Icma.az
close
up
RU
Milli Kitabxana “Mərkəzi Asiya və Azərbaycanda mənəvi irs və maarifçilik” mövzusunda Beynəlxalq Konqresdə təmsil olunur

Milli Kitabxana “Mərkəzi Asiya və Azərbaycanda mənəvi irs və maarifçilik” mövzusunda Beynəlxalq Konqresdə təmsil olunur

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü çərçivəsində noyabrın 12-16-da Özbəkistan Respublikasının Daşkənd şəhərində “Mərkəzi Asiya və Azərbaycanda mənəvi irs və maarifçilik” mövzusunda Beynəlxalq Konqres keçirilir. 

Mərkəzi Asiya ölkələrinin mənəvi dəyərlərə sadiqliyini ifadə edən, mədəniyyətlərarası dialoqun inkişafına və humanitar əməkdaşlığın möhkəmlənməsinə töhfə verən universal platforma rolu oynayan Konqres Özbəkistan İslam Sivilizasiyası Mərkəzi, Xarici İşlər Nazirliyi, Özbəkistanın Mədəni İrsin Öyrənilməsi, Qorunması və Təbliği üzrə Ümumdünya Cəmiyyəti (WOSCU), Özbəkistan Elmlər Akademiyası və Mərkəzi Asiya Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə baş tutur.

Noyabrın 13-də Özbəkistan İslam Sivilizasiyası Mərkəzində Konqresin açılış mərasimi, Mərkəzin muzey ekspozisiyaları, həmçinin Beynəlxalq Platforması və Xəttatlıq Məktəbi ilə tanışlıq olub. 

Konqres Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakçılara müraciəti ilə başlayıb, ölkəmizin və Mərkəzi Asiya ölkələrinin mədəniyyət nazirlərinin, müftilərinin,  Elmlər Akademiyalarının prezidentlərinin, milli muzey direktorlarının, gənclərlə iş şöbələrinin, “Mədəniyyət” telekanallarının, rəssamlıq akademiyalarının, milli kitabxanalarının, yazıçılar və bəstəkarlar birliklərinin rəhbərlərinin iştirakı ilə plenar iclaslar şəklində davam edib. 

Plenar iclasda Azərbaycan kitabxanaları adından Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov salamlama nitqi ilə çıxış edib və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb. 

Qeyd edək ki, Konqres noyabrın 14-də müxtəlif mövzularda tematik bölmə iclasları ilə davam edəcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri