Icma.az
close
up
RU
TÜRKPA Baş katibi Devlet Bahçeli ilə görüşdü Gündəmdə Azərbaycan

TÜRKPA Baş katibi Devlet Bahçeli ilə görüşdü Gündəmdə Azərbaycan

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

26 oktyabr 2026-cı il tarixində Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, hakim Cumhur İttifaqının tərəfdaşı cənab Devlet Bahçeli ilə görüşüb.

Görüşdə qardaş türk dövlətləri arasında çoxtərəfli münasibətlərin inkişafı, Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq əlaqələri, bu istiqamətdə indiyədək atılmış mühüm və tarixi addımlar, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müstəqil və güclü siyasətə sahib Azərbaycan və Türkiyənin Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsində və Türk dünyasının birliyinin möhkəmləndirilməsində aparıcı rol oynadığı, digər qardaş dövlətlər üçün nümunə və ilham mənbəyi olduğu vurğulanıb. Qarabağ Zəfərinin baş memarı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü dövlətçilik siyasətinin Türkiyə Cumhuriyyəti tərəfindən hərtərəfli dəstəkləndiyi qeyd edilib.

Görüş zamanı TÜRKPA-nın 15-ci plenar iclasının uğurla başa çatması və Assambleyanın 2027-ci il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri də müzakirə olunub. Türk dövlətlərinin birliyinin möhkəmləndirilməsində mühüm platforma olan TÜRKPA-nın parlament diplomatiyası vasitəsilə həyata keçirəcəyi təşəbbüslər, qardaş dövlətlər arasında sıx əməkdaşlığın daha da inkişaf etdirilməsi və birgə layihələrin reallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Cənab Devlet Bahçeli öz növbəsində, qardaş Azərbaycana və bütövlükdə Türk dünyasına dəstəyini bir daha ifadə edib. O, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının vacibliyini vurğulayaraq, hər iki dövlətin müstəqil, güclü və qüdrətli ölkələr kimi inkişafının davam etdirməsinin bütün Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını və digər qardaş dövlətlər üçün örnək olduğunu bildirib.

TÜRKPA-nın Baş katibi cənab Ramil Həsən Türk dünyasının birliyinin möhkəmləndirilməsinə verdiyi töhfələrə, Azərbaycan-Türkiyə qardaşlığının daha da gücləndirilməsinə göstərdiyi dəstəyə, eləcə də iki ölkənin dövlət başçıları tərəfindən həyata keçirilən strateji siyasətə verdiyi yüksək dəstəyə görə cənab Devlet Bahçeliyə təşəkkürünü bildirib. Baş katib TÜRKPA-nın bundan sonra da qardaş dövlətlər arasında müstəqil, güclü siyasətin həyata keçirilməsində parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunması və qanunvericilik sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində öz səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin TÜRKPA Baş katibinin müavini cənab Muhammet Alper Hayali iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Oktyabr 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri