Icma.az
close
up
RU
Milli Qurtuluş Günü müasir dövlətçiliyimizin dönüş nöqtəsi

Milli Qurtuluş Günü müasir dövlətçiliyimizin dönüş nöqtəsi

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müasir dövlətçilik ideyaları müstəqil Azərbaycanın milli inkişaf və rifah yolunu dəqiq şəkildə müəyyən etmişdir. Ulu Öndər xalqımızı zamanın ən çətin və taleyüklü sınaqlardan uğurla çıxararaq ölkədə sabitlik, tərəqqi və davamlı inkişafın möhkəm təməllərini yaratmışdır. Onun siyasi uzaqgörənliyi, milli maraqlara sadiqliyi və misilsiz xidmətləri tariximizdə silinməz izlər qoyaraq gələcək nəsillərə örnək olmuşdur.

1990-cı illərin əvvəlləri müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın tarixində ən mürəkkəb, ziddiyyətli və faciəvi bir dönəm kimi yadda qalmışdır. Bu mərhələ xaos, iqtisadi tənəzzül, silahlı toqquşmalar və xarici təhdidlərin hökm sürdüyü dərin böhranla müşayiət olunmuşdur. Respublikada siyasi rəhbərliyin səriştəsizliyi fonunda dövlətçilik ənənələrinin yetərincə formalaşmaması, həmçinin bölgələrdə separatizmin getdikcə güclənməsi kimi amillər ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu.

Belə ağır bir şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu əlamətdar hadisə parlamentin 27 iyun 1997-ci il tarixli qərarı ilə Milli Qurtuluş Günü kimi qeyd olunur.

Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri sayəsində qısa müddət ərzində ölkəmizdə sabitlik bərqərar edildi. Ən vacib addımlardan biri 1994-cü il mayın 12-də Ermənistanla imzalanmış atəşkəs sazişi oldu. Bu sənəd müharibənin dondurulması və danışıqlar prosesinə start verilməsi baxımından mühüm mərhələ idi. Atəşkəs həm də ölkənin gələcək inkişafına zəmin yaradılması baxımından həyati əhəmiyyət daşıyırdı.

Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunması və beynəlxalq aləmdə nüfuzunun artmasında mühüm rol oynadı. Bu müqavilə vasitəsilə ölkənin zəngin neft ehtiyatları dünya enerji bazarına çıxarıldı, çoxsaylı beynəlxalq şirkətlərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan kimi strateji layihələr reallaşdırıldı. Heydər Əliyevin enerji strategiyası təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət kəsb edən bir istiqamətə çevrildi. Azərbaycan regionun aparıcı enerji ixracatçısına çevrilərək Avropanın enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynadı.

Ulu Öndər ordu quruculuğunu dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etmişdi. Onun rəhbərliyi ilə hərbi sistem köklü şəkildə yenidən təşkil olundu, peşəkar, intizamlı və milli ruhda formalaşan silahlı qüvvələrin əsası qoyuldu. Məhz bu ordu sonrakı illərdə torpaqlarımızın işğaldan azad olunmasında həlledici rol oynadı.

1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq səsverməsi (referendum) nəticəsində Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Bu Konstitusiya hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu baxımından möhkəm təməl rolunu oynadı. Qanunverici, icraedici və məhkəmə hakimiyyəti arasında səlahiyyət bölgüsü, insan hüquqlarının qorunması və demokratik institutların bərqərar olunması bu sənəddə əsas prinsiplər kimi təsbit edildi.

Heydər Əliyev sosial dövlət konsepsiyasını həyata keçirərək xüsusilə ağır vəziyyətdə olan qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət ayırdı. Sosial təminat sistemində islahatlar həyata keçirildi, pensiya və əməkhaqqı sistemləri yenidən quruldu. Bu dövr həm də aztəminatlı ailələrin müdafiə mexanizmlərinin yaradılması baxımından mühüm idi.

Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik konsepsiyasında təhsil və səhiyyə sistemi strateji prioritetlərdən biri idi. O, bu sahələrin inkişafını xalqın rifahı və dövlətin gələcəyi üçün əsas amil kimi qiymətləndirirdi. Təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində ölkənin müxtəlif bölgələrində yüzlərlə yeni məktəb binaları inşa olundu, mövcud məktəblər əsaslı şəkildə təmir edildi. Müəllimlərin peşəkarlığının artırılması, dərsliklərin keyfiyyətinin yüksəldilməsi və ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Xüsusilə ali təhsil müəssisələrinin xarici universitetlərlə əməkdaşlığa cəlb olunması, tələbələrin beynəlxalq mübadilə proqramlarına qoşulması Azərbaycanın qlobal təhsil məkanında tanınmasına şərait yaratdı.

Eyni zamanda, səhiyyə sistemi də Ulu Öndərin diqqət mərkəzində idi. Onun rəhbərliyi ilə səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr reallaşdırıldı. Xəstəxanalar müasir tibbi avadanlıqlarla təchiz olundu, kadr hazırlığı sahəsində ciddi addımlar atıldı. Əhalinin sağlamlığının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Profilaktik tədbirlərin genişləndirilməsi, regionlarda tibb müəssisələrinin sayının artırılması və sosial cəhətdən həssas təbəqələrin tibbi xidmətə çıxış imkanlarının genişləndirilməsi səhiyyə sahəsində aparılan siyasətin əsas tərkib hissəsi oldu. Heydər Əliyev üçün insan amili və onun sağlamlığı ən ali dəyər idi.

Ulu Öndər Heydər Əliyev hər zaman gəncləri dövlətin gələcəyi və aparıcı qüvvəsi kimi dəyərləndirirdi. O, gənclərin intellektual, mənəvi və fiziki inkişafını təmin etmək üçün ardıcıl və sistemli siyasət həyata keçirirdi. Məhz Ümummilli Liderin təşəbbüsü ilə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması gənclər siyasətinin dövlət səviyyəsində formalaşmasında mühüm mərhələ oldu. Bu qərar həm də gənclərin cəmiyyətin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakının təmin olunmasına xidmət edirdi. O dövrdə gənclərin dövlət quruculuğunda fəal mövqe tutmaları üçün müxtəlif proqramlar həyata keçirildi. Həmçinin gənclərin məşğulluğu, təhsili və beynəlxalq təcrübə qazanması üçün xüsusi layihələr hazırlandı.

Bununla yanaşı, idmanın inkişafı da Heydər Əliyev siyasətinin mühüm istiqamətlərindən biri idi. O, idmanı təkcə fiziki inkişaf vasitəsi deyil, həm də milli təbliğatın və beynəlxalq arenada tanıtımın effektiv vasitəsi kimi qiymətləndirirdi. İdman infrastrukturunun müasirləşdirilməsi məqsədilə yeni stadionlar, idman və olimpiya kompleksləri tikildi. Bu sahədə görülən tədbirlər nəticəsində Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etməyə başladılar. Gənclərə idmana maraq göstərmək, sağlam həyat tərzini təbliğ etmək üçün geniş imkanlar yaradıldı. Heydər Əliyevin bu sahəyə verdiyi önəm sayəsində ölkəmiz qısa müddət ərzində idman ölkəsinə çevrildi. Bu uğurlar, eyni zamanda, milli həmrəyliyin, vətənpərvərliyin və Azərbaycan brendinin dünya miqyasında tanıdılmasının əsaslarından biri oldu.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi prinsipial və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan qlobal miqyasda özünəməxsus mövqeyi olan dövlətlərdən birinə çevrildi. BMT, ATƏT, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq imkanları genişləndirildi, qonşu və region ölkələri ilə balanslaşdırılmış münasibətlər quruldu. Bu siyasət ölkənin beynəlxalq imicini formalaşdırdı və dövlət suverenliyini möhkəmləndirdi.

15 İyundan başlanan qurtuluş yolu zamanla möhkəm xalq-iqtidar birliyinə, davamlı inkişafla müşayiət olunan müstəqil və qüdrətli dövlət modelinə çevrildi. Heydər Əliyevin siyasi iradəsi ilə atılan bütün bu addımlar gələcək Zəfər yolunun bünövrəsini təşkil etdi. Xalqın etimadını qazanan bu strateji xətt ölkənin taleyini həll edən dönüş nöqtəsinə çevrildi.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev müstəqil dövlətçiliyin inkişafını daha yüksək mərhələyə çatdırdı. Onun rəhbərliyi ilə Azərbaycan güclü iqtisadiyyata, müasir orduya və beynəlxalq nüfuza malik dövlətə çevrildi. Bu liderliyin ən parlaq nəticəsi isə 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu.

Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın yeni tarixində ərazi bütövlüyünü təmin etmiş və post-münaqişə dövründə yenidənqurma proseslərinə start verilmişdir. Bu faktorlar milli qurtuluşun ideya və amal baxımından məntiqi davamı kimi dəyərləndirilir.

Müstəqil və qüdrətli dövlətin ideoloji və strateji təməlinin qoyulduğu 15 İyun - Milli Qurtuluş Günü tariximizin ən parlaq səhifələrindən biridir və gələcək nəsillərə dövlətçiliyin, liderliyin və xalq-iqtidar birliyinin rəmzi kimi ötürülür. Məhz bu təməllər üzərində qurulan Azərbaycan misilsiz uğurları qətiyyətlə davam etdirir.

Elmar Əhmədov,

YAP Salyan rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri