Milli Kitabxanada Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin yubileyi münasibətilə kitab sərgisi açılıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 16 iyul, AZƏRTAC
Milli Kitabxanada klassik ədəbi irsimizin görkəmli tədqiqatçısı Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin yubileyi münasibətilə “Əməkdar elm xadimi, professor Xəlil Yusifli – 90” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, professorun tədqiqatları, fotolar, alimin yaradıcılığı haqqında dövri mətbuatda çap edilən məqalələr və ədəbiyyatlar nümayış olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, dərslik və dərs vəsaitləri, transliterasiya və tərçümələri, elmi redaktor, tərtibçi və “Ön söz”ün müəllifi olduğu kitablar, həyatı və zəngin elmi yaradıcılığından, ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edən ədəbiyyatlar nümayiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 16 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















