Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Milli maraqların müdafiəsində mətbuatın mühüm rolu var

Milli maraqların müdafiəsində mətbuatın mühüm rolu var

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü xalqımızın maarifçilik tarixinin, milli düşüncənin və dövlətçilik ənənələrinin inkişaf yoluna nəzər salmaq üçün əlamətdar bir gündür. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat ötən dövrdə cəmiyyətin inkişafında, ictimai fikrin formalaşmasında, milli dəyərlərin qorunmasında və dövlətçilik ideyalarının möhkəmlənməsində misilsiz xidmətlər göstərmişdir.

“Əkinçi” xalqın maariflənməsinə, milli özünüdərk hissinin güclənməsinə, elm və təhsilin təbliğinə xidmət edən böyük bir ideoloji məktəb idi. Həsən bəy Zərdabi yaxşı anlayırdı ki, cəmiyyətin tərəqqisi savadlı, məlumatlı və milli kimliyini dərk edən insanların yetişməsindən keçir. Məhz buna görə də “Əkinçi” cəhalətə, geriliyə və xurafata qarşı mübarizənin tribunasına çevrildi.
Sonrakı dövrlərdə “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” kimi nəşrlər milli mətbuatın inkişafını davam etdirib. Bu mətbuat orqanları xalqın milli azadlıq ideyalarının formalaşmasında, Azərbaycan ədəbi dilinin zənginləşməsində, milli-mədəni irsin qorunmasında və müasir düşüncə tərzinin yaranmasında mühüm rol oynayıb.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə demokratik ənənələrin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar mətbuatın inkişafına da güclü təkan verdi. Mətbuatın sərbəst fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı, söz azadlığının təmin olunması istiqamətində ardıcıl addımlar atıldı, 1998-ci ilin avqustunda dövlət senzurasının ləğv edilməsi isə Azərbaycan mediasının tarixində dönüş nöqtəsinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə media siyasəti müasir dövrün tələblərinə uyğun yenilənmiş, informasiya təhlükəsizliyi, peşəkar jurnalistika və rəqəmsal medianın inkişafı prioritet istiqamətlər kimi müəyyən edilmişdir.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirdi. Jurnalistlər həm cəbhə bölgəsində operativ xəbərlər hazırladılar, həm də beynəlxalq informasiya məkanında ölkəmizin haqq səsini çatdıraraq düşmən təbliğatına qarşı effektiv informasiya mübarizəsi apardılar. Bu fəaliyyət Azərbaycanın informasiya cəbhəsində qazandığı uğurların mühüm tərkib hissəsinə çevrildi.
Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi, Media Reyestrinin tətbiqi, media subyektlərinə vergi güzəştlərinin verilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin mühüm nəticələridir. Azərbaycan milli mətbuatının inkişafında beynəlxalq əməkdaşlıq da xüsusi yer tutur. Azərbaycan-Türkiyə Birgə Media Platformasının fəaliyyəti, xarici media qurumları ilə genişlənən əməkdaşlıq və beynəlxalq forumlarda fəal iştirak milli informasiya resurslarının imkanlarını daha da artırır.
Şuşada artıq ənənə halını almış Qlobal Media Forumları Azərbaycanın beynəlxalq media dialoqunun mühüm platformasına çevrilib. 2026-cı ilin 13-14 iyul tarixlərində keçirilmiş IV Şuşa Qlobal Media Forumunda medianın sülh quruculuğundakı rolu, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, süni intellekt dövründə jurnalistikanın gələcəyi və rəqəmsal informasiya təhlükəsizliyi kimi mühüm məsələlər geniş müzakirə edilib. Bu Forum Azərbaycanın qlobal media gündəminin formalaşmasında fəal iştirak etdiyini bir daha nümayiş etdirib.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı medianın fəaliyyət prinsiplərini köklü şəkildə dəyişir. İnternet jurnalistikası, sosial media platformaları və süni intellekt informasiyanın hazırlanması və yayılmasına yeni imkanlar yaradır. Bununla yanaşı, dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyası kimi təhlükələr də artır. Belə şəraitdə peşəkar jurnalistika daha böyük əhəmiyyət kəsb edir. Obyektivlik, operativlik, faktlara əsaslanmaq, milli maraqları qorumaq və etik prinsiplərə sadiqlik müasir jurnalistin əsas meyarları olaraq qalır.
Bu gün də Azərbaycan mediası işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini, Böyük Qayıdış Proqramının uğurlarını, ölkəmizin regional və beynəlxalq təşəbbüslərini operativ şəkildə ictimaiyyətə çatdırır. Eyni zamanda, milli maraqların müdafiəsi, dövlətin informasiya təhlükəsizliyinin təmin olunması və cəmiyyətin düzgün məlumatlandırılması medianın əsas prioritetləri olaraq qalır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə milli mətbuatın yubileylərinin yüksək səviyyədə qeyd olunması, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsi, jurnalistlərin fəxri adlarla və dövlət mükafatları ilə təltif olunması dövlətin media sahəsinə verdiyi yüksək dəyərin göstəricisidir. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, güzəştli ipoteka imkanlarının yaradılması və peşə fəaliyyətinin stimullaşdırılması da bu diqqətin bariz nümunələrindəndir.
Azərbaycan milli mətbuatı zəngin tarixi ənənələrə söykənərək yeni inkişaf mərhələsini yaşayır. Qarşıda duran əsas vəzifələr rəqəmsal transformasiyanın imkanlarından səmərəli istifadə etmək, süni intellekt texnologiyalarını peşəkar jurnalistika ilə uzlaşdırmaq, media savadlılığını artırmaq, dezinformasiyaya qarşı daha effektiv mübarizə aparmaq və Azərbaycanın həqiqətlərini qlobal informasiya məkanında daha geniş auditoriyaya çatdırmaqdır.
Azərbaycan milli mətbuatı hər zaman xalqın yanında olub, dövlətçilik maraqlarını qoruyub və cəmiyyətin inkişafına xidmət edib. “Əkinçi”dən başlanan bu müqəddəs yol bu gün də eyni missiyanı davam etdirir. Milli mətbuat bundan sonra da peşəkarlıq, obyektivlik, milli məsuliyyət və vətənpərvərlik prinsiplərinə sadiq qalaraq ölkəmizin inkişafına və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verməyə davam edəcəkdir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyul 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri