Icma.az
close
up
RU
Milli Məclisdə mövzusunda ictimai dinləmə keçirilib

Milli Məclisdə mövzusunda ictimai dinləmə keçirilib

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin, Milli Məclis Aparatının, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nümayəndələri, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat institutlarının rəhbərləri, Qida Təhlükəsizliyi Agentliyinin, Gəncə Dövlət Aqrar Kollecinin və digər əlaqədar qurumların əməkdaşları iştirak ediblər.
Qonaqları salamlayan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahədə həyata keçirilən layihələrin, görülən işlərin əhəmiyyəti, əldə olunan nailiyyətlər, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatının inkişafı barədə danışıb. O, bu sahədə kadrların hazırlanmasında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rolu barədə fikirlərini bölüşüb. Komitə sədri diqqətə çatdırıb ki, bu gün bu universitetdə 7000-dən çox tələbə təhsil alır. Universitet 20-dən çox ölkənin ali təhsil ocaqları ilə əməkdaşlıq edir və aqrar sahədə kadr hazırlığı ilə bağlı təcrübə mübadiləsi aparır.
Sonra tədbirdə ADAU-nun fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov slaydların müşayiətilə bu universitetin ölkəmizdə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasında rolu, maddi-texniki bazası, bu təhsil ocağının inkişaf strategiyası, orada təhsildə keyfiyyətin yüksəldilməsi, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi sahələrində görülən işlər, mütərəqqi modellərin tətbiqi, ADAU və Türkiyənin EGE Universiteti arasında həyata keçirilən ikili diplom proqramının uğurları barədə geniş məlumat verib. Rektor universitetin beynəlxalq rəqabətliliyinin artırılması, orada beynəlxalq təcrübəli alimlərin elmi seminarlarının keçirilməsi, aqrar sahədə aparılan elmi tədqiqatların əhəmiyyəti, universitetin nəzdindəki Gəncə Dövlət Aqrar Kollecinin kadr hazırlığı sahəsindəki fəaliyyəti barədə danışıb.
Daha sonra ictimai dinləmədə çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov ADİU-nun yaranma tarixi, onun keçdiyi inkişaf yolu, universitetin potensial imkanları və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, bu təhsil ocağına ölkəmizdə aqrar sahədə kadr hazırlığı işində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aqrar yönümlü ali təhsil müəssisələrinin ölkəmiz üçün strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir müavini bu sahədə Kənd Təsərrüfatı Nazirliyinin ADAU ilə sıx əməkdaşlığı, ərzaq təhlükəsizliyinin təmin olunmasının önəmi, ölkəmizdə digər universitetlərdə kənd təsərrüfatı üzrə kadr hazırlığı ilə məşğul olan fakültələrin əhəmiyyəti barədə danışıb. O, kənd təsərrüfatı sahəsində kadr hazırlığı üzrə hədəflər, qarşıya qoyulan məqsədlər və aqrar sahənin beynəlxalq təcrübəyə, güclü elmi əsaslara söykənən perspektivləri barədə fikirlərini açıqlayıb.
Mövzu ərafında aparılan müzakirələrdə çıxış edən Milli Məclisin deputatları, Fariz İsmayılzadə, Fatma Yıldırım, Razi Nurullayev, Jalə Əliyeva, Mehriban Vəliyeva, Vüqar İsgəndərov, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Aydın Hüseynov, Naqif Həmzəyev, Əkinçilik Elmi-tədqiqat institutunun direktoru Faiq Xudayev, Baytarlıq Elmi-tədqiqat institutunun direktoru Siyalə Rüstəmova rəy və təkliflərini səsləndiriblər.
Sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova tədbirdə səsləndirilən fikirlərə münasibətini bildirib.
İctimai dinləməyə yekun vuran komitə sədri Tahir Rzayev bu tədbirin aqrar sektorda ixtisaslı kadrların hazırlanmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. O, bu cür müzakirələrin sahə üzrə mövcud problemlərin vaxtında müəyyənləşdirilməsinə və onların həlli üçün səmərəli təkliflərin irəli sürülməsinə imkan yaratdığını, aqrar sahənin davamlı inkişafına və insan resurslarının keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib.
Tədbirdə Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov və digər rəsmi şəxslər iştirak ediblər.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Dekabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri