Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Milli mətbuat 150: ənənəvi medianı üstələyən internet mediası III YAZI

Milli mətbuat 150: ənənəvi medianı üstələyən internet mediası III YAZI

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Təməli qəzet, yəni bu gün ənənəvi media adlandırdığımız mətbu orqan üzərində qurulan milli mətbuatımızın 150-ci ilində artıq internet mediası onu sıxışdırıb aradan çıxarıb desək, yanılmarıq. Biz ənənəvi medianı qoruya bilmədik, yoxsa zaman bunu rəva gördü? Müasir texnologiyalar, internet həyatımıza daxil olandan sonra artıq illərdir, ikinci bir media növü yaranıb və tezliyi, operativliyi ilə insanların daha çox müraciət etdiyi media subyektinə çevrilib.

Bəlkə insanlar da dəyişib? Ona görə ənənəvi mətbuatı qəbul etmir, onun uzun illər boyu diktə etdiyi əsl mətbuat obrazında başqa birini görməyi heç nə olmamış kimi hesab edir. Bəlkə heç fərqində deyil ənənəvini qurban verdiyi internet mediası ilə itirdiklərimizin nələr olduğunun? Gəlin bir nəzər salaq: internet mediası nədir, çap mediası nədir? Faydası, yaxşı və pis tərəfləri, mənfi və müsbət cəhətləri, lazımlı və lazımsız olanları ilə...

İnternet-xəbər mediası

Bu gün “internet mediası nədir?”,- deyəndə hamının ağlına gələn tək xəbərdir. Hər gün agentlik və saytlarda, sosial şəbəkələrdə qarşımıza çıxan minlərlə xəbər var. Bir-birinin təkrarı, bəzən istinadlı, bəzən istinadsız xəbərlər. Bəlkə də bir xəbərlə gün ərzində ayrı-ayrı saytlar, sosial şəbəkələrin təqdimatı ilə 10 dəfə qarşılaşırıq. Çünki indi özü xəbər istehsal edən agentlik və saytlar çox az saydadır. İnsanlara xəbər ötürən “jurnalistlər” özlərinə əziyyət verib yeni xəbər axtarışına çıxmır, oradan-buradan oğurlamaqla xəbər yaradırlar.

Bax, elə təkcə xəbərlə əhatə olunduğuna görə də müasir dövrün internet mediasının adı xəbər mətbuatından savayı heç nə deyil. Yalnız xəbər. Hələ elə xəbərlərlə qarşılaşırıq ki, sadəcə çağırış və reklam xarakterli sərlövhədən və iki aydın olmayan cümlədən ibarət olur. Beləliklə, biz dünyada və ölkədə baş verən hadisələrin yalnız adını bilirik. Nə üçün, nə səbəbdən, hansı əsasla baş verməsindən isə tamamilə xəbərsizik.

Bugünkü xəbərlər test imtahanına bənzəyir

Bəlkə də elə bundan qaynaqlanır ki, biz necə təhsil alırıqsa, ona oxşar da mətbuat yaradırıq. İllərdir ki, elə internet mediasi ilə yaşıd olan test imtahanları verərkən sadəcə düz variant olaraq a), b), c), d)-dən birini seçirik. Çünki bütün hadisələri, bilikləri avtomatik olaraq əzbərləyib xanalardan birini qaralayırıq. Lakin yeri gələndə müstəqilliyimizin bərpası gününü zaman etibarilə bilsək də, lakin onun mahiyyətindən, o tarixin yaranma səbəblərindən xəbərsizik. İndi məktəblərin yuxarı siniflərində çox az sayda şagird tapılar ki, 2020-ci ildə əldə etdiyimiz Zəfərin mahiyyətini aça bilsin...

Test imtahanlarının tətbiqi ilə yaşıd internet mətbuatını da ona oxşar yaratmışıq. Xəbər veririk, lakin bu xəbərin necə, nə səbəbdən, hansı şəraitdə yaranmasından, mahiyyətindən əsla xəbərimiz olmur. Bəzən heç maraqlanmırıq da, sadəcə sərlövhəni oxuyub keçirik. Elə bu səbəbdən də internet mediasinı sərlövhə mediası da adlandırmaq yersiz olmaz.

Hələ bu xəbərləri jurnalistikadan xəbərsiz, mətbuata mətbuat naminə deyil, kiminsə təbliğatı, təşviqatı ilə məşğul olmağa gələnlər hazırlayırsa ( internet mətbuatı belələri ilə doludur), vay bizim halımıza: yüzlərlə əttökən, səviyyəsiz, mətbuata deyil, şəxsi məqsədlərə xidmət edən, nəyinsə hesabına yazılan, mentalitetə balta çalan, adət-ənənələri zəli kimi soran, ləyaqətin başına daş çırpan xəbərlərlə qarşılaşacaqsan.

İllər öncə Üzeyir Hacıbəyli felyetonlarının birində yazırdı ki, dükançılar köhnə qəzetin içinə darçın, istiot, mixək bükən kimi, hər yazı yazan da görürsən yazdığı sözlərin içinə bir “ideya” bükür. Bəli, bax, sözlərin içinə bükülən “ideyalarla” mətbuatımızı bu günə qoyanlar var...

Elə çap mediasına da nə etdisə, belələri etmədimi?..

Bu gün ölkənin əsl ziyalı təbəqəsi çap mediasının hazırkı vəziyyətindən narahatdır. Bu, tək bizdə deyil, qonşu Türkiyədə, bütün dünyada belədir. Çap mediası internet mediasına qurban getməkdədir. Bu da böyük ədalətsizlik, haqsızlıqdır. Nəyə görə? Bir qədər də bu barədə.

Jurnalistika araşdırma aparan, təhlil edən və sorğu-sual etməyi bacaran insanların peşəsidir. Bu gün bütün dünyada jurnalistika ən çətin işlərdən biri hesab olunur. O halda ki, bu peşə öz prinsiplərinə uyğun olaraq həyata keçirilsin. Digər tərəfdən, jurnalistika bir çox digər xüsusiyyətləri ilə yanaşı, tarixlə əlaqəsinə görə digər peşələrdən fərqlənir. Jurnalist öz yazıları ilə gələcəkdə yazılacaq tarixin gündəlik qeydlərini aparır; keçmişin səsinə, gələcəyin izinə çevrilir... Əsl jurnalist olanlar bu gün internet mediasında da var, çap mediasında da, bu, sözsüzdür.

Lakin indi xüsusilə də internet mediasında həyatında bir bədii kitab oxumayan, sözün, cümlənin, mətbuatın nə demək olduğunu əsla bilməyən, jurnalistikaya yamaq “jurnalistlər” də çalışır. Onlar çap mediasında işləyə də bilməzlər. Çünki çap mediası bir ələkdir, zamanla ələyir, ələyin içərisində qalanlar bir kənara atılır. Onlar da özlərinə yalnız gözdən, könüldən uzaq kütləvi informasiya vasitələrində iş tapa bilirlər.

Qəzet nədir? Hər bir ziyalının internet və ya televiziyadan aldığı xəbərin izlənməsi, öyrənilməsi üçün vasitədir. Heç vaxt vaz keçə bilməyəcəyi kütləvi informasiya vasitəsidir. Çünki internet mediası tək xəbər verirsə, çap mediası onun mahiyyətini açır, tarixə baş vurur, təhlil, analiz edir, araşdırır, nəticə ortaya çıxarır. Ölkədə və dünyada olan hadisələri şərh edir. Oxuculara tək xəbər vermir, onları xəbərdar edir, məlumatlandırır. Bütün bunlar isə qəzetlərin arxivlərində tarixləşir. Lazım gələndə vərəqləməklə sanki istənilən bir dövrə qayıdır, baş verən hadisələrlə tanış olmaqla həmin dövrün ziyalısına çevrilə bilirsən.

Arxivdən söhbət duşmuşkən...

Bir neçə il əvvəl “Naxçıvan blokadası” adlı kitabımla bağlı araşdırma aparırdım. Mənə lazım olan Ümummilli Lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşadığı, fəaliyyət göstərdiyi illərlə bağlı sənədlərlə tanışlıq idi. Bunun üçün düşündüm ki, ilk növbədə Naxçıvan Dövlət Arxivinə müraciət edim. İcazə aldım, araşdırmağa başladım. Lakin mənə lazım olanların demək olar ki, çox az bir hissəsini orada tapa bildim. Muzeyə getdim, ora da arxiv kimi. Sonra bu qənaətə gəldim ki, Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin arxivinə müraciət edim. Belə də etdim. 1990-1993-cü illərin qəzet dəstlərini qarşıma qoyub vərəqləməyə başladım. Vərəqlədikcə də belə arxivə, əhsən, dedim. Deməli, Ulu Öndərin Naxçıvan dövrü ilə əlaqədar müfəssəl məlumatları, sənədləri, görüş, səfər, çıxışların hər birini bu qəzet vasitəsilə toplayıb nəşr etdirə bildim. Bu barədə kitabda da qeyr etdim ki, “Şərq qapısı” qəzetinin arxivi qorunmalıdır. Çünki o, bir tarixdir.

Nəinki “Şərq qapısı”, ölkəmizdə çap olunan sanballı qəzetlərin hər biri araşdırmaçılar üçün həm bu gün, həm də sabah zəngin mənbədir. Belə isə çap mediasının müasir vəziyyəti narahat etməyə bilmir.

Ənənəvi mətbuat nümunələrinin hər biri həm də məktəbdir: jurnalistlik məktəbi. Universitetlərin jurnalistika ixtisasını bitirən tələbələr əgər təhsil ocağında bu peşənin elmi tərəfini mənimsəyirsə, təcrübə yalnız qəzet redaksiyalarında qazanılır. Bu, 150 illik mətbuat tarixində həmişə belə olub. Elə məhz buna görə də bundan sonra necə olacağı mətbuat adamı olan hər kəsi narahat edir.

Onu da qeyd etmək yerinə düşər ki, bu, bir faktdır ki, ən yaxşı jurnalistlər qəzet redaksiyalarında yetişir.

İnternet mediası bizimdirmi?

Xeyr, bizim deyil. Hansı agentlik, sayt rəhbəri bu gün deyə bilər ki, mənim arxivim var. Birincisi internetdə avtomatik olaraq haradasa 10 ildən bir arxivlər silinir. Olur ki, 10 il əvvəlki yazını internetdə axtarmalı olursan, tap görüm, tapa bilirsənmi? Kim dünyada olacaqlardan xəbərdardır və olmayacaqlara qarantidir? İstənilən bir hadisənin baş verməsi ilə internet arxivlər tarixin qəbiristanlığına yollana bilər, həm də bir an içində. Odur ki, internet mediası bizim deyil, çap mediası bizimdir. Biz nəyi əlimizdə tutub saxlaya biliriksə, o bizim ola bilər.

Mütəxəssislər 2034-cü ilə kimi çap mediasının hələlik aktual olacağını hesablayırlar. Deməli, həmin dövrədək arxivlərimiz də olacaq. Bəs sonra? Çap mediası olmayacaqmı? Olmayacaqsa, arxivlər də olmayacaq. Belə olan halda isə dövlətlərin, xalqların tarixi itmiş olacaq, deyilmi? Bu səbəbdən də yəqin ki, çap mediasının müəyyən bir hissəsinin saxlanmasının vacibliyi də dərk olunacaq.

“Qəzet oxunurmu?” deyənlər də var...

Bəzən sual veririk ki, qəzet oxuyursunuz? Çoxları cavab verir ki, əlbəttə. Lakin “indi qəzet oxuyan var?” deyənlər də az deyil. Qəzet oxumaq həm bir alışqanlıq, həm hobbi, həm maraq dairəsi, əsasən də ziyalılıq deməkdir. Qəzet oxumaq əksər insanlarda həm də bir aclıq hissidir. Bu mənəvi aclığı onlar yalnız qəzet oxumaqla dəf edə bilirlər.

Texnologiyanın inkişafına, internet mediasının çap mediasından qabaqda olmasına baxmayaraq yazılı mətbuat hər zaman əl-əl axtarılır və oxunur. Lakin biz etiraf edək ki, dünyada yaxşıları deyil, pisləri əxz etməkdə birinciyik. Bunu geyimimizlə, saçımızla, estetik əməliyyatlarımızla, davranışımızla, yeniliklərə can atmağımızla hər zaman isbatlayırıq.

Lakin dünyada hələ də qəzet oxuyanlar var. Həm də inkişaf etmiş ölkələrdə. Məsələn hesabatlara görə dünyada ən çox qəzet satılan iki ölkə Norveç və Yaponiyadır... Norveçdə hər min nəfərdən 684-ü, Yaponiyada isə hər min adamdan 646-sı hər gün qəzet alıb oxuyur. Tiraj baxımından dünyanın 100 ən böyük qəzetindən 20-si Yaponiyadadır. Onu 18 qəzetlə ABŞ, hər biri 16 qəzetlə Çin və Hindistan izləyir. Maraqlıdır ki, Avropa ölkələri tiraj sıralamasında Hindistandan belə geri qalır... Qlobal tiraj rəqəmlərinə nəzər saldıqda dünyada qəzet oxucularının sayının bir milyardı ötdüyü görünür...

Qonşu Türkiyədə də qəzet oxuyanların sayı az deyil. Bizdə də qəzet oxuyanlar var, həm də tək paytaxtda deyil, regionlarda belə. Redaksiyamıza gələn zənglərə əsasən bunu deyirəm. Hə, regionlardan söz düşmüşkən, biz çap məhsullarımzı regionlara çatdırırıqmı? Əslində bu işi görə biləriksə, onda görərik ki, həqiqətən də çap mediasına maraq çoxdur. Çünki insanlar xəbərlə yanaşı, digər yazıları, təhlil, araşdırmaları da oxumaq istəyirlər. Baxmayaraq ki, internet mediasından sonra qəzet janrlarını da o dünyaya göndərmişik, lakin hələ də əsl jurnalist olanlar onları yaşatmaqdadır. Az olsalar da...

Çap mediası dayanan an tarix dayanar...

Beləliklə, bu qənaətə gəlmək olar ki, dünyada yazılı mətbuat aktuallığını birdəfəlik itirə bilməz. Yəqin o məqama çatdıqda oturub papaqlarını qarşılarına qoyub fikirləşənlər olacaq. Və onlar da bu qənaətə gələcəklər ki, yazılı mətbuatın üzərindən xətt çəkmək tarixin üzərindən xətt çəkmək deməkdir. Ölkənin ictimai-siyasi, mədəni həyatında baş verən hadisələrin arxivini vərəq-vərəq cırıb küləyə vermək deməkdir.

İnternet mətbuatına arxayın olub yazılı mətbuatı itirmək xalqın tarixinin itməsinə səbəb ola bilər. Çünki heç kim internet mediasına bel bağlaya bilməz. Sabah nə olacağını heç birimiz bilmirik. Yenə də vurğulayaq ki, bir anın içində bu gün saatlarla qopa bilmədiyimiz internetin, sosial şəbəkələrin yaddaşı silinib gedə bilər. Bəs bu zaman əldə nə qalar? Bu barədə düşünən olubmu?..

Beləliklə, internet və çap mediasının hər ikisi vacibdir. Hər ikisi günümüzdür, lakin çap mediası dünənimiz kimi, həm də sabahımızdır.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri