Icma.az
close
up
RU
Milli Məclisdə İtaliya parlament nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə İtaliya parlament nümayəndə heyəti ilə görüş keçirilib

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Noyabrın 13-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İtaliya Respublikasının parlament nümayəndə heyəti ilə görüşüblər.
Newscenter.az xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qonaqları salamlayaraq onların Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29) iştirakını yüksək qiymətləndirib. O, hazırda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycan-İtaliya tərəfdaşlığının inkişafında hər iki ölkənin dövlət başçılarının mühüm rolundan söz açıb, əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin ölkələrimizin maraqlarına cavab verdiyini vurğulayıb.
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsindən bəhs edən komitə sədri Azərbaycanın ətraf mühit problemlərinə həssaslıqla yanaşdığını diqqətə çatdırıb, ölkəmizin həyata keçirdiyi yaşıl enerji və yaşıl texnologiya layihələri barədə qonaqlara məlumat verib, Azərbaycanın Avropaya yaşıl enerji tədarükü ilə bağlı niyyətlərindən danışıb.
İtaliya Respublikası Deputatlar Palatasının Ekologiya komitəsinin sədri Mauro Rotelli səmimi qəbul üçün təşəkkür edib, COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycana minnətdarlığını bildirib, tədbirin yekunlarının hər kəs üçün faydalı olacağını söyləyib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, komitə üzvləri Eyvaz Qurbanov, Asif Əsgərov, İtaliya Respublikası Senatının üzvü Nikola İrto, Deputatlar Palatasının üzvü Marko Simiani ölkələrimiz arasındakı ikitərəfli və parlamentlərarası əlaqələrin inkişafı barədə fikirlərini bölüşüblər.
Görüş iqlim dəyişiklikləri ilə mübarizə və yaşıl enerjiyə keçid kimi sahələrdə parlamentlərarası əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam etdirilib.
Görüşdən sonra qonaqlar parlamentin plenar iclas zalı və Milli Məclisin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.
Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Noyabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri