Hakim məşqçini döyüş fəndi ilə elə vurdu ki... VİDEO, FOTO
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Perunun Ankaş bölgəsində keçirilən "Sport Huaquilla" - "Magdalena CEDEC" matçında çox maraqlı hadisə yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Peru Kuboku uğurunda gedən oyunda baş hakim Luis Aleqre 82-ci dəqiqədə qərarına etiraz olaraq ona meydanda hücum edən köməkçi məşqçini qaydasız döyüş fəndinə uyğun ayaq zərbəsiylə yerə sərib.
Məlumata görə, matçın 82-ci dəqiqəsində baş hakim Luis Aleqre qonaq komandanın əvəzedicilər skamyasına qırmızı vərəqə göstərib. Bu zaman meydançaya daxil olan məşqçi əlindəki plastik butulka ilə hakimə tərəf qaçmağa başlayıb: "Lakin hakim əsl döyüş sənəti ustası kimi davranaraq, sağ ayağı ilə rəqibinin üzünə sərt təpik vurub. Zərbənin təsirindən yerə yıxılan məşqçiyə polis müdaxilə edib. Hakimin zərbəsindən sonra meydanda gərginlik artıb və bununla da oyun yarımçıq dayandırılb"
Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Aprel 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















