Milli Observatoriya Asiya Sakit Okean regionu üzrə beynəlxalq müsabiqədə mükafata layiq görülüb
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Asiya-Sakit Okean regionu üzrə keçirilən nüfuzlu “Asiya Mükafatı” (“Asia Awards”) beynəlxalq qiymətləndirmə müsabiqəsində “Asiyanın əmək bazarı üzrə ən yaxşı təşkilatı” mükafatına layiq görülüb.
Milli Observatoriyanın əmək bazarının araşdırılması, şəffaf sorğu prosesinin keçirilməsi və tədqiqat nəticələrini əhatə edən fəaliyyəti və əldə etdiyi nailiyyətləri müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Qurumun adı qaliblər sırasına daxil edilib.
(https://www.asiaawards.org/news/national-observatory-on-labour-market-and-social-protection-affairs-has-bagged-asia's-best-organization-award-for-labour-market-affairs)
Müsabiqədə Azərbaycanla yanaşı, Avstraliya, Sinqapur, Cənubi Afrika, Braziliya və digər ölkələrdən 50-dən çox layihə iştirak edib.
Baxış sayı:75
Bu xəbər 24 Aprel 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















