Milli Məclisdə 142 xarici qonaq qəbul edilib
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Ötən dövrdə 14 ölkədən və 4 beynəlxalq təşkilatdan 24 nümayəndə heyəti, ümumilikdə 142 xarici qonaq Milli Məclisdə olub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 30 sentyabr tarixli iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Milli Məclisin deputatları dörd beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, həmçinin Qazaxıstan və Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər.
Sahibə Qafarovanın sözlərinə görə, ötən dövrdə bir sıra xarici ölkələrin nümayəndələri ilə Milli Məclisdə ikitərəfli görüşlər keçirilib.
“Slovakiya Respublikasının Prezidenti Peter Pellegrini, Fələstin və Tacikistanın baş nazirləri, Pan-Afrika Parlamentinin Prezidenti, Türkiyə parlamentinin rəhbərliyi, Gürcüstan parlamentinin sədr müavini, Çin Xalq Respublikasının hakim partiyasında rəhbər vəzifəli şəxslər və onların rəhbərlik etdikləri nümayəndə heyətləri, həmçinin Çin Xalq Respublikasının və Özbəkistanın baş katibləri ilə görüşlər Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir”, - deyə parlament sədri bildirib.
O qeyd edib ki, Pan-Afrika Parlamentinin Prezidenti Fatih Butchiki ilə görüşdən sonra Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında anlaşma memorandumu imzalanıb.
Sahibə Qafarova əlavə edib ki, ötən dövrdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, eləcə də Almaniyanın yeni təyin olunmuş səfirləri ilə də Milli Məclisdə görüşlər keçirib.
Zeynəb Rzayeva
Baxış sayı:107
Bu xəbər 30 Sentyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















