Icma.az
close
up
RU
Milli kimliyimizin triadası: Vətən, millət, dil

Milli kimliyimizin triadası: Vətən, millət, dil

Xalq qazeti-dan verilən məlumata görə, Icma.az xəbər verir Milli kimliyimizin triadası: Vətən, millət, dil.

21 Fevral Beynəlxalq Ana dili Günüdür

Bu gün təhsilin təşkilatlanmasından, yeni nəslin tərbiyəsindən danışırıqsa, burada nəzərə almağımız gərəkən mühüm və həssas məsələlərdən biri dilə olan münasibətin düzgün qurulması, uşaqlarımızın kiçik yaşlardan doğru istiqamətə yönləndirilməsidir.

İlk təhsilin hansı dildə alınması, xarici dilə meyillənmələr hər zaman aktual, müzakirə predmeti olan məsələ olub. Çağdaş zamanımızda da valideynlər daha çox övladlarının xarici dildə təhsil almasını istəyirlər və bu tendensiya bizdə yalnız son illərin göstəricisi sayıla bilməz. Məncə, Sovet dövründən bizdə rus dili mühitinə maraq daha güclü olub. Sonradan buna ingilis və digər dillər əlavə olundu. İnsanlarda belə bir düşüncə formalaşıb ki, sanki xarici sektorda təhsil alan uşaq daha dünyagörüşlü, yüksək nizam-intizama malik olur. Digər səbəblər də var, əlbəttə. Ali məktəbi bitirən məzunlar xarici dili bildikləri təqdirdə işlə daha rahat və asan təmin olunurlar. Valideyn də bunu bildiyindən, övladını məktəbə ayaq qoyduğu ilk vaxtlardan artıq xarici sektora yazdırır, yaxud məktəbi bitirən kimi başqa ölkələrdə təhsilini davam etdirməsi üçün elə kiçik yaşdan uşaqlarına dil bilikləri qazandırmağa çalışır.

Amma burda bir önəmli məqamı unutmaq lazım deyil. İstər sosial tərəqqidə, istərsə də milli şüur hadisəsi kimi üstündə “Ana dili” yazılan kitablar daha böyük iş görüb. XIX əsrin sonunda bir “Vətən dili” dərsliyi hasilə gətirmişdi milli aydınlarımız. O dərsliyin yetişdirdiyi nəsil sonradan Azərbaycanda milli məfkurənin, dövlət müstəqilliyinin qurucuları oldular. Görünür, bu gün də eyni vaxtda həm valideyn, həm də şagird üçün şərikli “Vətən dili” kitabını yazmağın və oxutmağın zamanı gəlib.

Uşaqlar kiçik yaşdan seçim imkanı tanımırlar. Onları yad atmosferə yönləndirən valideynləridir. Təhsildəki təmiz ekoloji mühit sağlam və milli ruhlu gəncliyin yetişməsi üçün çox vacibdir. Bəli, o uşaqlar hətta bir neçə xarici dilə sahiblənmiş olarlar. Amma milli təəssübkeşliyin, milli düşüncənin formalaşmasının düstürü birdir və onun yolu ilk təhsili ana dilində almaqdan keçir.

“Hansı millətin dilində təhsil alırsansa, o millətə məxsussan” fikri sıradan deyilmiş fikir deyil. Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında çap olunan “Rişədən başlamalı” adlı bir məqaləsi var. Orda yazır ki, “Əgər rişəni baltalayıb ona zərər yetirə bilsək, qol-qanad onsuz da öz-özünə quruyub məhv olacaq. Yoxsa nə qədər ki, rişə sağ-salamatdır, ağac hələ dayanıb duracaqdır”. Yəni, ilk təhsil çox önəmlidir. Xalqına, millətinə bağlı, tarixini və ədəbiyyatını bilən insanlar yetişdirmək istəyiriksə, ilk təhsilin ana dilindən başlamasını nəzərə almalıyıq.

Daha bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Dil bilikləri ayrı, ilk təhsilin xarici dildə əxz olunması ayrı məsələlərdir. Məsələn, Pakistanın mənəvi lideri və ideoloqu, eyni zamanda ən böyük milli şairi Məhəmməd İqbal Kembric Universitetini bitirib. Bizdə XX əsrin əvvəllərində də, ondan əvvəl də milli aydınlarımız bir neçə xarici dil biliblər. Təhsillərini mükəmməlləşdirmək üçün bir neçə xarici ölkənin universitetlərində oxuyublar. Əhməd bəy Ağayev, Məhəmməd ağa Şahtaxtinski Fransanın Sarbon Universitetini bitirib. Peterburq və İstanbul Universitetində təhsil alan Əli bəy Hüseynzadə 7 xarici dili mükəmməl səviyyədə bilib. O qədər mükəmməl ki, Türkiyədə nəşr olunan almanca-fransızca lüğəti redaktə edib.

Əsrin əvvəllərində bu proses ümumiyyətlə, çox intensiv, ardıcıl olub. Amma XX yüzilliyin əvvəllərində milli mədəniyyətin dünyaya açılması, ona məhz yeni mərhələyə keçid üçün, “böyük sintez işi üçün” lazım olub; Avropaya pərvaz etmək və yenidən Şərqrə qayıtmaq üçün lazım olub.. Bu təmasa mədəniyyətin özünün qeyri-milli ölçülərdən yanaşmaq cəhdləri yox idi. Əksinə, o dövrdə ədəbiyyatın özünün pafosu ifrat, aludəçi, milli düşüncəyə xələl gətirə bilən hər hansı neqativ meyllərə qarşı yönəlmişdir. Yada salaq: Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi və bu xüsusda dillə bağlı yazdığı publisistik məqalələri, felyetonları, Mirzə Ələkbər Sabirin eyni məramı aşılayan şerləri, yaxud dünya ədəbiyyatını böyük əzm və inadla təbliğ edən Əli bəy Hüseynzadənin bu mövzuda manifest xarakterli fikrini: “… türklük və islam dairəsində tərəqqi etmək istəriz. Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, … türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar denilsin. Yoxsa “türklər, müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar” denilməsin”! Yəni bütün hallarda bir amal vardı: “Vətən, millət, dil”!

Bu gün xüsusən, təhsilə ciddi nəzarət olmalıdır. Nəzarət güclü olanda dünya ilə birbaşa dialoqa girmək daha səmərəli nəticə verib. Amma nəzarət zəif olanda fəsadları olub. Xüsusən dini mənsubiyyət mənasında. Məsələn, “Millət şərqisi” adlı milli marşın müəllifi Tofiq Fikrətin oğlu Robert kollecini bitirib. Robert kollecində təhsil alarkən, “İncil” oxuyub, təhsilini davam etdirmək üçün Avropaya gedib və sonda xristianlığı qəbul edib, nəinki dinini dəyişib, hətta Amerika kilsəsində keşiş olub. İlk təhsilin xarici dildə alınması təbii ki, arzuolunan deyil. İbtidai təhsil fərdin bünövrəsini yaradır. Bünövrə milli şüurun təməlini qoymalıdır. Bu mənada, ibtidai təhsilin millli dildə olması son dərəcə vacibdir. Öz dilini bil, tarixini, ədəbiyyatını tanı, sonra istədiyin xarici dili mənimsə. Dünyaya çıxanda da öz milli müəyyənliyinlə çıxmaq, ölkəni təmsil eləmək lazımdır. Biz Avropaya avropalı qafasında çıxacağıqsa, kimə maraqlı olacağıq? Onların kimliyini onlardan yaxşı bilməyəcəyik ki. Ona görə öz ruhumuzu maraqlı etməliyik ki, dünya üçün də maraq kəsb edə bilək.

Təsəvvür edin, kiçik yaşlarından fərddə formalaşmış baza, hansı ki, orada nə Nizami, nə Füzuli, nə Sabir var... Təməldən sən bu sənətkarları tanımadan böyüyürsən. Bu, çox acınacaqlı vəziyyətdir. O təhsil artıq fərdi kökündən ayrı salmırmı? Əlbəttə salır. Bu gün ən böyük bəlamız elə bu deyilmi? Hətta ədəbiyyatın özündə belə gənc nəslin klassikadan nə qədər aralı düşdüyünün şahidiyik. Səbəb qərbə meyillilik, orda yaradılan ədəbiyyata aludəlikdir. Bu, ağrılı bir prosesdir. Yadıma Hüseyn Cavidin 1915-ci ildə yazdığı bir məqalə düşür: “Аvrоpа yоlunu tаnır-tаnımаz, bir də frаnsız müqəllidliyi meydаn аldı. Həm də frаnsızlаrın аz-çох ciddi və məhаrətli ədəbiyyаtı deyil, hоppа, dəyərsiz və çürük əsərləri təqib оlundu, tərcümə edildi və özlərindən хüsusi əsər yаzаnlаr belə bir dürlü təqliddən yахаnı sıyırа bilmədilər. Həm də əskilik ilə yeniliyi, əcəmlik ilə frаnsızlığı qаrışdırаrаq iki çürük, iki əхlаqsız uçurum аrаsındа qаldılаr”. Halbuki, milli baza öz ədəbiyyatımız olmalıdı. Bu mənada, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ard-arda çox mühüm sərəncamlara imza atmaqla milli ədəbiyyata qayıtmaq üçün yaxşı fürsət qazandırır. Klassik ədəbiyyatın latın qrafikası ilə kütləvi nəşri, İmadəddin Nəsimi ili, Nizami Gəncəvi ili, Cümhiriyyət ili, Heydər Əliyev ili, Əhməd Cavad, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və başqaları ilə bağlı verdiyi hər qərarla xalq öz milli kimliyinə boylanmağa nail olur. Bu yaxınlarda ölkə başçısı görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. O Üzeyir Hacıbəyli ki, ərəb, fars, rus, tatar, gürcü, ləzgi dillərini mükəmməl bilməsinə rəğmən XX əsrin əvvəllərində aparılan böyük maarifçi dalğanın önündə gəlir. Onun böyük mücadiləçi bir ruhla ana dili, milli şüur oyanışı ilə bağlı yazdığı məqalələrinin özü dilimizin, mənəviyyatımızın qorunmasına qoyulan ən böyük abidədir. “Hansı vasitələrlə dilimizi öyrənib kəsbi-maarif etməliyik” məqaləsində yazırdı: “... Bizim türk lisanımız Avropa üləma və filosoflarının rəyinə nəzərən ən vəsi və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Belə bir zəngin lisanın sahibi olub da ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir”.

Əlbəttə, seçim imkanı hər valideynin özünə məxsusdur. Heç kəsin qarşısına keçib təzyiq göstərmək mümkün deyil. Bunu yalnız tədrisin özündə müəyyən ayıq-sayıq davranışlara, dürüst ideoloji taktikalara varmaqla nail ola bilərik. Məsələn, necə? Xarici dil sektorunda təhsil alan uşaqlar üçün eyni saat nisbətində Azərbaycan dili və ədəbiyyat dərslərini də bərabərləşdirməklə. Qoy hər bir uşaq ana dilini bilsin, ona sevgi ruhunda böyüsün. Yaxud ədəbiyyat yaradan tarixi şəxsiyyətlərini tanısın, əsərlərini öz dilində mütaliə eləsin. Təhsil qanununda qeyd edilir ki, istənilən beynəlxalq məktəbdə Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası dövlət dilində olmalıdır! Təəssüf ki, dövlət təhsil proqramlarımızın buna riayət etməsi son vaxtlarda reallaşdı. Rus bölmələrində Azərbaycan dilinin saatları iki saatdan, üç saata qaldırıldı, Azərbaycan tarixinin Azərbaycan dilində keçirilməsi ilə bağlı qərar verildi. Bunu Elm və Təhsil Nazirliyi adına ciddi addım hesab etmək lazımdır. Amma bu saat artımı daha çox olmalıdır. Belə olan halda milli varlıq gücünü itirməz, milli idrak kasadlıq yaşamaz, milli təəssübkeşlik hər yetişən nəslin canında, qanında özü ilə birlikdə rişələnər.

Hər xalqın etnomədəni sistemi var. Etnomədəni sistemi qoruyan amil təbii ki, ana dilidir. Bura etnomədəni yaddaş amilini də əlavə etməliyik. Və bu etnomədəni yaddaş məncə, ən əvvəl uşaq yaddaşının saflığına borcludur. Onu zədələmək millətin bütövlüyünü, milli kimliyini zədələyə bilər. Onu qorumaq isə bünövrədə daha önəmlidir. Etnomədəni sistemi qorumaq qloballaşmanın, xüsusən milli dil üzərindəki təhdidlərini dəf etməkdə də yardımçı olar.

Elnarə AKİMOVA,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see357

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see169

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see168

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see121

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see118

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see116

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see114

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see114

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see113

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see112

Həkimlər də şoka düşdü: Ağ ata anadan qara körpə doğuldu

21 Fevral 2025 03:31see110

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see109

Güclü qar səbəbindən təhsil dayandırılıb

21 Fevral 2025 03:02see109

Ağrı hissini nəyin artırdığı ortaya çıxdı

21 Fevral 2025 07:16see108

Şəhid oğlu olan bu məşhurun toyudur Fotolar

21 Fevral 2025 21:39see108

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see108

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see108

Sürücü idarəetməni itirdi, svetoforu aşırdı Video

21 Fevral 2025 00:27see107

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşdü

21 Fevral 2025 20:09see107

Yük maşınlarının yoxlanılması ilə bağlı yeni qayda

20 Fevral 2025 17:29see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri