Icma.az
close
up
RU
“Milli Mətbuat 150 Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Sabirabad və Ağcabədi rayonlarında gənclərlə görüş keçirilib

“Milli Mətbuat 150 Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Sabirabad və Ağcabədi rayonlarında gənclərlə görüş keçirilib

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Milli Mətbuat 150 - Rəqəmsal erada gənclər və media savadlılığı" layihəsi çərçivəsində Sabirabad və Ağcabədi rayonlarında gənclərlə görüş keçirilib.

Sabirabad rayonunda keçirilən görüş zamanı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov belə tədbirlərin gənclərin inkişafına və onların media sahəsində fəallığının artırılmasına mühüm töhfə verdiyini qeyd edib. Medianın İnkişafı Agentliyinin nümayəndəsi Əkbər Mikayılov, Gənclər Fondunun regional nümayəndəsi Əli Nağıyev və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Aqil İsmayılzadə keçirilən media təlimlərinin gənclərin media savadlılığının artırılması, rəqəmsal mühitdə düzgün məlumat idarəçiliyi bacarıqlarının formalaşdırılması və ictimai fəallığın təşviqi baxımından əhəmiyyətindən danışıblar. Ardınca Space TV-nin Xəbər xidmətinin rəhbəri Elman Vəliyev informasiya təhlükəsizliyi, mediada düzgün məlumatın yoxlanılması, etibarlı mənbələrin seçilməsi və jurnalistikanın praktik aspektləri mövzularından bəhs edib.

Ağcabədi rayonunda keçirilən növbəti görüşdə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı, Gənclər Fondunun regional nümayəndəsi Coşqun İsmayılov və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Elxan Məmmədov iştirakçıları salamlayaraq bu görüşlərin gənclərin media savadlılığının artırılmasına, onların informasiya cəmiyyətində daha fəal iştirakına və milli mətbuat ənənələrinin təbliğinə mühüm töhfə verdiyini vurğulayıblar. Daha sonra iştirakçılar peşəkar jurnalist və tanınmış aparıcı Ceyhun Səfərov tərəfindən informasiya savadlılığı, rəqəmsal dövrdə medianın rolu, sosial şəbəkələrdə düzgün informasiya idarəçiliyi və yalan xəbərlərə qarşı mübarizə mövzularında məlumatlandırılıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi rəqəmsal əsrdə gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, yeni media alətlərindən istifadə bacarıqlarının inkişaf etdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmə işinin gücləndirilməsi və gənclər arasında həmrəyliyin artırılmasıdır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri