Icma.az
close
up
RU
Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


İyulun 15-də Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev IV Şuşa Qlobal Media Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatının Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvü Kristian Avqustin Nikulesku Tsıqırlaş ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Azay Quliyev Azərbaycan ilə Rumıniya arasında münasibətlərin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayaraq, dövlət başçıları və parlamentlər səviyyəsində intensiv fəal siyasi dialoqun mövcud olunduğunu bildirib. O qeyd edib ki, qarşılıqlı rəsmi səfərlər və yüksəksəviyyəli təmaslar ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir. Bu baxımdan hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərləri məmnunluqla xatırlanıb və parlament diplomatiyasının inkişafında belə təmasların xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Öz növbəsində, Kristian Avqustin IV Şuşa Qlobal Media Forumunda iştirakdan xoş təəssüratlarını bölüşərək, Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edib. O, dövlətlərimiz arasında iqtisadi, nəqliyyat-logistika, səhiyyə, biznes, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən söz açıb.
Müzakirələrdə Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nigar Arpadarai və Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxış edərək, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndiriblər, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğunu bildiriblər.
Görüş zamanı Azərbaycan və Rumıniyanın parlamentlərarası dostluq qrupları arasında səmərəli əməkdaşlığın davam etdirilməsinin, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 İyul 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri