Icma.az
close
up
RU
Güney çökür: Yeni rejim formalaşır

Güney çökür: Yeni rejim formalaşır

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar Gununsesi.infoya açıqlamasında bölgədəki vəziyyəti geniş şərh edib.

Ağar bildirir ki, Türkiyə “Terrorsuz Türkiyə” gündəmi ilə məşğul olduğu bir vaxtda, Suriyanın şimalında paralel şəkildə tamam fərqli proses gedir: Ankara zaman tələsinə salınır və Türkiyənin cənubunda yeni bir təhlükəli siyasi konstruksiya formalaşır.

Ekspertin sözlərinə görə, Türkiyədə hələ də bir çox insan məsələyə yanlış prizmadan baxır: “YPG orada, biz burada — bu, Suriyanın daxili problemidir.” Lakin artıq Suriyanın şimalında qurulan struktur Suriya daxilində baş verən bir hadisə olmaqdan çıxıb və Türkiyənin cənubuna doğru yönəlmiş geosiyasi çökmə mühəndisliyinə çevrilib.

Ağar qeyd edir ki, Fəratın şərqində və şimal-şərqində YPG/PKK-nın Aralıq dənizinə çıxmaq, Suriya ərazisini parçalamaq və bölgəyə nəzarət etmək planı ilk növbədə Şamın həll etməli olduğu məsələ idi. Bu, eyni zamanda Şamın legitim, vahid dövlət qurmaq iddiası üçün də əsas şərt sayılırdı. “Lakin Şam illərlə yalnız danışdı, gözlədi, təxirə saldı, ABŞ–İsrail başda olmaqla Qərbin və ərəb aktorlarının reaksiyasını izləməklə kifayətləndi, sonda isə 10 mart razılaşmasının boş vədlərinə sığındı,” — deyə ekspert vurğulayır.

Nəticədə Suriyanın bütövlüyü qarşısında iki ciddi düyün yarandı:

1. YPG/PKK-nın dövlətqabağı bir quruluğa çevrilməsi,

2. Şamın hansı istiqamətə yönəldiyi sualı.

“YPG artıq terror təşkilatı deyil, ABŞ tərəfindən dövlətləşdirilən bir quruluqdur”

Ağar hesab edir ki, bölgədəki vəziyyətin ən təhlükəli tərəfi YPG-PYD-nin artıq təkcə terror təşkilatı kimi fəaliyyət göstərməməsidir:
“Bu quruluş ABŞ–Britaniya–Fransa tərəfindən addım-addım dövlətləşdirilir. Bu, Türkiyəni içəridən çökdürmək üçün hazırlanmış PROTO-TERROR DÖVLƏTİDİR.”

Onun sözlərinə görə, bu, bir garnizon dövlətdir, qabaqcıl hərbi-karakol tipli bir konstruksiyadır və hazırda icrası davam edən real layihədir.

2019-dan sonra Türkiyənin zaman tələsinə salınması

Ekspert xatırladır ki, Prezident Ərdoğan 2019-cu ildə əməliyyatın hədəfini “432 km x 30 km” olaraq açıqlamışdı. Barış Pınarı əməliyyatı başlayanda isə PKK ABŞ-ın yönləndirməsi ilə 3 km geri çəkilməyə razı kimi görünsə də, Türkiyə ordusunun bir gecədə 30 km dərinliyə — hətta M4 yolunun cənubuna qədər irəliləməsi bölgədə gərginliyi artırdı.

Ağar bildirir ki, ABŞ PUA-ları əməliyyat sahəsi üzərində uçur, Apache helikopterləri alçaq irtifadan təzyiq göstərir, bölgəyə artilleriya atəşi açılırdı. Ardınca ABŞ prezidenti Donald Tramp, Mike Pence və Mike Pompeo-nu təcili Ankaraya göndərdi və danışıqlar nəticəsində əməliyyat 130 km-də dayandırıldı.

Ekspertin iddiasına görə, ABŞ-ın qorumağa çalışdığı PKK deyildi, Türkiyəyə qarşı hazırladığı terror-dövləti layihəsi idi.

“Bu gün Suriya şimalında qurulan şey bir təşkilat yox, ABŞ tərəfindən əkilmiş rejimdir”

Ağar əlavə edir ki, məsələni yalnız Suriyanın torpaq bütövlüyü və bölgənin zamanla sabitləşməsi kimi analiz etmək yanlışdır. Bu, daha böyük və zamana yayılmış bir tələnin tərkib hissəsi ola bilər.

Ekspertə görə, buna görə diqqət yetirmək lazımdır ki:

terror təşkilatı Türkiyənin “Terrorsuz Türkiyə” prosesindən necə yararlanıb,

Suriya və İraqda nə qədər genişlənib,

hərbi-texnoloji imkanlarını (xüsusilə dronlar) necə artırıb,

tunel və təminat şəbəkələrini necə gücləndirib,

ABŞ-ın təşkilatla əməkdaşlığı hansı həddə çatıb.Ağar xatırladır ki, 10 mart razılaşmasına payıza qədər vaxt verilmişdi, indi isə artıq qışdır və yeni dövlətləşmə addımları müzakirə olunur.

“PKK terror dövləti artıq layihə deyil — icra olunan gerçəklikdir”

Sonda ekspert bildirir ki, hazırkı vəziyyətdə artıq tam əminliklə demək olar:
“Suriya şimalında PKK-nın terror dövləti sadəcə nəzəri sənəd deyil, mərhələli şəkildə həyata keçirilən real bir layihədir.”

Ayşən

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Dekabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri