Icma.az
close
up
RU
Milli Məclisin sədri Millətlər Birliyinin Baş katibi ilə görüşüb

Milli Məclisin sədri Millətlər Birliyinin Baş katibi ilə görüşüb

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlend ilə görüşüb.

SİA-nın məlumatına görə, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Azərbaycan və Birlik arasında əməkdaşlıq məsələləri, paytaxtımızda keçirilən COP29 və ölkəmizin sədrliyi çərçivəsində irəli sürdüyü qlobal təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

S.Qafarova Patrisiya Skotlendlə bundan öncəki görüşlərini məmnunluqla xatırlayaraq, Baş katibin bu vəzifədə ölkəmizə cari ilin may ayında reallaşan ilk səfərinin Azərbaycan və Birlik ölkələri arasında institusional əməkdaşlıq qurmağa imkan verdiyini söyləyib. Qeyd olunub ki, bu əməkdaşlığın praktiki xüsusiyyətlərinə Birlik vasitəsilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə siyasi və maliyyə dəstəyinin göstərilməsi daxildir.

Söhbət zamanı Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər haqqında da məlumat verilib.

Görüşdə vurğulanıb ki, əməkdaşlığın ən mühüm istiqamətlərindən biri iqlim dəyişikliyi məsələsidir. Bildirilib ki, kiçik ada dövlətləri iqlim dəyişikliyinə ən həssas olan ölkələrdir və onlar iqlim dəyişikliklərinin ən pis təsirləri və hətta ekzistensial təhlükə ilə üzləşirlər. Xatırlanıb ki, COP29 çərçivəsində İqlim Dəyişikliyi üzrə İnkişaf etməkdə olan Kiçik Adalar Dövlətlərinin Liderlər Zirvəsi keçirilib. Prezident İlham Əliyev sammitdə iştirak edib və əhatəli nitq söyləyərək, iqlim dəyişikliyinin kiçik adalardakı inkişaf etməkdə olan dövlətlərə təsir edən hazırkı çağırışlarını, həmçinin Azərbaycanın bu dövlətlərə verdiyi dəstək istiqamətində praktiki addımlarını qeyd edib. COP29 bu dövlətlərin səslərinin daha da ucaldılmasına və eşidilməsinə şərait yaradır.

Söhbət zamanı Sahibə Qafarova qonağa noyabrın 16-17-də Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə COP29 çərçivəsində təşkil edəcəyi Parlament Görüşü haqqında da məlumat verib. Qeyd olunub ki, iclasda müxtəlif ölkələrin parlamentlərindən və beynəlxalq təşkilatlardan 330-dək nümayəndə iştirak edəcək.

Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlend COP29-a sədrliyi münasibətilə ölkəmizə təbriklərini çatdırıb, sədrlik dövründə fəaliyyətlərində uğurlar arzu edib. O, Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Noyabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri