Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Milli mənəvi dəyərlərə hörmət Azərbaycanın dövlətçilik ənənəsidir

Milli mənəvi dəyərlərə hörmət Azərbaycanın dövlətçilik ənənəsidir

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Son vaxtlar sosial şəbəkələrdə, “YouTube” kanallarında Azərbaycanda guya hicab qadağasının tətbiq edildiyini iddia edən yanlış məlumatlar süni şəkildə yayılır. Müşahidələr göstərir ki, bu məlumatlar xarici ölkələrdən yönləndirilir, idarə olunur və ölkəmizə qarşı növbəti təxribat xarakteri kimi “emal olunur”.

Reallıq nədir?

Azərbaycanda hicab və ya dini geyimə heç bir qadağa yoxdur. Universitetlərdə, iş yerlərində və ictimai məkanlarda vətəndaşların bu baxımdan heç bir məhdudiyyəti yoxdur. AR Nazirlər Kabineti tərəfindən dövlət ümumtəhsil müəssisələrində tətbiq olunan qaydalar isə dini geyimlə deyil, təhsil müəssisələri, buradakı təhsilalanlar və təhsilverənlər üçün müəyyən edilmiş vahid və nümunəvi geyim forması tələbləri ilə bağlıdır.
Müəllim və şagirdlərin bu qaydalara riayət etməsi tədris prosesinin əsas şərtlərindən biridir. Bu tələb xüsusi bir dini ifadəyə yönəlməyib, bütün təhsil iştirakçılarına – təhsilalanlar və təhsilverənlərə eyni dərəcədə şamil olunur.

Məktəb mühiti və təhsil sistemi

Məktəb mühitində ən vacib prinsiplərdən biri bərabərlikdir: sosial statusdan, ailənin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq hər bir uşağın (şagirdin) eyni şərtlərdə təhsil alması, eyni fürsətlərə malik olması vacibdir. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil - məktəb bütün şagirdlər üçün neytral və inklüziv mühit olmalıdır.
Məktəb mühitində uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır, eyni zamanda şagirdlər arasında sosial fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır.

Qaydaların əsl məqsədi və mahiyyəti

Məktəbli forması təhsil müəssisəsində vahid və səliqəli görünüş mədəniyyətini təşviq edir. Məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır.
Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir. Geyim kodeksinə riayət olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə töhfə verir. Bu baxımdan vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə dəstək verən vasitə kimi dəyərləndirilir. Məktəbli geyimi məsələsi yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Məktəbli forması tədris prosesinə, yaş xüsusiyyətlərinə uyğun, rahat və praktik istifadə prinsipləri əsasında müəyyən edilir.

Dövlətin dini dəyərlərə münasibəti

Azərbaycan dövləti milli-mənəvi və dini dəyərlərə həmişə yüksək hörmətlə yanaşıb. Dövlət bayrağımızdakı yaşıl rəng İslam dininin və Azərbaycan xalqının dini irsinin simvoludur. Məscidlərin və tarixi-dini abidələrin bərpası, dini icmalara göstərilən dəstək və bu istiqamətdəki digər addımlar İslam dininə və dini irsə dövlət səviyyəsində diqqət və hörmətin göstəricisidir.

Daxili məsələyə müdaxilə yolverilməzdir

Təhsil sahəsində daxili nizam-intizam qaydalarının müəyyən edilməsi və tətbiqi müstəqil dövlət kimi Azərbaycanın daxili işidir. Heç bir xarici dövlət və ya kənar qüvvə ölkəmizin daxili məsələlərinə müdaxilə edə bilməz. Belə cəhdlər xoşniyyətdən qaynaqlanmır və təzyiq cəhdi kimi qiymətləndirilməlidir. Hicab qadağası ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

Ayıqlıq və məsuliyyət çağırışı

Cəmiyyətimiz kənardan gələn qızışdırıcı təbliğata, süni ajiotaja və müdaxilə cəhdlərinə qarşı hər zaman ayıq olmalıdır. Bu cür fəaliyyət cəmiyyətdə təfriqə və parçalanma yaratmağa xidmət edir. Hər bir sağlam düşüncəli insan yayılan məlumatları düzgün təhlil etməli, təxribatlara isə qətiyyətlə cavab verməlidir. Yoxlanılmamış məlumatları yaymamaq və rəsmi mənbələrə istinad etmək bu məsuliyyətin ən vacib hissəsidir. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir.

Asif Əsgərli
YAP İdarə Heyətinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see280

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see262

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see256

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see248

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see240

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see237

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see232

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see231

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see231

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see224

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see220

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see217

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see217

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see214

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see206

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see203

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see198

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see196

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri