Qafarova Lorenzo Fontana ilə görüşdü
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə ölkələr və parlamentlər arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı əlaqələrimizin inkişafında siyasi təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək, xüsusilə prezidentlər səviyyəsində baş tutan qarşılıqlı səfərlərin münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində vacib əhəmiyyət daşıdığı vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova Deputatlar Palatasının sədri Lorenzo Fontananı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında, o cümlədən regionda və daha geniş coğrafiyada mövcud olan vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 24 Yanvar 2025 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















