Icma.az
close
up
RU
Milli Məclis komitələrinin birgə iclasında 2025ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb AZƏRTAC

Milli Məclis komitələrinin birgə iclasında 2025ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.

Milli Məclis sədrinin müavini Rafael Hüseynov çıxışında bildirib ki, iclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarılıb.

O, əvvəlcə Azərbaycanın 33 illik müstəqillik tarixindən söz açıb. Bildirib ki, bu dövr ərzində əldə edilən ən böyük nailiyyətimiz müstəqillikdir və bu gün ölkəmiz müstəqil dövlət kimi güclü inkişaf yolundadır.

Sonra 2025-ci ilin büdcəsinin ümumi istiqamətlərinə toxunan Rafael Hüseynov XXI əsrin üçüncü onilliyinin prioritetlərinin artıq aydın olduğunu vurğulayıb. O, bu prioritetlərin Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf Milli Prioritetlərində əks olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, bu gün ölkəmizin gündəmində duran ən vacib istiqamətlərdən biri, Zəfərdən sonra Böyük Qayıdış proqramının reallaşdırılmasıdır.

Büdcə layihəsinin Maliyyə Nazirliyi və əlaqədar qurumların böyük zəhməti bahasına hazırlandığını deyən R.Hüseynov xüsusi vurğulayıb ki, bu sənədin əsas müəllifi Prezident İlham Əliyevdir.

Sonra çıxış edən maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.

Maliyyə naziri 2025-ci il dövlət və icmal büdcələrinin layihələrinin, həmçinin növbəti il üçün icmal büdcənin əsas göstəricilərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirib. O deyib ki, layihə hazırlanarkən Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərinin ehtiva etdiyi məqsədlərin reallaşdırılması vəzifəsi rəhbər tutulub, gözlənilən meyllər, həmçinin qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin göstəricilərinə ehtimal olunan təsirləri nəzərə alınıb.

Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41367,7 milyon manat nəzərdə tutulur, bu da 2024-cü illə müqayisədə 1625,0 milyon manat və ya 4,1 faiz çoxdur. Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 1928,0 milyon manat və yaxud 5,3 faiz çoxdur.

Dövlət gəlirlərinin 49 faizi və ya 18773,0 milyon manatı neft-qaz sektorunun, 51 faizi və ya 19543,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür, bu isə cari illə müqayisədə 924,0 milyon manat və yaxud 5 faizdən artıqdır.

Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. O, büdcə parametrlərini formalaşdıran makroiqtisadi proqnozlar, habelə büdcə parametrlərinin layihələndirildiyi dövrdə ölkədə makroiqtisadi meyllər barədə söhbət açıb. Büdcə zərfinə daxil edilən sənəd və göstəricilərin “Büdcə sistemi haqqında” qanuna, büdcə zərfinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olduğunu, büdcə sənədləşməsinin beynəlxalq təcrübəyə əsaslandığını deyib.

Daha sonra iclasda Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, deputatlardan Azay Quliyev, Göydəniz Qəhrəmanov, Tənzilə Rüstəmxanlı, Azər Allahverənov, Şahin Seyidzadə, Ceyhun Məmmədov, Novruzəli Aslanov çıxış edib, növbəti ilin dövlət büdcəsinin layihəsinin yüksək səviyyədə hazırlandığı diqqətə çatdırıblar. Çıxış edənlər təqdim olunan sənədlə bağlı bəzi fikirlərini, rəy və təkliflərini bildirib, suallarını səsləndiriblər.

Maliyyə naziri Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, səsləndirilən sualları cavablandırıblar.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri