiz və süni intellekt kimi yeni texnologiyalara uyğunlaşma qabiliyyəti ilə formalaşır. Məhz bu səviyyədə süni intellektin təhsil prosesinə inteqrasiyası – dərs planlarının AI ilə hazırlanması, şagird davranışlarının analizi, fərdiləşdirilmiş təlim alqoritmlərinin öyrənilməsi – yalnız magistr səviyyəsində baş verə bilər.

Magistr pilləsinin gələcəkdə Azərbaycanda hansı dəyişikliklərə yol açacağı əsasən onun strukturlaşdırılmasından asılıdır. Əgər bu pillə elmi və peşəkar kadr hazırlığının baza mərhələsinə çevrilərsə, o zaman ölkənin təhsil, idarəetmə və elmi sisteminə yeni nəfəs gələ bilər. Əks halda, bu mərhələ yalnız formal diplom təminatı olaraq qalacaq. Ona görə də bu sahədə konseptual dəyişikliklər – proqramlararası fərqləndirmə, modul təhsili, distant və beynəlxalq ikili diplom sistemlərinin inteqrasiyası, süni intellektin tətbiqi və təcrübəyə əsaslanan qiymətləndirmə sistemləri vacibdir.

Əgər bu dəyişikliklər baş verərsə, magistratura pilləsi Azərbaycanda həm təhsilin keyfiyyətinə, həm də əmək bazarının ehtiyaclarına real cavab verən bir mərhələyə çevriləcək. Əgər dəyişiklik baş verməzsə, bu pillə yalnız vaxt itirənlər və ikinci diplom ovuna çıxanlar üçün formal keçid nöqtəsi olaraq qalacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Aprel 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see233

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see232

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see222

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see214

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see201

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see198

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see196

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see196

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see194

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see193

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see190

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see189

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see186

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see180

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see177

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see171

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see171

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see168

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see161

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri