Icma.az
close
up
RU
Milli Məclis komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsinin layihəsinə baxılıb

Milli Məclis komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsinin layihəsinə baxılıb

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Noyabrın 12-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.

Milli Məclis sədrinin müavini Rafael Hüseynov noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illik yubileyinin qeyd olunduğunu bildirib. Ötən müddət ərzində ölkəmizin dinamik inkişaf etdiyini, həyatın bütün sahələrində nəzərəçarpan nailiyyətlərin əldə olunduğunu vurğulayıb. O, bir neçə gün əvvəl xalqımızın Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə bağlı Zəfər Gününü, habelə Dövlət Bayrağı Gününü təntənə ilə qeyd etdiyini də söyləyib.

Milli Məclis sədrinin müavini 2026-cı ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan sənədlərin ölkə Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edildiyini bildirib. O, büdcənin ölkənin sosial-iqtisadi inkişafı, təhlükəsizliyinin təmin edilməsi, müdafiə qüdrətinin artırılması, əhalinin sosial rifahının yaxşılaşdırılması, digər mühüm məsələləri əhatə etdiyini və bütün bu istiqamətlərdə dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində davamlı inkişafın müşahidə olunduğunu deyib. Büdcə layihəsinin tərtibatı zamanı növbəti ildə qarşıda duran prioritetlərin, qlobal iqtisadi meyillərin, təhlükəsizliklə bağlı məsələlərin nəzərə alınmasının vacibliyindən danışıb. Ölkəmizin növbəti il üçün hazırlanmış dövlət büdcəsində əvvəlki illərlə müqayisədə hər bir sahədə artımın olduğunu diqqətə çatdırıb.

Sonra maliyyə nazirinin müavini Himalay Məmişov “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə məlumatı təqdim edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artmasına baxmayaraq, ölkəmizdə davamlı iqtisadi artım qorunub, fiskal-monetar nəticələr üzrə pozitiv dinamika təmin edilib, əhalinin rifah halının yaxşılaşdırılması, o cümlədən həssas qrupdan olan insanlarımıza dövlət dəstəyinin gücləndirilməsi istiqamətində çoxsaylı islahat tədbirləri reallaşdırılıb.

Nazir müavini dövlət büdcəsi xərclərinin maliyyə təminatı ilə bağlı göstəricilər barədə məlumat verib. O bildirib ki, növbəti il üçün dövlət büdcəsi xərclərinin 92,6 faizi və ya 38,6 milyard manatı büdcənin gəlirləri, 7,4 faizi və ya 3,1 milyard manatı isə onun kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına təmin olunacaq. Dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 253,0 milyon manat və ya 0,7 faiz, ötən ilin icra göstəricisi ilə müqayisədə isə 1,4 milyard manat və ya 3,9 faiz çox olacaq. Gəlirlərin 22,2 milyard manatı və ya 57,5 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaq. Növbəti il neft-qaz sektorundan məcmu gəlirlər 16,4 milyard manat proqnozlaşdırılır. 2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard olmaqla, ümumi daxili məhsulun 2,3 faizinə bərabərdir.

Sonra iclasda Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Palatanın rəyini təqdim edib. O bildirib ki, rəy 2026-cı il üçün dövlət büdcəsinə dair qanun layihəsinin mövcud qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə ölkənin ali audit orqanının mövqeyini ifadə edir. Qeyd olunub ki, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunluğunun təmin olunması dövlət büdcəsinin gəlir və xərclərinin uçotunun düzgün aparılması istiqamətində Hesablama Palatasının əvvəlki rəylərində göstərilmiş əksər məsələlər büdcə zərfində nəzərə alınıb.

Daha sonra iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək büdcə layihəsinin formalaşdığı iqtisadi şərait barədə məlumat verib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını təmin edib, rəqabət qabiliyyətini artırıb və qeyri-neft sektorunun payını genişləndirib. Nazir müavini qeyd edib ki, ölkəmiz tərəfindən uğurla icra olunan qlobal enerji və nəqliyyat layihələri Azərbaycanın regionda strateji mövqeyə malik aparıcı ölkə statusunu daha da möhkəmləndirib.

İclasda parlamentin komitə sədrləri çıxış edərək 2026-cı ilin dövlət büdcəsinin əsas göstəricilərini müsbət qiymətləndiriblər, bir sıra məsələlərlə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini irəli sürüblər.

Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında mədəniyyət sahəsi üzrə büdcə göstəricilərini və artımları müsbət qiymətləndirib. O, mədəni-tarixi abidələrin qorunması və bərpası istiqamətində görülən işlərin vacibliyini, həmçinin milli kinematoqrafiyaya dövlət dəstəyinin əhəmiyyətini vurğulayıb.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, 2026-cı ilin dövlət büdcəsində mədəniyyət, informasiya, ictimai birliklər, dini qurumlar və siyasi partiyalarla bağlı nəzərdə tutulan vəsaitlərdə önəmli artımlar nəzərdə tutulub. O, bu vəsaitlərin məqsədyönlü şəkildə, şəffaf formada istifadəsi ilə bağlı fikirlərini bölüşüb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib ki, gənclər və idman sahəsi üzrə növbəti ildə 50 milyon manat vəsait nəzərdə tutulub. O qeyd edib ki, növbəti ilin büdcə zərfində ilk dəfə olaraq Gənclər və İdman Nazirliyi tabeliyində Milli İdman Tibb və Reabilitasiya İnstitutu publik hüquqi şəxs kimi maliyyə dəstəyi alacaq. Komitə sədri ümumilikdə gənclər və idman sahəsinin funksional fəaliyyətinin təmin olunması üçün kifayət qədər maliyyə resursu nəzərdə tutulduğunu vurğulayıb.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri