Icma.az
close
up
RU
Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun - Milli Qurtuluş Günü xüsusi siyasi və tarixi əhəmiyyətə malikdir. Bu gün təkcə hakimiyyət dəyişikliyi və ya siyasi hadisə kimi deyil, Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlaması, parçalanmaq təhlükəsindən xilas olması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından taleyüklü mərhələ kimi qiymətləndirilir. Məhz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı dərin böhrandan çıxararaq sabitlik, inkişaf və dövlət quruculuğu mərhələsinə gətirib çıxardı. 1987-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindəki yüksək vəzifələrdən istefa verməsindən qısa müddət sonra erməni millətçiləri və onları dəstəkləyən dairələr Dağlıq Qarabağ məsələsini gündəmə gətirdilər. Bununla da Azərbaycanın sonrakı illərdə qarşılaşdığı faciələrin, ərazi iddialarının və separatçılıq meyllərinin əsası qoyuldu. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan son dərəcə mürəkkəb daxili və xarici siyasi şəraitdə fəaliyyət göstərirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O bildirib ki, müstəqilliyin ilk illərində ölkədə idarəetmə böhranı, siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, qanunsuz silahlı dəstələrin fəaliyyəti və Ermənistanın hərbi təcavüzü dövlətçiliyi ciddi təhlükə ilə üz-üzə qoymuşdu.

“AXC-Müsavat hakimiyyəti dövründə baş verən siyasi qarşıdurmalar, hakimiyyət daxilində qruplaşmaların yaranması, dövlət institutlarının zəifləməsi və cəbhədə uğursuzluqlar ölkədə dərin böhran yaratmışdı. 1993-cü ilin yaz-yay aylarında vəziyyət daha da ağırlaşdı. Kəlbəcərin işğalı, Gəncə hadisələri, müxtəlif bölgələrdə separatçı meyllərin güclənməsi və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanı faktiki olaraq dövlət müstəqilliyini itirmək həddinə gətirib çıxarmışdı. Belə bir şəraitdə Azərbaycan cəmiyyətində ölkəni bu böhrandan çıxara biləcək siyasi liderə ehtiyac yaranmışdı. Xalqın böyük əksəriyyəti öz ümidini Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyevə bağlayırdı. Onun zəngin dövlət idarəçilik təcrübəsi, siyasi nüfuzu və milli maraqlara əsaslanan mövqeyi Azərbaycanın xilası üçün yeganə real çıxış yolu kimi qəbul edilirdi. 1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyev xalqın və dövlət rəhbərliyinin təkidli çağırışlarını qəbul edərək Bakıya gəldi. Bu qayıdış ölkənin taleyində həlledici dönüş nöqtəsinə çevrildi. İyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi isə tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Məhz həmin gündən etibarən dövlət idarəçiliyində sabitliyin bərpası, vətəndaş qarşıdurmasının qarşısının alınması və milli dövlətçilik institutlarının möhkəmləndirilməsi istiqamətində sistemli fəaliyyət başlandı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ən vacib vəzifə dövlətçiliyin qorunması idi. Ulu Öndərin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Onun rəhbərliyi ilə dövlət idarəetmə sistemi yenidən quruldu, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi və demokratik institutların formalaşdırılması ölkənin gələcək inkişafının hüquqi əsaslarını yaratdı. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi mərhələsinin dayandırılması məqsədilə 1994-cü ildə atəşkəs əldə olundu. Bu addım dövlət quruculuğu və iqtisadi inkişaf üçün zəruri sabitlik mühitinin formalaşmasına imkan verdi. Milli Qurtuluşdan sonra Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən biri iqtisadiyyatın bərpası oldu. 1994-cü ildə imzalanmış və “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft sazişi ölkənin iqtisadi müstəqilliyini gücləndirdi, xarici investisiyaların cəlb olunmasına və Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm yer tutmasına şərait yaratdı. Ümummilli Lider Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı. Ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndi və Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursu formalaşdırıldı”.

Deputat qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında 1993-cü ildən başlanan dövlət quruculuğu siyasəti dayanır: “Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkədə güclü dövlət institutları formalaşdı, iqtisadi inkişaf təmin edildi, ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilərək yeni mərhələyə yüksəldildi. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artması nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin tam təmin olunması Ulu Öndərin əsasını qoyduğu dövlətçilik strategiyasının uğurlu nəticəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, bu Zəfər həm də ata vəsiyyətinin yerinə yetirilməsi, Azərbaycan xalqının tarixi ədalətinin bərpası idi. 15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixində dövlət müstəqilliyinin qorunması, milli birliyin təmin olunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Bu gün Azərbaycan xalqının öz taleyini müəyyən etdiyi, dövlətçiliyin xilası naminə doğru siyasi seçim etdiyi tarixi dönüş nöqtəsidir. Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının, beynəlxalq nüfuzunun və tarixi Zəfərinin təməlində dayanan hadisə kimi xalqımızın yaddaşında yaşayır. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində qorunub saxlanılan Azərbaycan dövləti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır, regionun aparıcı güc mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Bu mənada 15 İyun təkcə keçmişin deyil, həm də müasir Azərbaycanın və gələcək inkişafının ideoloji-siyasi dayaqlarından biri olaraq tariximizdə əbədi yaşayacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri