Icma.az
close
up
RU
Milli Məclisin plenar iclası

Milli Məclisin plenar iclası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Korrupsiya faktları barədə məlumat verən şəxslər mükafatlandırılacaqlar

Milli Məclisin Sədri Sahibə Qafarovanın apardığı plenar iclasın gündəliyindəki 11 məsələ müzakirə edildi, həmçinin deputatların cari məsələlər ətrafında çıxışları dinlənildi. Əvvəlcə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edildi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişikliyə əsasən, Mərkəzi Bankın nəzarəti yalnız ayrı-ayrı maliyyə institutlarını deyil, onların daxil olduğu maliyyə qruplarını da əhatə edəcək. Onun sözlərinə görə, banklar, sığortaçılar, təkrarsığortaçılar, investisiya şirkətləri və investisiya fondları daxil olmaqla, maliyyə qruplarına konsolidasiya edilmiş nəzarət mexanizmi tətbiq olunacaq.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna dəyişiklik layihəsi üçüncü oxunuşdan keçdi.

Dəyişikliklə Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə penitensiar xidmət üçün nəzərdə tutulan xüsusi rütbələrin verilməsi qaydalarının ədliyyə orqanlarının tibb xidmətinə də şamil edilməsi nəzərdə tutulub. Beləliklə, tibb xidmətində vəzifəyə təyin edilən ehtiyatda olan hərbi qulluqçuların xüsusi rütbələrinin verilməsi vahid hüquqi əsaslarla tənzimlənəcək. Əmək Məcəlləsinə edilən dəyişiklik əsasən, küləkli hava şəraitində açıq iş yerlərində çalışan işçilərə müəyyən edilmiş qaydada fasilələr veriləcək və zəruri hallarda iş dayandırılacaq.

***

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında”, həmçinin “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihələrinin müzakirəsi zamanı əvvəlki oxunuşlarda dəyişiklik edilmədiyi vurğulandı, hər iki layihə ikinci oxunuşda qəbul edildi. Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara edilən dəyişikliklərə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar. Məhkəmə ekspertizasının sifarişi ilə bağlı müqavilələr əsasında əldə etdikləri gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunacaq və xərclər nəzərə alınmadan 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək. Ekspertlər hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim etməli olacaqlar.

Gündəlikdə diqqətçəkən məsələlərindən biri “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsi oldu. Layihəyə əsasən, pulsuz hüquqi yardım Vəkillər Kollegiyasına ayrılan vəsait hesabına təşkil ediləcək. Hüquqi yardıma ehtiyacı olan, lakin xidmət haqqını ödəmək imkanı olmayan şəxslərin dövlət hesabına peşəkar hüquqi yardım alması nəzərdə tutulur. Peşəkar hüquqi yardım almaq hüququna hüquqi yardıma ehtiyacı olan, lakin xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər maddi imkanı olmayan, orta aylıq gəliri cari il üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı olan aztəminatlı şəxslər malikdirlər. Bununla yanaşı, şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə qanunvericiliyə uyğun məlumat verən şəxslər, yetkinlik yaşına çatmayanlar, qaçqın statusu almış və Azərbaycanda siyasi sığınacaq verilmiş şəxslər də peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Həmçinin valideyn himayəsindən məhrum olmuş şəxslər, cəzaçəkmə müəssisələrindən azad edildikləri gündən etibarən bir il müddətində həmin şəxslər və üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər bu hüquqdan yararlana bilərlər. Layihədə hüquqi yardımın iki formada göstərilməsi nəzərdə tutulur. Layihəyə əsasən, peşəkar hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı hər iş saatı üçün minimum aylıq əməkhaqqının 0,0275 misli, ilkin hüquqi yardım üçün isə hər xidmətə görə 0,015 misli həcmində müəyyənləşdirilir. Əlavə təşkilati xərclər üçün xidmət haqqının 5 faizi həcmində ödəniş nəzərdə tutulur.

Milli Məclisin plenar iclasında müzakirə edilən digər yeni sənəd “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi oldu. Sənəd dövlət və yerli özünüidarəetmə orqanlarında, dövlət və bələdiyyə müəssisələrində, publik hüquqi şəxslərdə və digər təşkilatlarda korrupsiya ilə bağlı məlumatların verilməsi, araşdırılması, məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi mexanizmlərini müəyyənləşdirir. Qanun layihəsində məlumat verən şəxslər üçün bir sıra maliyyə təminatları nəzərdə tutulur. Təqdim etdiyi məlumat təsdiqlənən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat ödənilə biləcək. Bu mükafat gəlir vergisindən azad ediləcək və məlumat təsdiqləndikdən sonra təşkilat rəhbərinin qərarı ilə 10 iş günü ərzində veriləcək. Bundan əlavə, cinayət işi nəticəsində xüsusi müsadirə edilmiş əmlakdan əldə olunan vəsaitin və ya dövlətə qaytarılması təmin edilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə ödəniləcək. Məlumat verilməsi ilə əlaqədar şəxsin özünün və ya qohumlarının həlak olması halında ailəsinə 20 min manat birdəfəlik müavinət verilməsi, məlumat verən şəxsin və ya yaxınlarının bədən xəsarəti alması halında isə 10 min manat birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulur.

***

Plenar iclasda Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri hüquqi şəxslərin cinayət məsuliyyətinin genişləndirilməsidir. Məcəllənin 306-cı maddəsində nəzərdə tutulan məhkəmə hökmünün, qərarının və ya digər məhkəmə aktının icra edilməməsinə görə hüquqi şəxslər barəsində də cinayət-hüquqi tədbirlərin tətbiqi təklif olunur. Bundan başqa, Cinayət Məcəlləsinin 189-1-ci və 314-4-cü maddələrində dəqiqləşdirmə və təkmilləşdirmə xarakterli dəyişikliklər nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər isə ətraf mühitin mühafizəsi, sənaye və enerji, rabitə, iqtisadi fəaliyyət və idarəçilik qaydaları ilə bağlı inzibati məsuliyyətin təkmilləşdirilməsini əhatə edir. Layihəyə əsasən, nəqliyyat vasitələri ilə bağlı daha iki pozuntunun foto və video qeydiyyat vasitəsilə qeydə alınması təklif edildi. Bunlar avtomobil hərəkətdə olarkən sürücünün telefonu əlində saxlayaraq istifadə etməsi, həmçinin müvafiq icazə olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitəsində reklam yerləşdirilməsidir. Bu pozuntulara görə 50 manat cərimənin tətbiqi nəzərdə tutulub. Hər iki məcəlləyə dəyişikliklərlə bağlı qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

Millət vəkili Qüdrət Həsənquliyev layihənin müzakirəsi zamanı heyvanlarla amansız rəftar hallarına görə cəzaların sərtləşdirilməsi məsələsini gündəmə gətirdi. Deputat bildirdi ki, xaricdə təhsil almış bir qrup gənc vəkil, o cümlədən Sabir Məmmədovun təşəbbüsü ilə bu məsələ ilə bağlı petisiya hazırlanıb və müraciətə 7 minə yaxın şəxs qoşulub. Q.Həsənquliyev daha sonra vurğuladı ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvanlarla amansız rəftar edilməsi, onlara işgəncə verilməsi və ya bu cür davranış nəticəsində heyvanların öldürülməsi 1500 manatdan 2000 manatadək cərimə və ya bir ayadək inzibati həbs ilə cəzalandırılır. Deputat çıxışında müraciət müəlliflərinin təklifini də səsləndirdi: “Onların xahişi ondan ibarətdir ki, bu şəxslər barəsində sanksiya sərtləşdirilərək üç ay müddətinə inzibati həbs tətbiq edilsin, yaxud bu əməl ümumiyyətlə, cinayət əməli kimi müəyyənləşdirilsin”.

Tacir SADIQOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri