Milli Məclis “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclisin bu gün keçirilən “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA xəbər verir ki, qanun layihəsində Azərbaycanda fiziki və hüquqi şəxslərin minatəmizləmə fəaliyyəti həyata keçirməsi, minatəmizləmə fəaliyyəti ilə bağlı məlumatların toplanılması, idarə olunması və istifadəsi üçün səlahiyyətli qurum tərəfindən minatəmizləmə fəaliyyətinə dair informasiya sisteminin formalaşdırılması, minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmə aparılması nəzərdə tutulur.
Bundan başqa, layihəyə əsasən, mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət qaydası müəyyənləşir.
Qanun layihəsində minatəmizləmə fəaliyyətinin keyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyat prosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətin monitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi də nəzərdə tutulur.
Sənəddə təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinə dair tələblər də əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 Dekabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















