Icma.az
close
up
RU
Milli Mətbuat 150 illiyinə həsr olunan layihəsi çərçivəsində bölgələrdə gənclərlə görüşlər keçirilib

Milli Mətbuat 150 illiyinə həsr olunan layihəsi çərçivəsində bölgələrdə gənclərlə görüşlər keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Şamaxı, Xankəndi və Sumqayıt şəhərlərində gənclərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Şamaxı şəhərində keçirilən görüş zamanı Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova və “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı çıxış edərək belə təşəbbüslərin gənclərin media bacarıqlarının inkişafına, informasiya cəmiyyətində onların iştirak imkanlarının genişlənməsinə və milli mətbuat ənənələrinin qorunması və təşviqinə əhəmiyyətli təsir göstərirdiyini qeyd ediblər.

Daha sonra Media və kommunikasiya üzrə beynəlxalq ekspert Tiffany J. Bell təlim zamanı süni intellektin yalan və manipulyativ məzmun yaratma imkanlarının informasiya təhlükəsizliyinə yeni çağırışlar formalaşdırdığını və gənclərin ayırdetmə bacarıqları ilə məlumatların etibarlılığını yoxlama vərdişlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Qarabağ Universitetində keçirilən növbəti görüşdə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı, “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı çıxış edərək belə tədbirlərin gənclərin media savadlılığının artırılmasına, informasiya cəmiyyətində fəallıqlarının yüksəlməsinə və milli mətbuat ənənələrinin təbliğinə mühüm töhfə verdiyini qeyd ediblər. “Mədəniyyət” Televiziyasının direktoru Dilarə Səlim media tarixindən, medianın əsas prinsiplərindən və əsas terminlərdən bəhs edərək iştirakçılara etibarlı məlumat mənbələrinin seçilməsi ilə bağlı praktik məsləhətlər verib.

Sumqayıt Dövlət Universitetindəki görüşdə isə Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov iştirakçıları salamlayaraq “Əkinçi” qəzetinin yeni ziyalı nəslin formalaşmasında və təhsilin inkişafında oynadığı rolu, həmçinin müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin senzuranın ləğvi ilə media mühitinə verdiyi təkan və Prezident İlham Əliyevin medianın inkişafına göstərdiyi davamlı dəstəyi vurğulayıb.

Medianın İnkişafı Agentliyinin Media Dəstək Layihələri və Strateji Planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Bəxtiyar Əliyev çıxışlarında qeyd ediblər ki, media savadlılığının təşviqi günün çağırışlarından biri olmaqla yanaşı, gənclərin informasiya mühitində düzgün mövqe formalaşdırmasına, eləcə də sağlam informasiya davranışlarının təşviqinə əhəmiyyətli təsir göstərir.

Media Təhlil Mərkəzinin nümayəndəsi, araşdırmaçı jurnalist Yunis Orucov isə çıxışında Azərbaycan gəncliyinin Vətən müharibəsi dönəmində nümayiş etdirdiyi birlik və iradəni xatırladaraq araşdırma jurnalistikasının əsas prinsipləri olan obyektivlik, faktlara söykənmə və mənbələrin etibarlılığının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, iştirakçıların suallarını cavablandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri