Milli Qəhrəmanımızla bağlı elə xəbərlər yayıldı ki... Döyüş yoldaşı danışdı
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Deyirlər ki, bu adam qocalar evində vəfat edib, ya da yanaraq ölüb və sair. Belə məlumatlar “TikTok”dan və ya haradan ötürülür bilmirik. Amma deyilənlər yalandır!”
Bu sözləri Globalinfo.az-a Birinci Qarabağ müharibəsinin iştirakçısı Ələsgər Rüstəmov döyüş yoldaşı, Milli Qəhrəman Şahin Tağıyevin dəfn mərasimində deyib.
O bildirib ki, bu gün Şahin Tağıyevin nəşinin ölkəmizə gətirilməsində dövlətin əziyyəti danılmazdır:
“Lakin bəziləri onun ölümü ilə bağlı təhrif olunmuş materiallar yayımlayır. Bağırovun qızı Nigar xanım atasını reabilitasiya mərkəzinə aparıb yerləşdirmişdi, aylıq 3500 avro (təxminən 6900 manat) ödəniş edirdi. 1 manat pul ödəməsən kimisə orda saxlayarlar?! Bu, İsveç dövlətidir, orada ödəniş olmasa, səni heç 1 saat da saxlamazlar. Amma onun qızı zülmlə bu vəsaiti tapdı, atasının sağalması üçün hər şeyi etdi”.
Ələsgər Rüstəmov bildirib ki, Şahin Tağıyevin qocalar evində ölməsi ilə bağlı xəbərin yayılması heç yaxşı hal deyil:
“Hörmətsizlik etmək olmaz, o, Milli Qəhrəmanımızdır! Şahin Tağıyev uzun illər xəstə idi, insult keçirmişdi. Qızı və oğlu mütəmadi yanında olurdu. Mən və yoldaşım hər gün Nigar xanımla (Şahin Tağıyevin qızı) əlaqə saxlayırdıq ki, səhhəti barədə məlumat alaq. Qızı Nigar, oğlu Rövşən İsveçdə atası üçün kifayət qədər əziyyət çəkiblər. Dövlətimiz məlumat alandan sonra lazım olan hər şeyi etdi. İndi də yazırlar ki, Şahin Tağıyev qocalar evinə atılıb, bu, necə ola bilər? Dediyim kimi, İşveçdə qocalar evinə yerləşdirilmək üçün insanlar bir ətək pulla növbədə dayanır. Haqsızlıq etmək olmaz! Allah bütün şəhidlərimizə rəhmət etsin. Dövlətimiz sağ olsun, onların yanındadır”.
Xatırladaq ki, Ş.Tağıyev ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 16 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















