Icma.az
close
up
RU
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Qadın Parlament Sədrlərinin 15 ci Samitində çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Qadın Parlament Sədrlərinin 15 ci Samitində çıxış edib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İyulun 28-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Qadın Parlament Sədrlərinin 15-ci Samiti keçirilib. 29 ölkənin qadın spikerləri, bir sıra beynəlxalq təşkilatların qadın rəhbərləri daxili olmaqla, ümumilikdə 350-yə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Sammitin əhəmiyyətini qeyd edərək, hazırda dünyanın bir sıra münaqişələr, müharibələr və humanitar böhranlarla üz-üzə qaldığı şəraitdə qadınların xüsusilə həssas vəziyyətdə olduqlarını söyləyib. Onun sözlərinə görə, bir çox yerlərdə qadınlar zorakılıqdan, köçkünlükdən, sosial təminat vasitələrini, təhsil, səhiyyə və müdafiə imkanlarını itirməkdən əziyyət çəkirlər. Həmçinin, münaqişələr illər keçdikcə mövcud gender bərabərsizliyini daha da dərinləşdirir, qadın hüquqları sahəsində əldə olunan nailiyyətlərin üstündən xətt çəkir. Qadınların təkcə fiziki təhlükəsizliyini deyil, həm də ictimai-siyasi həyatın tamhüquqlu iştirakçıları kimi öz potensiallarını reallaşdırmaq imkanlarını da itirdikləri qeyd olunub.

Azərbaycanda qadınların bu acı həqiqəti yaxşı bildiklərini qeyd edən Milli Məclisin sədri xatırladıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı, təkcə bu ərazilərin tamamilə məhv edilməsi ilə deyil, həm də etnik təmizləmə, əhalinin məcburi köçü və humanitar böhranla nəticələndi, təxminən 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Spikerin sözlərinə görə, onların 52 faizini qızlar və qadınlar təşkil edib. Bu qadınlar evlərini, ailələrini və təhlükəsizliklərini itirdilər.

Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrini qabaqlayaraq, qadınlara səsvermə hüququ verən ölkə olduğunu deyən Sahibə Qafarova ölkəmizin qadınların hüquqlarının və onların ictimai həyatın bütün sahələrində fəal iştirakının təmin edilməyinə sadiq olduğunu söyləyib. Qeyd olunub ki, bu mənada, keçmiş məcburi köçkün və qaçqın qadınlar da istisna deyil.

Milli Məclisin sədri deyib ki, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması ilə bağlı tədbirləri uğurla həyata keçirir. Bu gün bu ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Qadınlar isə sosial-iqtisadi infrastrukturun yaradılmasında, təhsil və tibb müəssisələrinin fəaliyyətində, davamlı inkişaf, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin bərpası təşəbbüslərinin həyata keçirilməsində fəal rol oynayırlar.

Bundan başqa, baxılmaqda olan "Gender bərabərliyinin təmin edilməsi üzrə Milli Fəaliyyət Planı"nın layihəsində işğaldan azad edilmiş ərazilərə qayıdan qadınların məşğulluğunun təmin edilməsi, onların rəqəmsal bacarıqlarının artırılması, ehtiyaclarının müəyyən edilməsi üçün tədqiqatların aparılması və digər məsələlərin öz əksini tapdığını söyləyən Sahibə Qafarova, vurğulayıb ki, Ermənistan tərəfindən basdırılan 1,5 milyon mina hələ də görülən işlərə əsas maneə olaraq qalır. Ərazilərin minalardan təmizlənməsində, böyük insan və maliyyə resurslarının cəlb edilməsini tələb edən tədbirlərdə də Azərbaycan qadınları iştirak edirlər.

Çıxışının sonunda spiker Sahibə Qafarova bir daha diqqətə çatdırıb ki, bütün çətinliklərə baxmayaraq, qadınların iştirakı olmadan dayanıqlı dünya qurmaq mümkün deyil. Qadınların proseslərə fəal cəlb olunması zorakılıq risklərini azaltmağa kömək etməklə yanaşı, uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 İyul 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri