Milli Məclis beynəlxalq sənədi ratifikasiya etdi
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Parlament "Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edib.
“Cebheinfo.az” xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunur ki, bu saziş icra sənədlərinin məcburi icra prosedurlarını həyata keçirərkən tərəflərin məcburi icra orqanlarının məlumat mübadiləsi üzrə əməkdaşlığının əsas istiqamətlərini müəyyən edəcək.
Saziş çərçivəsində məlumat mübadiləsinin məqsədi icra sənədlərinin məcburi icrasının təmin olunması, habelə onların icrası zamanı hüquqi yardım mexanizmlərindən istifadənin səmərəliliyinin artırılmasıdır.
Sazişə əsasən, icra icraatı barədə məlumata aşağıdakılar daxildir:
- sorğu edilən tərəfin məcburi icra orqanında icrada olan (və ya olmuş), sorğu edən tərəfin ərazisində icra icraatı üzrə borclu olan şəxsə münasibətdə verilmiş icra sənədi barədə;
- icra icraatının başlanma tarixi və (və ya) icra sənədinin icraya qəbul olunma tarixi, icra sənədinin adı və nömrəsi, icra sənədinin tələbinin məzmunu və onun icra mərhələsi barədə;
- tutulmuş borcun məbləği, həbs qoyulmuş əmlak, satışa təqdim olunmuş əmlak və icra sənədlərinin təkrar icrasına yol verilməməsi üçün sorğuda göstərilmiş icra sənədlərinin icrasının digər nəticələri barədə.
Məsələ müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 01 May 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















