Milli komandadan ayrıldı
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
İspaniya yığması növbəti oyunlara itki ilə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, milli komandanın yarımmüdafiəçisi Daniel Olmo zədələnib.
“Barselona”nın futbolçusu sol baldır əzələsindəki problemə görə yığmanın qarşıdakı oyunlarında iştirak etməyəcək. Xatırladaq ki, Daniel yığmada 2019-cu ildən çıxış edir.
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Gürcüstan ilə qarşılaşan İspaniya millisi ayın 14-də Bolqarıstanı qəbul edəcək.

