Icma.az
close
up
RU
Milli Məclisin sədri Lorenzo Fontana ilə görüşdü FOTOLAR

Milli Məclisin sədri Lorenzo Fontana ilə görüşdü FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Lorenzo Fontana inamını ifadə edib ki, bu səfər parlamentlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.

O, Azərbaycanla münasibətlərin İtaliya üçün əhəmiyyət kəsb etdiyini bildirərək, bu çərçivədə parlamentlər arasında da əlaqələrin inkişafından məmnunluğunu bildirib. Lorenzo Fontana Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə böyük əhəmiyyət verdiklərini, İtaliyanın bu münasibətlərin daha da inkişafına hər cür dəstək verməyə hazır olduğunu söyləyib. O, Azərbaycanın güclü və sabit ölkə kimi inkişaf etməsindən məmnunluq ifadə edib.

Bu səfərin onun İtaliya Respublikasına ikinci rəsmi səfəri olduğunu deyən Milli Məclisin sədri bildirib ki, bu, ölkəmizin İtaliya Parlamenti ilə münasibətlərə nə qədər əhəmiyyət verdiyini göstərir.

İtaliyanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğunu bildirən spiker Sahibə Qafarovanın sözlərinə görə, ölkələrimiz arasında bir çox sahələri əhatə edən münasibətlər dostluq və əməkdaşlıq ruhunda inkişaf edir.

Söhbət zamanı əlaqələrimizin inkişafında siyasi təmasların, o cümlədən yüksəksəviyyəli səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək, xüsusilə prezidentlər səviyyəsində baş tutan qarşılıqlı səfərlərin münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində vacib əhəmiyyət daşıdığı vurğulanıb.

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin vacib rolunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, parlament dostluq qrupları, digər parlament nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlərdə yaxşı təcrübə mövcuddur. Milli Məclisin nümayəndələrinin İtaliyaya səfərləri ilə yanaşı, ölkəmizdə keçirilən bir çox mühüm tədbirlərdə italiyalı parlament üzvləri iştirak ediblər. Qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşməsində dostluq qruplarının birgə fəaliyyətinin vacibliyi də qeyd edilərək, onların müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynadığı diqqətə çatdırılıb.

Söhbət zamanı təhsil, elm və mədəniyyət sahələrində də əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi, bu cür əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin gücləndirilməsinə, insanlar arasında təmasların möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib. Bu baxımdan Azərbaycanın, xüsusilə Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi bir sıra mədəniyyət layihələrinin əhəmiyyəti vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Deputatlar Palatasının sədri Lorenzo Fontananı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında, o cümlədən regionda və daha geniş coğrafiyada mövcud olan vəziyyət barədə fikir mübadiləsi aparılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Yanvar 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see294

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see231

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see208

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see138

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see135

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see133

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see127

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see126

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see123

Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib gedib?

23 Oktyabr 2025 16:28see123

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri