Icma.az
close
up
RU
Milli müqavimətin başlanğıc nöqtəsi

Milli müqavimətin başlanğıc nöqtəsi

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

27 Sentyabr – Anım Günü, Azərbaycan xalqı üçün yalnız qəhrəman Şəhidlərimizi yad etmək günü deyil, eyni zamanda ədalətsizliyə, təcavüzə və illərlə davam edən erməni təxribatlarına qarşı milli müqavimətin başlanğıc nöqtəsini xatırladan bir gündür. Uzun illər boyunca Ermənistan tərəfindən həyata keçirilən təxribatlar, işğalçı siyasət və destruktiv davranışlar regionda sülh və sabitliyin qarşısında əsas maneəyə çevrilmişdir. Ermənistan təkcə 1990-cı illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etməklə kifayətlənməmiş, illər boyunca atəşkəsi sistemli şəkildə pozaraq Azərbaycan ordusuna və sərhəd yaşayış məntəqələrinə qarşı silahlı hücumlar həyata keçirmişdir. Xüsusilə, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində törədilən təxribatlar və sentyabr ayında cəbhə xətti boyunca genişmiqyaslı hərbi fəallıq, Ermənistanın münaqişəni dinc yolla həll etmək niyyətində olmadığını bir daha ortaya qoymuşdur. Bu təxribatlar nəticəsində həm hərbi qulluqçular, həm də mülki şəxslər həlak olmuş, Azərbaycan tərəfinin səbr kasası daşmışdır. Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları, xüsusilə "Qarabağ Ermənistandır və nöqtə" kimi çıxışlar danışıqlar prosesini tamamilə mənasızlaşdırmış, münaqişənin hərbi yolla həllinə zəmin yaratmışdır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə səbəb olan 44 günlük Vətən müharibəsinin təməlində məhz bu təxribatlar, beynəlxalq hüququn və danışıqların açıq şəkildə tapdanması dayanır. Azərbaycan, dəfələrlə Ermənistanı danışıqlara və sülhə çağırsa da, bu çağırışlar cavabsız qalmış, əvəzində cavab atəşi, raket zərbələri və təxribatlar olmuşdur.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu məqamları xüsusi vurğulayaraq bildirib ki, müharibəni başlayan tərəf Ermənistan olub və Azərbaycan sadəcə olaraq öz ərazi bütövlüyünü bərpa etmək, vətəndaşlarını qorumaq məqsədilə cavab tədbirləri görüb. Dövlət başçısı BMT, ATƏT və digər beynəlxalq təşkilatların mövqeyinə əsaslanaraq Azərbaycanın beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyini dəfələrlə qeyd etmiş, Ermənistanın təxribatçı siyasətinin konkret nümunələrlə ifşasını aparmışdır. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə və sonrasında verdiyi bəyanatlarda Ermənistanın danışıqları imitasiya etdiyini, "Qarabağ Ermənistandır" kimi iddialarla prosesə son qoyduğunu və nəticə etibarilə müharibəni qaçılmaz etdiyini açıq şəkildə ifadə etmişdir. Eyni zamanda o, bu müharibənin Azərbaycanın qanuni və legitim haqqı olduğunu vurğulamış, əks-hücum əməliyyatlarının məqsədinin yalnız işğala son qoymaq və regionda ədaləti bərpa etmək olduğunu bildirmişdir.

27 Sentyabr 2020-ci ildə baş vermiş genişmiqyaslı erməni hücumu isə artıq bıçağın sümüyə dirəndiyi an olmuş, Azərbaycan xalqı öz torpaqlarının müdafiəsi və ədalətin bərpası naminə bir yumruq kimi birləşərək haqq mübarizəsinə başlamışdır.Müzəffər ordumuz Ermənistan ordusuna Azərbaycanın nəyə qadir olduğunu ilk dəqiqələrdən göstərmiş ve düşmənin ordusu, zirehli texnikaları məhv edilərək mütləq qələbə qazanmışdır.Təbiiki hər bir döyüşdə,hər bir zəfərdə olduğu kimi bizimdə qələbəmiz itkilərsiz olmayıb. Qəhrəman Şəhidlərimizin qanı bahasına, igid Qazilərimizin canı bahasına, mərd, cəsur döyüşçülərimizin hünəri bahasına biz bu döyüşdə mütləq qələbə çaldıq. Allah bu günləri bizə yaşadan Şəhidlərimizə rəhmət etsin, Qazi və Veteranlarımıza cansağlığı versin.

Toğrul ZEYNALOV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri