Icma.az
close
up
RU
Milli Məclisdə 2025ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda təsdiqlənib YENİLƏNİB AZƏRTAC

Milli Məclisdə 2025ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda təsdiqlənib YENİLƏNİB AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda hökumət üzvləri də iştirak ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 10 məsələnin – 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda daxil edildiyini diqqətə çatdırıb.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov birinci məsələ - “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.

O bildirib ki, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi həm komitələrdə, həm də Milli Məclisin plenar iclasında birinci oxunuşda geniş müzakirə olunub. Plenar iclasdan sonra büdcə zərfinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə ikinci oxunuşda müzakirəsi keçirilib və komitə üzvlərinin qaldırdığı məsələlərə münasibət bildirilib.

Azər Əmiraslanov qeyd edib ki, 2025-ci ilin büdcə zərfində makro-iqtisadi sabitlik, davamlı iqtisadi artım və büdcə dayanıqlığı, iqtisadi siyasətin prinsipləri və əsas hədəfləri müəyyən edilir. Rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır və günün reallıqlarına cavab verir.

Sonra iclasda məsələ ətrafında müzakirələr aparılıb.

Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra gündəliyin növbəti iki məsələsi – “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri təqdim edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu məsələlər barədə məlumatında hər iki layihənin birinci oxunuşda ətraflı təqdim edildiyini söyləyib. O xatırladıb ki, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri cari illə müqayisədə 10,5 faiz, İşsizlikdən Sığorta Fondunun növbəti il büdcəsinin gəlir və xərcləri isə cari illə müqayisədə 9,5 faiz çoxdur.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hər iki sənəd barədə bu komitənin müsbət rəyini açıqlayıb.

Müzakirələrdə çıxış edənlər təqdim olunmuş sənədlərin əhalinin sosial rifahının yaxşılaşmasında, xalqımızın gələcək həyat səviyyəsinin daha da yüksəldilməsində mühüm əhəmiyyət daşıdığını söyləyiblər. Deputatlar növbəti ildə sosial müdafiə sahəsinə ayrılan vəsaitin artırılmasının əhalinin müxtəlif sosial qruplarına dövlət dəstəyinin bariz nümunəsi olduğunu deyiblər. Bildirilib ki, təqdim olunan qanun layihələri 2025-ci ildə də sosial siyasətin uğurla davam etdirilməsinə xidmət edəcək.

Sonra “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Layihəyə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Musa Quliyev “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O, 2025-ci il üçün ehtiyac meyarının həddinin 285 manat məbləğində müəyyən edildiyini diqqətə çatdırıb. Komitə sədri artıq üç ildir ki, ehtiyac meyarının yaşayış minimumuna bərabər tutulduğunu qeyd edib.

Azər Əmiraslanov məsələ barədə bu komitənin müsbət rəyini səsləndirib.

Müzakirələrdə deputat Əli Məsimli məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Azər Əmiraslanov, eyni zamanda, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, Məcəlləyə edilən dəyişikliklərdə güzəştlərin miqyasının və dairəsinin genişləndirildiyini, bunun o cümlədən humanitar, mədəniyyət sahələrinə də şamil edildiyini deyib.

Sənəddə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasına dair, teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə vergi güzəştlərinin verilməsi, bəzi xidmət sahələri üzrə mikrosahibkarların gəlirlərinə 75 faiz vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiq edilməsi, ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edilməsi, tibb turizminin inkişafı məqsədilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV-nin geri qaytarılması, sənaye məhəllələrinin istifadəsində olan torpaq sahələrinə və əmlaklara görə idarəedici təşkilatın və operatorun torpaq və əmlak vergisindən azad edilməsi ilə bağlı və digər güzəştlər nəzərdə tutulub.

Layihədə bununla yanaşı, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, o cümlədən bazarlara nəzarət üzrə qanunvericiliyə dəyişikliklərin edilməsi, həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta üzrə güzəştlərin məhdudlaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı, həmçinin bir sıra uyğunlaşma xarakterli dəyişikliklər də təklif olunur.

Sonra komitə sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Vergi ödəyiciləri və vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinin asanlaşdırılması məqsədilə hazırlanan qanun layihəsində heç bir dəyişikliyin aparılmadığını deyən komitə sədri sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Növbəti məsələ - “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı da komitə sədri Azər Əmiraslanov təqdim edib. O bildirib ki, nağd hesablaşma limitləri ilə bağlı olan bu qanun layihəsi ilə əlaqədar hər hansı bir qeyd, təklif daxil olmayıb.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə məlumatı diqqətə çatdırıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dəyişikliklərlə bağlı rəhbərlik etdiyi komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra komitə sədri Azər Əmiraslanov gündəliyin sonuncu məsələsi olan “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirib ki, qanun layihəsi Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştlərinin gömrük güzəştləri ilə tamamlanmasını, başqa sözlə, dəstəklənməsini nəzərdə tutur. O, deputatların layihə ilə bağlı qeyd və təkliflərinin olmadığını diqqətə çatdırıb.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see154

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see149

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see115

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see114

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see114

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see113

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri