Icma.az
close
up
RU
Milli Qurtuluş Günü Ümummilli Liderə olan inamın simvolu

Milli Qurtuluş Günü Ümummilli Liderə olan inamın simvolu

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 iyun, AZƏRTAC

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə “15 İyun: Qurtuluşdan inkişafa aparan yol” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Əvvəlcə universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra Milli Qurtuluş Gününə həsr edilən videoçarx nümayiş olunub.

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi zamanı ölkə vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanın bütün sahələrdə inkişafında, beynəlxalq arenada nüfuzunun artmasında mühüm və həlledici rol oynadı. Bu gün Ulu Öndərin siyasi xətti Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Veteranlar Şurasının üzvləri Şahlar Əsgərov, Misir Mərdanov, Milli Məclisin deputatları Mahir Süleymanlı, Göydəniz Qəhrəmanov Ulu Öndərin zəngin siyasi irsi, xalqın rifahının yüksəldilməsi istiqamətində mühüm xidmətlərindən söz açıblar. Qeyd olunub ki, Milli Qurtuluş Günü xalqın öz liderinə olan inamının, milli birliyin və dövlətçilik ənənələrinin təntənəsinin simvoludur. Ümummilli Lider Heydər Əliyev ideyaları gələcək nəsillərə örnəkdir. Onun müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycanın davamlı tərəqqisinin əsasını təşkil edir.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev 15 İyun - Milli Qurtuluş Günü münasibətilə və partiyada ictimai-siyasi fəaliyyətinə görə YAP Yasamal rayon təşkilatının fəxri fərmanı ilə təltif olunub.

Daha sonra YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsindən sonra tədbir bədii hissə ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri