Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Milli mətbuat 150: Zərdabi aynasında ləkə olanlar VII YAZI

Milli mətbuat 150: Zərdabi aynasında ləkə olanlar VII YAZI

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Həsən bəy Zərdabi min bir əziyyətlə mətbuatın təməlini qoyanda, bunun üçün dövrünün burjua ünsürlərinin təqiblərinə məruz qalanda, təhdidlərlə qarşılaşanda, ailəsi təhlükə ilə üz-üz qalanda yenə də mübarizədən əl çəkmirdi. Ona görə belə edirdi ki, milli mətbuatı yarada bilsin. Nail oldu da. Və görmək istədiyi mətbuat üçün bu fikirləri söyləyib getdi ki, hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, həm də düzü düz, əyrini əyri yazsın.

150 il. Əsryarımlıq bu dövr Azərbaycan mətbuatı tarixidir, həm də şanlı bir tarixdir. Bu gündən dünənə baxdıqda ona görə qürur duyuruq ki, xalqın maariflənməsində, müasirləşməsində böyük rol oynamaqla yanaşı, eyni zamanda onun tarixini də yazıb salnamələşdirən bir mətbuat görə bilirik. Bunu görə bilməyin özü 150 ilin böyük tarix olduğundan söhbət açır.

Lakin təəssüf ki, dünən də, bu gün də mətbuatımız Zərdabi aynasına ləkə olanlardan xali olmadı. Bütün dövrlərdə istər televiziyalarda, radiolarda, istərsə də qəzet redaksiyalarında olan yamaq jurnalistlər bu aynaya öz əqidə ləkələrini salmaqla məşğul oldular. Gündə bir “mətbu orqan” yaradıb jurnalistikanı öz alətlərinə çevirənlər, onun asan qazanc yolu olduğunu düşünənlər, “jurnalist” adı altında insanları qorxu, vahimə içərisində saxlamağa çalışanlar, qələmi təhdid vasitəsi olaraq seçənlər daraşdı milli mətbuatın canına. Özlərini filan media təmsilçisi olaraq təqdim etməklə, bunu təsdiq etmək üçün saxta jurnalist vəsiqələrindən istifadə ilə keçdilər “ayna” qarşısına, lakin bu aynada əyri düzü ötdü, keçdi, qalan isə qara ləkə oldu.

Düz olan düz, əyri olan əyri göründü

Bir jurnalist kimi hər zaman bəzi “jurnalist həmkarlarıma” və onların yaratdıqları “müstəqil media”ya görə xəcalət çəkmişəm. Özlərini nalayiq aparmalarına, kənardan gülünc hədəfinə çevrilmələrinə, “dilənçi” davranışlarına, nahar vaxtı özlərini harasa yıxmalarına, rayona bir iş dalınca gəlib on obyektə baş çəkmələrinə, hər birindən də pay almadan geri qayıtmamalarına, onların arxasınca danışılanları öz qulağımla eşitdiyimə görə hər zaman xəcalət çəkmişəm. Özüm də jurnalist olduğum üçün hamımızın belə olduğunun fərz edildiyini düşünmüşəm. Əslində isə əsla belə deyil.

Çox da uzaq olmayan keçmişdə, yəni 10-15 il əvvəl regionlar hazırki bəzi “müstəqil media”nın sələflərinin (sözsüz ki, o sələflərdən bu günə kimi qalanlar, formatını dəyişənlər də var) asan qazanc yerinə çevrilmişdi. Onlar əllərində “silah” daraşmışdı regionlara. Sanki “çəkilin o yana, yazmağa gəlmişik” kimi... İcra başçıları isə əsla istəməzdi ki, rəhbərlik etdikləri rayon və şəhərlərin adı ölkə mətbuatında hallansın. Baxmayaraq ki, həmin “müstəqil media” nümunələrinin rayonlarda heç adını da eşitməmişdilər, lakin yenə də icra başçıları rayonun adına xələf gəlməməsi naminə bütün qapıları onların üzünə açırdı. Yanlarına icra hakimiyyətindən bir nümayəndə də ayırırdı ki, gün ərzində onları istədikləri yerə aparsın. Rayonda olduqları müddətdə hərtərəfli təminatları üçün şərait yaratsın, yedirtsin-içirtsin və “yola” salsın. Bu nüansı yaxalayan həmin müstəqil media təmsilçiləri isə demək olar ki, qalmışdılar rayonlarda. Özləri üçün cədvəl tərtib etmişdilər ki, hansı ay hansı bölgəyə gediləcək. İlin sonunadək bütün ölkəni gəzib, yeni ildən təzədən bu “prinsip” əsasında işləməyə başlayırdılar və bu, onlara çox sərf edirdi. Rayonlardan həm cibi dolu, həm də maşınları dolu qayıdırdılar. Bütün bunlar gözlərimizlə gördüyümüz faktlardır ki, hər dəfə onlara görə utanmışıq, az qala “nə üçün bu sahəni seçdik axı” demişik.

Beləliklə, mətbuatımızda irinli yaralar, şər-şəbədə “qələm sahibləri”, reket jurnalistlər, qarnını götürüb rayon-rayon dolanan, nə ad desək yaraşan, lakin tək jurnalistikadan xəbəri olmayan varlıqlar çoxalmağa başladı. Çoxaldıqca da Zərdabinin aynasında hər vilayət onların istədiyi kimi göründü, əslində olduqları kimi deyil. Bu isə bu aynaya ləkədən başqa heç nə gətirmədi.

Təəssüf ki, indi də mediamız belələrindən xali deyil. Ancaq qarayaxma, dəqiqləşdirilməmiş faktlara əsaslanıb özünəməxsus gündəm yaradan, etik qaydalardan bixəbərliyi hər an özünü göstərən, elə bu səbəbdən də dövlət məmurlarına qarşı təhqiramiz ifadələr işlədən, fotolar montajlayan, dünən biri haqqında ağzına gələni danışıb, həmin regiona səfərdən əli dolu qayıtdıqdan sonra onu tərifləməyə, “əslində filankəs pis oğlan deyilmiş” deyib yeni fiqur yaratmaq istəyən “jurnalistlər” hələ də öz sələflərinin əla xələfləridir. Hansı ki, əslində sorğu aparılsa, onların adını heç də hər kəs bilmir.

Mediaya bəlli gəliş...

Mətbuat janrı nədir, hansılardır, necə yazmaq lazımdır, cümlə nədir, necə qurulur, orfoqrafiya nədir, nəyə xidmət edir anlayışlarından əsla xəbəri olmayan, “müstəqil mediaya” yalnız pul qazanmaq, yaxşı yaşamaq üçün gələnlər, bəli, çoxsaylı jurnalistdən yaxşı yaşayır. Lakin yaxşı bir təhlil, araşdırma, oçerk, reportaj, analiz xarakterli yazının nə olduğunu bilmirlər.

İllərlə yuxarıda da qeyd etdiyim kimi, şəhərli-rayonlu gəzib-dolanan, baş vurmadıqları idarə, müəssisə, təşkilat qalmayan, dəqiqədəbir zəngləri ilə camaatı dəngəsər edən bu “jurnalistlər” tutarlı bir yazı yazıb saytlarında yerləşdiriblərmi? Ölkədə hansısa bir problemi üzə çıxarıb həlli yollarını axtarıblarmı, təkliflərini veriblərmi, araşdırıb bir məsələni meydana gətirə biliblərmi, sosial problemlər barədə bircə tutarlı yazı yaza biliblərmi? Təəssüf ki, belə bir yazı yoxdur. Çünki həmin saytların işi şəxsi mənafelərə xidmət etmək, onların reklamı ilə məşğul olmaq, haradasa bir “xəta” axtarıb onun arxasınca gedib pul qazanmaq olub, vəssalam.

Elə bütün bu dediklərimiz mediaya kimlərin bəlli gəldiyini bəlli edir. İş də göz önündədir, məqsəd də.

MEDİA reyestri ədalət tərəzisi oldu

Ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar kimi, media sahəsində də buna ehtiyac duyulduğundan “Media haqqında” qanun qəbul ediləndən sonra media subyektlərinin reyestrdən keçməsi də zəruri oldu. Media reyestri ədalət tərəzisidir. Bu tərəzinin gözündə hansı media nümunəsi tarazlıq təşkil edirsə, o da asanlıqla reyestrdən keçir və öz fəaliyyətinə davam edir. Burada anlaşılmaz heç nə yoxdur. Hətta ayrı-seçkilik də yoxdur. Media təmsilçisi olaraq nəsənsə, ölkədə, oxucu, izləyici kütləsi arasında mövqeyin nədirsə, reyestrdən keçməni də məhz bunlar müəyyən edir. Təbii ki, bunları biz söylədiyimiz kimi görə və dərk edə bilməyənlər hələ bir kimdənsə küsüb-incidilər də, hətta ondan məhkəməyə şikayətə də getdilər. Nədənsə reyestrdən keçməkdə “birinci” olduqlarını sandılar. Əslində isə keçə bilməməklə qiymətlərini almış oldular.

Müstəqil media o demək deyil ki, sən öz fəaliyyətini özün istədiyin kimi qurasan, savadsız, heç bir səriştəsi olmayanlara jurnalist “statusu” verəsən, mənəm-mənəmlik edəsən, Azərbaycan dilinin qrammatik qanunlarını pozasan, nə yazdığını, nə təqdim etdiyini heç özün də bilməyəsən.

Düşünürəm ki, səhərdən bəri haqqında danışdığımız “jurnalistlər”də, onların “mediası” da Azərbaycan mətbuatının üz qarasıdır. Nə üçün vicdanlı, ədalətli, qərəzsiz, öz işinin ağası olan, bir yazısı ilə onlarla belə “jurnalisti” bir qələmlə silə biləcək peşə sahibləri ilə onlar bir peşəni bölüşməli, utanmalı, xəcalət çəkməlidirlər?

Bu, ictimai bir problemdir. Ona görə də istər jurnalist olsun, istər oxucu, izləyici kütləsi, bu məsələyə öz münasibətini bildirməlidir. Çünki bu cür “media”dan xilas olmaq həm jurnalist, həm də oxucu, izləyici olaraq ən başlıcası özümüzə hörmət deməkdir.

Küçənin ortasında, otağın bir küncündə, bəzən elə telefondaca yaranan və küçə formatından, otaq çərçivəsindən, telefon ölçüsündən çıxa bilməyən, elə bütün bunlara görə də təbii ki, “Media haqqında” qanuna əsasən reyestrdən keçə bilməyib əvvəlkindən də miskin vəziyyətə düşən, səsləri məhkəmələrdən gələn bu “media nümunələri” və onların özlərini müstəqil media nümayəndələri adlandıran “əməkdaşları”, bizim bəzi “həmkarlarımız” haqqında söhbət açmağın yerinə düşdüyünü fikirləşirəm. Çünki milli mətbuatımızın keçdiyi 150 illik tarixi yolda belələri də olub və varlıqları ilə yaxşının və pisin müqayisəsini aparmağa şərait yaradıblar.

Sosial media və sosial şəbəkələr: ləkələr daha aydın görünür

Artıq illərdir ki, ənənəvi mətbuatla yanaşı, internet mediası da fəaliyyətə başlayıb. Eləcə də hazırda sosial şəbəkələrin hər biri sosial medianın bir qoluna çevrilib. Təbii ki, doğru və yalan xəbərin qarmaqarışıq məkanı olan sosial şəbəkələri çox vaxt sosial media adlandıranlar da var. Bunu belə anlayaq ki, hələ də aramızda sosial media ilə sosial şəbəkəni ayırd edə bilməyənlər var. Bu, məsələnin bir tərəfi. Digər tərəfi isə odur ki, əvvəlki illərlə müqayisədə indi kimin nə yazdığı, nə danışdığı, hadisələrə necə münasibət bəslədiyi həmin doğru və yalan xəbərlər kimi sürətlə yayılır. Kimin müəllifi və aparıcısı olduğu verilişin hansı məqsədə xidmət etdiyi, bu verilişlərdə xalqın ailə və milli-mənəvi dəyərlərinə vurulan baltaların səsi daha çox eşidilir, duyulur. Çünki sosial media və sosial şəbəkələr hər şeyi, eləcə də ləkələri daha tez və daha aydın göstərmək, yaymaq gücünə malikdir. Ona görə də milli mətbuatın haqqını verə bilməyənlər, ondan başqa məqsədlər üçün istifadə edənlər anlasın ki, artıq illər öncəki vaxt deyil ki, hər hansı bir əməlin üstünü ört-basdır etmək mümkün olsun. İndi bunun üçün artıq gecdir. Odur ki, Zərdabi aynasında qara ləkə olanlar bu ləkəni yaradan səbəblərə yenidən nəzər salsın, silmək üçün deyil, yeni ləkələrin qarşısını almaq üçün...

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see255

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see241

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see211

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see209

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see191

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see165

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see162

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see159

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see156

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see154

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see147

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri