Icma.az
close
up
RU
“Milli maraqlar hər zaman Azərbaycan mətbuatı üçün prioritet olub”

“Milli maraqlar hər zaman Azərbaycan mətbuatı üçün prioritet olub”

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

150 il əvvəl Azərbaycan xalqı müsəlman Şərqində demokratik qəzet yaratmağa nail oldu. 1875-ci il iyulun 22-də “Əkinçi” ilə fəaliyyətə başlayan Azərbaycan milli mətbuatı xalqımızın milli şüurunun formalaşmasında, mili-mənəvi dəyərlərimizin qorunmasında başlıca rol oynayıb. 

Müstəqillik dövründə isə Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Azərbaycan jurnalistikası daha da inkişaf edərək,  cəmiyyətdə çox müsbət rol oynamağa başladı. Milli mətbuatımız bu illər ərzində öz nüfuzunu və peşəkarlığını daha da artırıb. İnformasiya cəbhəsində Azərbaycanın mövqeyi ilbəil möhkəmlənir. 

44 günlük Vətən müharibəsində isə Azərbaycan mediası tam fərqli przimadan öz əzmini göstərdi. Media üçün də yeni öhdəliklər müəyyənləşmişdi və Azərbaycan mediası informasiya müharibəsində də öz üstünlüyünü qorudu. Düşmənin təxribatlarının qarşısı yüksək peşəkarlıqla alındı. 44 günlük Vətən Müharibəsində Azərbaycan həm də informasiya cəbhəsində xüsusi fəallıq nümayiş etdirdi. Erməni tərəfi dezinformasiya siyasətini davam etdirirdi. Bununla belə, dünya Qarabağda baş verənlərlə bağlı ən operativ, dəqiq məlumatları Azərbaycandan alır, əsl həqiqət dünyaya bəyan olunurdu. Bu mənada Böyük Qələbəmizdə medianın rolunu xüsusi qeyd etməliyik. Bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur.  Bu mənada döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, davam edəcək.

Bu gün süni intellekt dövründə, ən təhlükəli tendensiyalardan biri kibertəhlükəsizlik və rəqəmsal hücumlar dövründə mətbuatın da qarşısında yeni öhdəliklər dayanır. Texnologiyanın inkişafı ilə informasiya yayımı daha riskli hala gəlib. Bu səbəbdən media savadlılığının artırılması zərurətə çevrilib. Mövcud çağırışlara qarşı effektiv mübarizə üsulları sınaqdan keçirilir.

Təsadüfi deyil ki, bu günlərdə Xankəndidə keçirilən 3-cü Şuşa Qlobal Media Forumu da müasir dövrün reallıqları fonunda medianın rolunu, priroritetlərini gündəmə gətirdi. Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri  prinsipiallıq, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə dövlətçilik maraqlarını uca tutmaq, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməkdir. Təəssüf ki, bəzi hallarda qərəzli dairələrin medianı təsir altına salmaq, dövlətə və cəmiyyətə qarşı istifadə etmək cəhdlərinin şahidi oluruq. Milli maraqları gözardı edərək qərəzli dairələrin maşasına çevrilən milli satqınların, ünsürlərin təbii ki, Azərbaycan mətbuatına aidiyyattı yoxdur. Azərbaycanın milli mətbuatı hər zaman sınaqlardan sınaqlardan üzüağ çıxıb. Milli maraqlar hər zaman Azərbaycan mətbuatı üçün prioritet olub.

Prezident İlham Əliyevin də söylədiyi kimi, “biz vahid siyasət aparırıq. Dövlət və media milli maraqları müdafiə edir. Ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz”.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri