Icma.az
close
up
RU
Milli Məclis sədrinin müavini TBMMin nümayəndə heyətinin rəhbəri ilə görüşüb

Milli Məclis sədrinin müavini TBMMin nümayəndə heyətinin rəhbəri ilə görüşüb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Dekabrın 4-də Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC bildirilib ki, parlament sədrinin müavini ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan dövlətlərarası münasibətlərdən söz açıb. Dünya dövlətləri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ölkə başçılarının rolu xüsusi qeyd edilib, iki qardaş ölkə arasında dostluq münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin rolu vurğulanıb.

Azərbaycanın bölgədə sülhün və əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayan Ziyafət Əsgərov Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin bağlanmasına ən böyük maneə olduğuna, Fransa və digər ölkələrin normallaşma prosesinə müdaxilələrinin, eləcə də Ermənistanın sürətlə silahlanmasının regional təhlükəsizliyə ciddi təhdidlər yaratdığına diqqəti çəkib.

TBMM-in NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Türkiyə və Azərbaycan arasında bütün sahələr üzrə uğurla inkişaf edən münasibətlərin strateji xarakterinə toxunub, ölkəmizə səfərinin məqsədinin Qərbi Azərbaycan İcmasının Bakıda keçirəcəyi Beynəlxalq Konfransda iştirakçı olduğunu bildirib. Qonaq qeyd edib ki, konfrans öz dədə-baba yurdlarından didərgin düşmüş yüz minlərlə soydaşımızın haqlarının qorunması, beynəlxalq ictimaiyyətə reallıqlar barədə məlumatların çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Söhbətdə bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ən yüksək səviyyədə təşkil olunması və burada qəbul edilmiş qərarların böyük əhəmiyyət daşıdığı vurğulanıb. Tədbirdə xeyli sayda dövlət və hökumət başçısının, o cümlədən Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı yüksək qiymətləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see266

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see163

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see145

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri